16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Qazaxıstan klubu tarixi uğura nail oldu

Qazaxıstan klubu tarixi uğura nail oldu


Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

"Almatı təmsilçisi pley-off mərhələsində "Seltik"i (Şotlandiya) üstələməklə bu uğura imza atıb.

Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan "Kayrat" (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək (2015/2016) "Astana"ya müyəssər olmuşdu.

Tarix: 27-08-2025, 08:46 Oxunub: 94


Bölməyə aid digər xəbərlər