16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib


Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

Bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə mümkün olub. 

"Köhlən atlar" pley-offda Macarıstan təmsilçisi "Ferentsvaroş"la iki oyunun nəticəsinə (3:1, 2:3) görə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlməklə ölkənin əmsalını 21.000-ə çatdırıb. Bu da Azərbaycanın 26-cı pilləyə yüksəlməsinə səbəb olub.

25-ci pillədə Slovakiya (21.375), 27-ci yerdə isə Sloveniya (20.718) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (95.005) başçılıq edir.

Tarix: 29-08-2025, 09:39 Oxunub: 20


Bölməyə aid digər xəbərlər