16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var

Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var


Bakının Yasamal rayonunda restoranda dava düşüb.

APA bildirir ki, hadisə "Papaq" restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Tarix: 6-03-2024, 09:05 Oxunub: 116


Bölməyə aid digər xəbərlər
14-09-2022, 11:44 50 şəhidin fotosu...