16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Bütün silah-sursat Ermənistandan Xankəndi şəhərinə daşınırdı - TARİXİ MƏHKƏMƏ
Bu gün, sentyabrın 4-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdiriləcək.
Məhkəmə 9-cu aydır ki, davam edir. Hazırda prosesdə zərərçəkənlərin, şahidlərin dindirilməsi mərhələsidir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.
Ötən məhkəmə müttəhim Davit İşxanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib. Müttəhim Davit İşxanyan ibtidai istintaqa ifadəsində bildirib ki, “batalyon komandiri” olduğu dövrdə vəzifəsi Xocavənd rayonunun 8 kəndinin ərazilərindəki “kəndləri qorumaq”dan və döyüş əməliyyatlarında iştirak etməkdən ibarət olub, sonrakı dövrdə isə bir “vəzifəli şəxs” kimi “vəzifələri” çərçivəsində “idarəçilikdə” iştirak edib. O, 1992-ci il sentyabrın 10-dan xidmətə çağırılaraq qondarma rejim uğrunda mübarizə dəstəsinin tərkibindəki silahlı qüvvələrin sıralarında Azərbaycan Ordusuna qarşı döyüşüb. Ümumilikdə rəhbərlik etdiyi batalyon Xocavənd, Ağdərə, Kəlbəcər və Ağdam rayonlarının işğalında iştirak edib. İbtidai istintaqa ifadəsində bildirib ki, döyüşlər zamanı istifadə edilmiş bütün silah-sursat Ermənistan Respublikasının ərazisindən Xankəndi şəhərinə gətirilib və oradan korpuslara paylanılıb. Məhkəmə iclasında təqdim edilən materiallarla sübuta yetirilib ki, Davit İşxanyan cinayətkar birlikdə fəaliyyətinin olmadığını qeyd etsə də, ali təhsil aldığı müddətdə tələbələr birliyinə qoşularaq “Miatsum” və “Krunk” təşkilatlarının mitinqlərinə qatılıb, hətta 1992-ci ilədək Xankəndi şəhərində və Xocavənd rayonunda yaradılmış postlarda silahlı şəkildə xidmət aparıb. O, həmçinin Azərbaycan Respublikasına qarşı müharibədə iştirak edib. Sonra məhkəmə iclasında müttəhim Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər oxunub. O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabrında qondarma rejimin “ordusu”nda tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb və müxtəlif vəzifələrə təyin olunub. 2007-ci ilin may ayından 2012-ci ilin noyabrınadək qondarma rejimin “müdafiə ordusu”nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun aylarınadək Xankəndi şəhərində “Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun aylarından 2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə göndərildikdən sonra heç yerdə işləməyib. Qondarma qurumun “müdafiə ordusu”nun “komandan”ı vəzifəsində xidmət etdiyi müddətdə “ordu”nun maliyyələşməsi, silahlandırılması və bu kimi digər məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib. 1992-ci ilin sentyabrında qondarma qurumun “müdafiə ordusu”nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Daha sonra məhkəmə iclasında müttəhim David Manukyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib. David Manukyan ifadəsində bildirib ki, o, 1992-ci ilin dekabrından könüllü əsgər kimi Ermənistanla Azərbaycan arasında baş vermiş Birinci Qarabağ müharibəsində, eləcə də təxminən 1994-cü ilin may ayından sonrakı dövrlərdən etibarən işğal altında saxladıqları Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “müdafiə ordusu”nda hərbi qulluqçu kimi müxtəlif, əsasən də rəhbər vəzifələrdə xidmət aparmaqla Ermənistanın Azərbaycanla müharibələrində və digər silahlı münaqişələrdə iştirak edib. David Manukyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrdən və ona aid elan edilən digər sənədlərin tədqiqindən məlum olub ki, Birinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarına rəhbərliyi 1992-ci ildə qondarma rejimin “müdafiə naziri” olmuş Samvel Babayan və Ermənistan Respublikasının müdafiə naziri Vazgen Sarkisyan həyata keçiriblər. Müharibə müddətində bütün əmr və göstərişlər Samvel Babayan və Vazgen Sarkisyan tərəfindən verilib, hücum və döyüş planlarını onlar tərtib ediblər. Digər silah-sursatlar kimi, minalar da Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə Ermənistan Respublikasından gətirilib. Minaların konkret hansı ərazilərdə basdırılmalı olması barədə qərarı həmin ərazidə yerləşdirilmiş hərbi hissələrin komandirlərinin raportla müraciətləri əsasında “müdafiə ordusunun komandanlığı” verib. Həmin qərara əsasən də, hərbi hissə komandirlərinin rəhbərliyi ilə hərbi hissələrin mühəndis-istehkam bölmələrinin hərbi qulluqçuları tərəfindən təyin edilmiş ərazilərdə tank və piyadaəleyhinə minalar basdırılıb. Müttəhim iddia edib ki, həmin ərazilərə aid mina xəritələrinin harada saxlanıldığını bilmir. Sənədlərdə göstərilib ki, Suriya, Livan və İraqdan olan erməniəsilli şəxslər Ermənistan Respublikasına gəlib yaşamaq üçün müraciət etdikdə onlar həmin vaxt işğal altında saxlanılan Azərbaycan ərazilərinə köçürülüb və orada məskunlaşdırılıb.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 müttəhim ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-09-2025, 10:25 Oxunub: 18
Bölməyə aid digər xəbərlər
25-08-2025, 10:05
“Qəbirlərimizin başdaşları dağıdılıb, ata-babalarımızın qızıl dişləri qarət olunub” – TARİXİ MƏHKƏMƏ
20-08-2025, 12:14
“6 aylıq körpədən tutmuş 100 yaşa qədər hər kəsi qətlə yetirdilər” – TARİXİ MƏHKƏMƏ
31-07-2025, 09:45
7 dişimi, 2 dırnağımı çıxardılar, qulağımı kəsdilər – TARİXİ MƏHKƏMƏ
30-07-2025, 10:13
Vardanyanın məhkəməsində övladları ermənilər tərəfindən öldürülən atalar ifadə verdi – MÜTTƏHİM SUSUR
15-07-2025, 09:58
Xocalıda girov götürülən həmyerlilərimiz o dəhşətli günləri xatırlayır – TARİXİ MƏHKƏMƏ
7-07-2025, 11:08
Araikdən şok etiraflar, Qarabağda törədilən müharibə caniləri ifşa olunur – TARİXİ MƏHKƏMƏ
20-06-2025, 11:36
Gəncə və Bərdəyə raket zərbələrinin arxasında kim dayanıb? - İrəvandan gələn əmr zənciri ifşa edildi
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
6-03-2025, 11:30
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
3-03-2025, 11:13
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
27-02-2025, 11:09
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
27-01-2025, 10:36
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
27-01-2025, 09:03
Bu gün onların məhkəməsi davam edəcək
17-01-2025, 09:28
Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
28-08-2024, 10:51
Elmir Ramazanov sahibkarın pulların büdcədən kənar fonda köçürmə etdiyi üçün geri qaytarmaqdan rəsmi olaraq imtina edir FOTO
5-10-2023, 08:51
Qukasyan meyitlərdən qızılı buna görə toplamışdı - ŞOK
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
8-08-2023, 15:30
Xankəndi son şansını da itirdi - NƏ BAŞ VERİR?
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video