16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Heç bir məktəbə ziyan dəyməyib - Rəsmi məlumat

Heç bir məktəbə ziyan dəyməyib - Rəsmi məlumat


“İranın dronla Naxçıvanı vurması nəticəsində məktəblərə hər hansı ziyan dəyməyib”. 

Bu barədə “Qafqazinfo”ya Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov bildirib. 

O qeyd edib ki, hazırda məktəblərdə tədris davam edir: “Hava limanı yaxınlığında yerləşən Şəkərəbad məktəbindən 500 metr aralıya dron düşüb. Hazırda məktəblərdə tədris davam edir. Sadəcə, bəzi valideynlər narahat olaraq uşaqlarını məktəbdən götürürlər. Amma məktəblərin işində fasilə yaranmayıb”.

Tarix: 5-03-2026, 12:10 Oxunub: 12


Bölməyə aid digər xəbərlər