16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO



Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində torpaq uçqunu baş verib.

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində müəyyən edilib ki, qazıntı işləri aparılarkən torpaq qatı çöküb və nəticədə 2 nəfər torpaq altında qalıb.

Xilasedicilərin operativ müdaxiləsi nəticəsində bir nəfər kişi xilas edilib.

Digər şəxsin meyiti torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Tarix: 24-04-2026, 08:39 Oxunub: 9


Bölməyə aid digər xəbərlər