16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İki nəfərdən 49 kq narkotik götürüldü - Video

İki nəfərdən 49 kq narkotik götürüldü - Video


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

“Növbəti tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə tərkibinə zərərli maddələr əlavə edilmiş 14 kiloqram 700 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





Tarix: 24-04-2026, 10:48 Oxunub: 14


Bölməyə aid digər xəbərlər
2-03-2022, 12:14 Daha 38 nəfər saxlanıldı