16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Azərbaycanda yeni virus? - Risk qrupunda olanlar
Ağcaqanadla yayılan bu virus təhlükə mənbəyidir; ölkəmizdə ağcaqanad vasitəsilə ötürülən viruslara qarşı tədbirlər həyata keçirilir
Çində yeni çikinqunya virusu yayılaraq epidemiya səviyyəsinə çatıb. Ağcaqanadlar vasitəsilə ötürülən bu xəstəlik kəskin hərarət, üşütmə, bel və oynaq ağrıları, eləcə də səpkilərlə müşahidə olunur.
Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə çikungunya virusuna yoluxma qeydə alınmayıb.
Qeyd edək ki, tibdə hələlik çikinqunya qarşı nə dərman, nə də peyvənd mövcuddur. İnkubasiya dövrü adətən 3-12 gün arasında dəyişir. Çinin cənubunda aşkar edilmiş ümumi yoluxma halları 8 000-i ötüb
Bəs bu virus Azərbaycana da nə vaxtsa gələ bilərmi? Virus daha çox hansı xroniki xəstələr üçün təhlükə yarada bilər?
Çikungunya virusu ağcaqanadlar vasitəsilə insana keçən və kəskin hərarət, oynaq ağrıları, baş ağrısı və dəri səpkiləri ilə özünü göstərən infeksiyadır. Bu virusun yayılmasının qarşısını almaq çətindir, çünki hazırda onun müalicəsi üçün xüsusi dərman və ya peyvənd mövcud deyil. Virusun inkubasiya dövrü adətən 3-12 gün arasında dəyişir, yəni yoluxan şəxsdə ilk simptomlar bu müddət ərzində görünə bilər.
Hazırda Azərbaycanda çikungunya virusuna yoluxma halları qeydə alınmasa da, ölkədə yay fəslində ağcaqanadların aktivliyi yüksək olduğundan bu virusun ölkəyə gəlmə riski tam istisna edilə bilməz. Qlobal iqlim dəyişikliyi və insanların daha çox səyahət etməsi virusların yeni ərazilərə yayılmasına şərait yaradır.
Virus xüsusilə yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər üçün təhlükəlidir. Ürək-damar sistemi, şəkərli diabet, ağciyər xəstəlikləri və zəif immunitetə malik olan insanlar bu xəstəliyin ağır formaları ilə qarşılaşa bilərlər. Ona görə də belə risk qruplarının xüsusi diqqətli olması və profilaktik tədbirlərə ciddi riayət etməsi vacibdir.
Ümumdünya miqyasında COVID-19 kimi viruslar hələ də ciddi təhlükə yaradır, amma ağcaqanadların vasitəçiliyi ilə yayılan çikungunya, Zika və Dengue virusları da xüsusi diqqət tələb edir. Profilaktik tədbirlər ağcaqanadların çoxaldığı ərazilərdə müntəzəm dezinfeksiya, qoruyucu paltarların geyilməsi və ağcaqanadlardan qoruyan vasitələrin istifadəsindən ibarətdir.
Mütəxəssislər qeyd edir ki, ağcaqanad vasitəsilə keçən viruslar dünya üzrə böyük təhlükə yaradır və bir çox hallarda ciddi xəstəliklərə səbəb olur. Bu virusların təhlükəlilik dərəcəsi bir neçə amildən asılıdır. Birincisi, virusun növü və virulensiyasıdır (zərərvericilik gücü). Məsələn, Zika virusu hamilə qadınlar üçün, Ebola virusu isə yüksək ölüm riski ilə fərqlənir. Çikungunya virusu oynaq ağrıları ilə əlaqədar uzunmüddətli problemlər yarada bilər, dengue virusu isə ağır qanaxma və şok kimi ağırlaşmalara səbəb ola bilər. Eyni zamanda ağcaqanadların geniş yayılması və insanların səyahət etməsi virusların sürətlə yayılmasına səbəb olur. Tropik və subtropik bölgələrdə bu viruslar daha çox yayılır.
Azərbaycanda insanlar arasında yeni virus yayılıb - VİDEO | Modern.az
Bəzi viruslara qarşı peyvənd və ya effektiv müalicə üsulları mövcuddur (məsələn, qızılca, sarı qızdırma), bəzilərinə isə hələlik yoxdur (məsələn, çikungunya, Zika). Yaşlılar, uşaqlar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar ağcaqanad vasitəsilə ötürülən viruslar qarşısında daha çox risk altındadır.
Ümumilikdə ağcaqanadlardan keçən viruslar ciddi ictimai səhiyyə problemi kimi qəbul edilir və onların yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər çox önəmlidir. Bu tədbirlər arasında ağcaqanadların çoxaldığı yerlərin məhv edilməsi, şəxsi qorunma vasitələrinin istifadə olunması və epidemioloji nəzarətin gücləndirilməsi yer alır.
Azərbaycanda ağcaqanadlar vasitəsilə ötürülən viruslara qarşı mübarizə məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Ölkəmizdə əvvəllər malyariya xəstəliyi mövcud olub, lakin 2012-ci ildən etibarən yerli olaraq malyariya halları qeydə alınmayıb. Bu müvəffəqiyyət Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində əldə edilib. Bu tədbirlər arasında ağcaqanadların çoxaldığı sahələrin məhv edilməsi, insektisidlərin tətbiqi və profilaktik tədbirlərin görülməsi yer alır. Bundan əlavə, hamilə qadınlar və 5 yaşdan kiçik uşaqlar üçün uzun müddət təsirli olan insektisidli torların (LLIN) paylanması da həyata keçirilib .
Ümumiyyətlə, Azərbaycanda ağcaqanadlar vasitəsilə ötürülən xəstəliklərə qarşı mübarizə məqsədilə Səhiyyə Nazirliyi tərəfindən profilaktik tədbirlər görülür və bu sahədə maarifləndirmə işləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-08-2025, 14:00 Oxunub: 49
Bölməyə aid digər xəbərlər
3-02-2025, 11:53
"Nimesil" Azərbaycanda qadağan ediləcək? - RƏSMİ
18-01-2025, 10:25
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
22-08-2024, 10:05
Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı AÇIQLAMA
19-08-2024, 13:13
Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər gətirildi
19-08-2024, 13:12
Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər gətirildi
15-08-2024, 08:38
Qızdırma, baş ağrısı, səpgi... - Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ!
22-07-2024, 13:14
İranda yayılan qorxunc xəstəlik Azərbaycana da gələ bilərmi? – Mütəxəssisdən XƏBƏRDARLIQ
2-12-2023, 09:19
“Qızılca ilə bağlı durum epidemiyanın başlanğıcı hesab edilə bilər” - Pediatrlardan peyvənd ÇAĞIRIŞI
29-07-2023, 08:46
Bill Qeyts epidemiya yayan agcaqanadlar yetişdirir?
25-01-2023, 10:02
Naxçıvanda dərman böhranı — Bu dərmanlar tapılmır
16-06-2022, 09:24
Səhiyyə Nazirliyindən meymunçiçəyi virusu ilə bağlı AÇIQLAMA
14-01-2022, 16:00
“Omicron”u bu ştamdan ayırd etmək mümkün deyil - Səhiyyə Nazirliyi
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-09-2020, 10:06
Azərbaycanda hepatit xəstəliyi tam müalicə olunur
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 10:41
Səhiyyə Nazirliyinin rəsmisi: “Onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir”