16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Rusiya "qaranlıq tunel"dən "naməlum dünya"ya keçir: Putin məğlubiyyəti niyə etiraf etdi

Ukrayna savaşının başladılmasından sonra ABŞ və Qərb Rusiyanın bütün "qırmızı cizgilər"ini tapdalayıb, Kreml isə buna ənənəvi təhdidlərinə adekvat cavab reaksiyası verə bilməyib... Ona görə də, Qərb Rusiyanın "əzilməsi prosesi"ni daha israrla davam etdirməyin və sona çatdırmağın həm vacibliyinə, həm də mümkünlüyünə əmindir...
Ukrayna savaşı həlledici mərhələyə girmək ərəfəsindədir. Rusiyanın ətrafında çəmbər sürətlə daralır. Kremldə yaranmış uğursuz hərbi-siyasi situasiyanın məyusluğu və çaşqınlığı yaşanır. Və Rusiyanın siyasi dairələri indi yalnız Ukrayna savaşı ətrafında yaranmış vəziyyətlə yanaşı, ölkədaxili situasiyadan da ciddi şəkildə narahatdır.
Məsələ ondadır ki, Kreml son vaxtlara qədər Rusiyaya qarşı total beynəlxalq sanksiyalara ölkənin maliyyə-iqtisadi sisteminin tab gətirə bilməsini böyük uğur kimi təbliğ edirdi. Ancaq indi məlum olur ki, Kremlin bu istiqamətdə optimist mövqeyinin elə bir ciddi əsası yoxdur. Son günlər Moskva birjasında dolların sürətlə bahalaşması Kremli çətin vəziyyətə salmağa başlayıb. Və Rusiya siyasi dairələri infilyasiyanın indiki tempdə davam edəcəyi təqdirdə, ölkədaxili etiraz dalğasının qaçılmaz olacağını artıq anlayırlar.
Digər tərəfdən, Rusiya iqtisadiyyatı Ukrayna savaşının yükünü artıq daşıya bilmir. Rusiya ordusunun ərzaqla, silah-sursat, hərbi texnika və s. ləvazimat ilə təchizatı qeyri-mümkün həddə yaxınlaşıb. Hərbi-sənaye kompleksi Rusiya ordusunun ehtiyaclarını ödəmək imkanlarını itirmək üzrədir. Tezliklə hərbi texnika istehsalının ümumiyyətlə, dayana biləcəyi barədə ciddi iddialar mövcuddur. Və Kremlin bu problemi xarici ölkələrdən silah-sursat idxalı hesabına qapatmaq cəhdləri də iflasa uğrayıb.
ABŞ və Qərb siyasi dairələri Rusiyanın bu durumundan məlumatlıdırlar. Qərb siyasi iradə mərkəzləri hesab edirlər ki, Rusiya artıq kapitulyasiya aktını imzalamağa razılaşmaq məcburiyyətində qala biləcəyi situasiyaya doğru sürətlə yaxınlaşır. Prezident Vladimir Putinin Rusiyanın sülh danışıqlarına hazır olduğunu bəyan etməsi də Kremlin təslimçilik əhval-ruhiyyəsində olması barədə qənaət yaradıb. Çünki Kreml sahibi Rusiyanın əbədi müharibə aparmaq niyyətində olmadığını vurğulayıb. Və indiyə qədər Ukrayna savaşının davam etməsini məhz ABŞ və Qərbin sülh prosesinə əngəl törətməsi ilə izah edib.
Qərb siyasi dairələri bütün bunlardan nəticə çıxarmağa başlayıblar. Hətta onilliklər boyu Rusiyanın hərbi-siyasi təhdidlərinə dözümlü yanaşılmasını indi böyük qəbahət kimi dəyərləndirirlər. Qərbdə hesab edirlər ki, Rusiyanın çoxsaylı "qırmızı cizgilər"lə bağlı təhdidlərindən qorxmaqla, boşuna vaxt itirilib. Çünki Ukrayna savaşı Rusiyanın təhdidlərinin "mifoloji blef" olduğunu ortaya çıxarıb.
Çünki Ukrayna savaşının başladılması ilə ABŞ və Qərb Rusiyanın bütün "qırmızı cizgilər"ini tapdalayıb, Kreml isə buna ənənəvi təhdidlərinə adekvat cavab reaksiyası verə bilməyib. Ona görə də, Qərb Rusiyanın "əzilməsi prosesi"ni daha israrla davam etdirməyin vacibliyinə və mümkünlüyünə əmindir. Çünki Rusiya çox zəifləyib, müqavimət göstərmək üçün daxili resursları mövcud deyil. Bu səbəbdən də Kremldə siyasi iradə yoxdur, Qərbin daha da irəli gedə biləcəyindən artıq qorxur. Və məğlubiyyətə məhkum olunan Rusiyanın bundan sonra hansısa sərt reaksiyasından narahat olmağa ümumiyyətlə, ehtiyac yoxdur.
Nə qədər qəribə də olsa, Rusiya siyasi dairələrində ABŞ və Qərbin bu qənaəti ilə razılaşanların olduğu müşahidə edilir. Bu mövqeni bölüşüblər hesab edirlər ki, Kreml siyasi iradə göstərməlidir, dərhal Ukrayna ordusuna qarşı taktiki nüvə silahı ilə zərbə endirməlidir. Onların fikrincə, nüvə silahı Rusiyanın xarici müdaxilə təhlükəsindən qorumaq üçün nəzərdə tutulmuşdu. İndi məlum olur ki, bu silahdan istifadə etmədikdə, o heç nəyə yaramır. Ukrayna ordusu artıq Rusiyanın sərhədləri içərisinə zərbə endirməyə başlayıb. Ona görə də, taktiki nüvə silahı Rusiya ordusunun istifadəsinə verilməlidir.
Ancaq Rusiyada belə radikal qərarlara qarşı çıxan siyasi qruplaşmalar da olmamış deyil. Onlar daha mötədil çıxış yollarının axtarılmasına tərəfdarıdırlar. Hesab edirlər ki, Rusiya heç bir halda, nüvə silahından istifadə etməməlidir. Çünki nüvə silahından istifadə edildiyi andan etibarən planetdə "naməlum dünya" modeli dərhal işə düşmüş olacaq. Və bu, yolverilməz təhlükədir.
Təbii ki, Qərbin Rusiya ilə bağlı son qənaətləri Ukrayna savaşının gələcək taleyini müəyyən etmək baxımından, böyük önəm daşıyır. Kremldə hökm sürən pessimizm, ruh düşkünlüyü və ciddi tərəddüdlər indi Rusiya üçün əsas təhlükə faktorları sırasında yer alır. Rusiya siyasi dairələri ABŞ və Qərbə qarşı daha radikal addımlar atmağa cəsarət etmirlər. Və Ukrayna ordusunun əks hücuma hazırlaşdığı bir mərhələdə bu, Rusiyanın gələcək mövcudluğu üçün qeyri-müəyyən situasiya vəd edir.
Hazırda zaman Rusiyanın əleyhinə işləyir. Eyni zamanda, mövcud hərbi-siyasi situasiya da Kremlin gələcək iflasını biruzə verir. Belə vəziyyətdə Rusiyanın hələ nə qədər müqavimət göstərə biləcəyi böyük maraq doğurur. Halbuki Rusiya Ukrayna savaşına məhz sürətli qələbə planları ilə başlamışdı.
Maraqlıdır ki, Rusiya siyasi dairələri indi ABŞ və Qərbin qarşıya qoyulan məqsədə çatmaq üzrə olduğunu düşünürlər. Əsas qənaət ondan ibarətdir ki, Kreml savaşa başlayarkən, çox ciddi səhvlərə yol verib. Rusiya ordusunun belə dağıdıcı savaşa hazırlığı qətiyyən yoxlanılmayıb. Əksinə, Kreml Rusiyanın hərbi-siyasi qüdrəti barədə uydurduğu miflər ABŞ və Qərbdən əvvəl elə özü inanıb. Nəticədə savaşa başlamaq üçün zaman seçimində ən uğursuz mərhələyə üstünlük verilib.
Bütün bunları nəzərə aldıqda, prezident Vladimir Putinin "Rusiya sülh danışıqlarına hazırdır. Əbədi müharibə aparmaq niyyətində deyilik. Ancaq Qərb savaşın dayandırılmasına əngəl törədir" açıqlaması Kremlin hərbi məğlubiyyəti dolayısı ilə etiraf etməsi kimi qəbul olunur.
Ona görə də, Qərbdə heç kim Rusiya ilə sülh danışıqlarını vacib hesab etmir. İndi ən zəif dövrünü yaşayan Rusiyanın ümumiyyətlə, çökdürülməsi və kapitulyasiya aktına imza atmaq məcburiyyətində buraxılması əsas hədəf kimi ön plana keçirilib. Və bu baxımdan, Kremlin Rusiyanı "qaranlıq tunel"dən çıxartmaq üçün əvvəl-axır "naməlum dünya" modelinə üstünlük vermək məcburiyyətində qala biləcəyi iddia olunur.(Yeni Müsavat)
Bölməyə aid digər xəbərlər

Tarix: 8-04-2023, 10:00 Oxunub: 79
Bölməyə aid digər xəbərlər
7-04-2023, 10:00
İrəvan da Kremlin ardınca "Ukrayna bataqlığı"na düşür: Paşinyan Zəngəzur dəhlizini təhvil verməli olacaq
6-04-2023, 09:36
Rusiyanın Türkiyə ümidləri boşa çıxdı: NATO nüvə savaşını anons etdi
24-03-2023, 11:25
ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
22-03-2023, 08:49
Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
18-03-2023, 09:00
Kreml Paşinyanı niyə vicdansız elan etdi: Qərb isə İrəvanı Rusiyanı sanksiyalardan yayındırmaqda suçlayır
13-03-2023, 09:11
ABŞ dünyanı təkbaşına bölüşdürür: Ukrayna savaşında Rusiya deyil, AB və Çin əsas hədəfdir
2-03-2023, 09:00
ABŞ Rusiyanın cənub sərhədlərini qapadır: Qafqazın ardından Orta Asiya da Kremlin əlindən alınır
23-02-2023, 09:00
Kreml “Rusiyasız dünya” modeli ilə barışmır: Savaş qloballaşır, NATO-ya nüvə zərbəsi planı qurulur
24-01-2023, 09:30
Rusiya gizli anlaşma istəyir: şərtlər göndərilib, Kreml seçim qarşısında
7-01-2023, 10:00
Ərdoğanın şərti Putinin son şansıdır: Rusiya ya Ukraynadan çıxacaq, ya da dağılacaq
25-10-2022, 06:00
Kreml "erməni faktoru"ndan daha bərk yapışır: "Marqomedia" Azərbaycanı niyə hədəfə alıb
26-09-2022, 09:00
ABŞ Avropanı qurbana çevirir: Rusiyanın nüvə zərbəsi endirəcəyi əsas hədəflər məlum oldu
4-05-2022, 09:00
ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO