16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Əliyev qəti qərarını rəsmən elan etdi: Xankəndidə ajiotaj və gerisayım başladı

Prezident İlham Əliyev “təlxək yığını” adlandırdığı erməni separatçılara Azərbaycan dövlətinin səbrini sınağa çəkməməyi məsləhət görüb, onların rəsmi Bakı “dövlət-dövlət oyunu” oynamaq istəyi baş tutmayacaq... Əgər, Xankəndi və ətraf bölgədəki ermənilər Azərbaycanda yaşamaq istəyirlərsə, təcili öz təmsilçilərini Bakıya göndərməlidirlər, vətəndaşlığı qəbul edib, dövləti ilə hüquqi problemlərinin həllinə çalışmalıdırlar, əks halda, alternativ variant qaçılmaz olacaq...
Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunu qəbul etdiyi qərarlarla, yürütdüyü regional siyasətlə birmənalı şəkildə sübuta yetirib. İndi Cənubi Qafqazda maraqları olan bütün dövlətlər və beynəlxalq qurumlar istənilən halda, rəsmi Bakı ilə mütləq anlaşmaq məcburiyyətindədir. Və bundan sonra “erməni faktoru”ndan Azərbaycana qarşı istifadə olunması da qeyri-effektiv geopolitik seçim xarakteri daşıyır.
Rəsmi Bakı “erməni faktoru”nun beynəlxalq siyasi iradə mərkəzləri üçün əhəmiyyətsiz alətə çevrilməsinə nail olduğunu qətiyyən gizlətmir. Belə ki, Azərbaycanın rəsmi dairələri “erməni faktoru” üzərindən göstərilən xarici təzyiqlərə sərt reaksiya verir. Və üstəlik, buna cəhd göstərən dövlətlərin regional maraqlarını da dərhal bloklayır.
Bu, o deməkdir ki, Cənubi Qafqazda yalnız Azərbaycanın geopolitik iradəsi keçərlidir. Ermənistan isə sadəcə, gələcək taleyi qeyri-müəyyən xarakter daşıyan qondarma ölkədən başqa bir şey deyil. Erməni toplumunda son vaxtlar ən yüksək həddə çatan radikalizm və revanşizm isə yalnız Ermənistanı fəlakətə sürükləyə biləcək amildir. Və bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə açıqlamasına Ermənistanın siyasi elitası daha həssas yanaşmaq məcburiyyətindədir.
Məsələ ondadır ki, Prezident İlham Əliyev Ermənistanda Azərbaycan Bayrağının yandırılmasına görə, məhz Paşinyan hakimiyyətinin məsuliyyət daşıdığını vurğulayıb. Azərbaycan lideri belə davranışların Ermənistan üçün fəlakətli nəticələr doğura biləcəyi barədə də xəbərdarlıq edib: "Bayraq yandırmaqla, ermənilər yalnız öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdirdilər... Bir gün gözlərini açıb, Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər...”
Bu, o deməkdir ki, rəsmi Bakı Ermənistana səbrinin sona çatmaq üzrə olduğunun açıq mesajını verir. Rəsmi Bakı uzun müddət gözləmək niyyətində deyil, Ermənistan yekun sülh sazişini ən qısa zaman ərzində imzalamalıdır. Əks halda, bu məsələni Azərbaycan ordusu təkbaşına həll etməli olacaq. Və bu halda, indiki anlaşma şərtləri Ermənistan üçün daha da ağırlaşacaq.
Prezident İlham Əliyev də vurğulayıb ki, Ermənistanın rəsmi Bakının şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur. Azərbaycan liderinin problemin həllinə yönəlik mövqeyi konkretdir. Vaxtilə baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” demişdi. İndi erməni baş nazir “Qarabağ Azərbaycandır və nida” deməlidir. Ardıncasa, sülh sazişini imzalamaqla, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalıdır. Və bundan sonra regionda sülh, sabitlik dövrünün hökm sürəcəyi qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, rəsmi Bakı “Qarabağ məsələsi”nin Azərbaycanın daxili işi olduğunu artıq dəfələrlə bəyan edib. Bu məsələnin birmənalı şəkildə Azərbaycan Konstitusiyası çərçivəsində həll olunacağı ilə bağlı prinsipial mövqe tutur. Və hər hansı xarici iradə mərkəzinin bu prosesə müdaxilə etməsinə də imkan vermir.
Prezident İlham Əliyevin “Biz Azərbaycan ərazilərinin tam sahibi olduğumuzu bütün dünyaya sübut etmişik” məzmunlu açıqlaması geopolitik oyunlara həvəs göstərən beynəlxalq güclərə, o cümlədən də, Rusiyaya sərt mesajdır. Rəsmi Bakı Azərbaycan əraziləri üzərindən regional oyunlar qurmaq istəyənlərə belə bir imkanın verilməyəcəyinə yönəlik açıq xəbərdarlıq edir. Və bu baxımdan, hələ də himayədarlarının dəstəyinə ümid bəsləyən erməni separatçıları üçün geriyə sayımın başlandığı qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Xanəkəndi və ətraf bölgədə olan erməni separatçılara son xəbərdarlığını edib. Hazırda bölgənin ətrafı Azərbaycan ordusunun tam nəzarəti altındadır. Əgər, Azərbaycan ordusu hərəkətə gətirilərsə, cəmisi bir neçə saat ərzində erməni separatizmi ilə bağlı mövzu birdəfəlik gündəmdən çıxarıla bilər.
Ancaq rəsmi Bakı hələlik məsələnin dinc yollarla həlli istiqamətində bütün imkanları sınaqdan çıxartmaq niyyətindədir. Prezident İlham Əliyev də bildirib ki, bölgədəki ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da yaşamaq üçün özlərinə başqa yer tapmalıdırlar. Və ermənilərlə Azərbaycanın mərkəzi hakimiyyət dairələri arasında müzakirələr də məhz bu mövzuda aparıla bilər.
Rəsmi Bakı bu məqsədlə artıq iki dəfə ermənilərə danışıqlar təklif edib, onları Azərbaycan paytaxtına çağırıb. Ancaq erməni separatçılar buna razılaşmayıblar. Halbuki, erməni separatçılar artıq onu da anlamağa başlayıblar ki, rəsmi Bakıdan üçüncü dəfə təklif gözləmək şansları yoxdur və bu, olmayacaq. Və rəsmi Bakı məsələni sadəcə, Azərbaycan ordusu üzərindən həll edəcək.
Ona görə də, indi erməni separatçılar qorxuya düşüblər. Təxirə salınmaz humanitar problemlərin həlli üçün Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə görüş təklif ediblər. Halbuki, erməni separatçılar onu da anlamalıdırlar ki, onlar görüşün mövzusunu və yerini müəyyən etmək hüququna malik deyillər. Əgər, hır hansı görüş olacaqsa, rəsmi Bakının şərtləri və rus sülhməramlıların iştirakı olmadan keçirilməlidir. Rus sülhməramlıların Azərbaycanın daxili işlərinə qarışmaq səlahiyyəti yoxdur.
Prezident İlham Əliyevin bu barədə dedikləri erməni separatçılar üçün son şans hesab oluna bilər. Erməni separatçıları “təlxək yığını” adlandıran Prezident İlham Əliyev onlara Azərbaycan dövlətinin səbrini sınağa çəkməməyi də məsləhət görüb. Yəni, rəsmi Bakı erməni separatçıların “kaprizlər”inə uzun müddət səbr etmək niyyətində deyil. Və bu baxımdan, erməni separatçılar rus sülhməramlıların onların toxunulmazlığını təmin edəcəyinə inanmaqla, böyük səhv buraxırlar.
Bütün bunlar onu göstərir ki, erməni separatçılar artıq yolun sonuna gəlib, çatıblar. Onların rəsmi Bakı ilə “dövlət-dövlət oyunu” oynamaq istəyi baş tutmayacaq. Əgər, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər “humanitar problemlər”inin həllini istəyirlərsə, öz təmsilçilərini Azərbaycan paytaxtı Bakıya göndərməlidirlər. Əvvəlcə, Azərbaycan dövləti ilə hüquqi problemlərini həll etmək üçün vətəndaşlığı qəbul etməlidirlər. Bu halda, onların hər hansı “humanitar problemi” də qalmayacaq. Əks halda, alternativ variant kimi, özləri üçün başqa yaşayış yeri axtarmaqlı olacaqlar.(Yeni Müsavat)
Bölməyə aid digər xəbərlər

Tarix: 20-04-2023, 09:00 Oxunub: 74
Bölməyə aid digər xəbərlər
24-04-2023, 10:06
Xankəndi əməliyyatı son mərhələyə keçdi: Əliyev erməni təlxəklərin "terror sirki"ni qapadır
7-04-2023, 10:00
İrəvan da Kremlin ardınca "Ukrayna bataqlığı"na düşür: Paşinyan Zəngəzur dəhlizini təhvil verməli olacaq
31-03-2023, 09:30
“Nəfəsliyi” kəsilən ermənilər Bakıya gələcək: Əks halda, Azərbaycan ordusu Xankəndiyə gedəcək
9-03-2023, 09:30
ABŞ və Avropa Birliyi İrəvana sarsıdıcı zərbələr endirir: Bakının Laçın yolunda şəffaflıq qərarı dəstəklənir
21-02-2023, 09:02
Əliyev iki “geopolitik bomba”nın fitilini çəkdi: Biri İrəvanın, digəri Kremlin qucağında partlayacaq
12-01-2023, 09:30
Əliyev Paşinyana “son şans” mesajı verdi: Azərbaycan vətəndaşlığı Xankəndidə əsas şərtdir
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
6-08-2022, 09:30
Paşinyan Putini qınadı, Makronun “ətəyindən” tutdu: Əliyevin “dəmir yumruğu”ndan da qaça biləcəkmi…
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək