16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Ağ Evdə sülh, Kremldə savaş planları qurulur: Rusiya Qarabağda təxribat törədəcəyini anons etdi

Kremldə Rusiyanı Cənubi Qafqazın BMT-si hesab edirlər, Vaşinqton görüşünün mümkün nəticələrini pozmaq üçün yenə də vərdişli olduqları təxribat variantına möhtac qalıblar, açıq şəkildə təhdidlərə başlayıblar... Ona görə də, Vaşinqton görüşünün necə nəticələnəcəyindən asılı olmayaraq, Cənubi Qafqazda sülh və sabitliyin əsas prinsipial şərti Rusiyanın danışıqlar prosesindən ümumiyyətlə, təcrid edilməsinə bağlıdır...
Cənubi Qafqazın gələcək taleyini həll edə biləcək önəmli mərhələ artıq başlayıb. ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən sülh danışıqları bir suallara cavab tapılmasına münbit şərait yarada bilər. Və ona görə də, həm Azərbaycan, həm də Ermənistan tərəfindən xarici işlər nazirlərinin hələ bir neçə gün Vaşinqtonda qalmalı olacaqlarının anons edilməsi qətiyyən təəccüblü deyil.
Belə anlaşılır ki, Ağ Ev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton danışıqlarının konkret nəticə ilə yekunlaşmasında birbaşa maraqlıdır. Bu hədəfə çatışması üçün də bütün siyasi-diplomatik təsir gücünü işə salmış kimi görünür. Hələlik Ağ Ev yekun sülh sazişinin ilkin variantı kimi xarakterizə olunan "Nizamlanma üzrə razılaşma" adlandırılan sənədin imzalanmasına çalışır.
Ancaq Cənubi Qafqazda sülh prosesinin yekun nəticələri böyük ehtimalla ABŞ-da deyil, Avropa məkanında məlum olacaq. Çünki Ağ Evin planına görə, Vaşinqtonda əldə olunacaq razılaşmanın Avropa ölkələrindən birinin paytaxtında yekun sülh sazişinin imzalanması ilə nəticələnməsi nəzərdə tutulub. Və bütün bu prosesin yaxın 4-5 həftə ərzində yekunlaşdırılması planlaşdırılıb.
Maraqlıdır ki, Ermənistan siyasi dairələrində bu barədə artıq açıq məzmunlu müzakirələr başlayıb. Rusiyaya bağlı erməni müxalifəti Paşinyan hakimiyyətini Ermənistanın maraqlarına zidd şərtlər altında danışıqlar aparmaqda suçlayır. Onların qənaətinə görə, xarici işlər nazirlərinin Vaşinqton görüşü erməni xalqından gizli şəkildə Ermənistana arxadan zərbə vurmaq məqsədi daşıyır.
Erməni politoloq Razmik Akopcanyan hesab edir ki, əgər, Vaşinqtonda iki ölkə arasında problemlərin həlli ilə bağlı "yol xəritəsi"nin hazırlanması mümkün olarsa, onda yaxın bir ay ərzində sülh sazişinin imzalanması da qətiyyən gözlənilməz olmayacaq: "Ancaq Rusiya ABŞ və Qərbin sülh planlarına əngəl törətməyə çalışır. Ona görə də, Ermənistan üçün ikinci Ukraynaya çevrilmə riski də var. Kreml Azərbaycan-Ermənistan sülh prosesinə ABŞ və Qərbin müdaxiləsini Rusiya üçün real təhlükə hesab edir. Rusiyanın belə təhlükələrə necə reaksiya verdiyi isə Ukraynanın timsalında məlumdur. Ona görə də, Ermənistan üçün olduqca təhlükəli bir situasiya yaranıb".
Digər erməni politoloq Andranik Ovannisyan isə vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi "Dağlıq Qarabağ"ın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu rəsmən tanımağa hazırdır. Onun iddiasına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyana istinad etməklə, rəsmi İrəvanın bu məsələdə qərarlı olduğunu artıq təsdiqləyib. Və Paşinyan hakimiyyətinin Vaşinqtondan sonra xarici işlər nazirlərinin Moskvada da görüşməsinə rəsmən razılıq verməsi sadəcə, siyasi manevrdən başqa bir şey deyil.
Kremlin isə Vaşinqton görüşündən ciddi şəkildə narahat olduğu isə qətiyyən şübhə doğurmur. Üstəlik, Kreml bunu baş verənlərə yönəlik siyasi reaksiyası ilə də sezdirir. Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vaşinqton görüşünə yumşaq desək, provokativ məzmunlu münasibət bildirib. Onun fikrincə, Azərbaycan və Ermənistan arasında olan problemlərin həlli yalnız Rusiyanın da imzaladığı üçtərəfli anlaşmalarla mümkün ola bilər.
D.Peskovun fikrincə, həmin üçtərəfli anlaşmaların ümumiyyətlə, alternativi yoxdur: "Ona görə də, regiondan kənar sülhyaratma təşəbbüslərində üçtərəfli anlaşmalar mütləq əsas hüquqi baza olaraq, qəbul edilməlidir. Çünki Rusiya Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları Qarabağ üzrə razılaşmalar üçün də yeganə hüquqi əsasdır”.
Göründüyü kimi, prezident Vladimir Putinin təmsilçisi açıq-aşkar təxribatçı açıqlama ilə Vaşinqton görüşünün mümkün nəticələrini təhdid etməyə çalışır. Belə anlaşılır ki, Kreml Rusiyanı Cənubi Qafqaz regionu üçün BMT-nin səlahiyyətlərinə sahib ölkə hesab edir. Və bu, Rusiyanın regionda sülh prosesinin uğur qazanması qarşısında əsas əngəl olduğunu növbəti dəfə təsdiqləyir.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında olan problemlər ilk növbədə BMT Nizamnaməsinə və digər beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməlidir. Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli anlaşmaların üzərindən həmin problemlərin həllinin mümkün olmadığı isə son 2,5 il ərzində birmənalı şəkildə məlum oldu. Həmin sənədlər Kremlə Cənubi Qafqazda sülhün və sabitliyin deyil, məhz yalnız Rusiyanın geopolitik maraqlarının təmin edilməsi üçün lazımdır.
Digər tərəfdən, həmin sənədlər imzalandıqdan sonra onların tələblərini yalnız Azərbaycan birtərəfli qaydada icra edib. Rusiya və Ermənistan isə üçtərəfli anlaşmaları davamlı olaraq, kobud şəkildə pozublar. Kreml üçtərəfli anlaşmaların tələblərinə baxmayaraq, rus sülhməramlı qüvvələri Azərbaycanın Xankəndi və ətraf bölgəsində yerləşdirilməsindən sonra Ermənistan ordusunun tör-töküntülərinin oradan çıxarılmasını təmin etməyib.
Əksinə, Ermənistanın Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular üçün silah-sursat daşımasına yardım göstərib. Bu azmış kimi, rus sülhməramlılar erməni separatçı-terrorçulara müdafiə istehkamları qurmağa kömək edib, həmin cinayətkarlara hətta hərbi təlimlər də keçib. Ona görə də, Kreml təmsilçilərinin indi üçtərəfli anlaşmaların alternativsiz olduğunu iddia etmələri yumşaq desək, absurd və mənasız görünür.
Əgər, üçtərəfli anlaşmalar Azərbaycan və Ermənistan arasında olan problemlərin həllində alternativsiz olsaydı, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaq məcburiyyətində qalmazdı. Rusiya üçtərəfli anlaşmaları kobud şəkildə pozaraq, Ermənistana Laçın yolundan hərbi məqsədlərlə istifadə etməsinə dəstək verdiyi üçün rəsmi Bakı belə qətiyyətli addım atmalı oldu. Bununla da Rusiya və Ermənistanın təxribatçı davranışları ucbatından Kremlin alternativsiz hesab etdiyi üçtərəfli anlaşmalar əslində, öz hüquqi qüvvəsini itirdi. İndi üçtərəfli anlaşmalar müvəqqəti və formal sənədlərdən başqa bir şey deyil.
Nəhayət, Kreml təmsilçisinin "Rusiya Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları Qarabağ üzrə razılaşmalar üçün də yeganə hüquqi əsasdır” açıqlaması ümumiyyətlə, beynəlxalq hüquq normalarına ziddir və birmənalı şəkildə provokativ xarakter daşıyır. Çünki beynəlxalq hüquq normalarına görə, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Üçtərəfli anlaşmalar bu reallığı heç bir halda, dəyişə bilməz. Rəsmi Bakı beynəlxalq hüquq normalarına əsaslanaraq, Qarabağ məsələsini Azərbaycanın daxili işi hesab edir. Bu məsələni üçtərəfli anlaşmalara deyil, məhz Azərbaycan Konstitusiyasına uyğun şəkildə həll etmək niyyətindədir. Yəni, rəsmi Bakı bu məsələni nə Rusiya, nə Ermənistanla, nə də hər hansı beynəlxalq qurumla, o cümlədən də, ABŞ və Qərblə müzakirə etmir.
Təbii ki, Kremldə bu reallığı tam dəqiqliyi ilə bilirlər və anlayırlar. Ancaq Vaşinqton görüşünün Rusiyanı Cənubi Qafqazdan çıxara biləcəyini nəzərə alan Kreml yenə də vərdiş etdiyi təxribat variantına möhtac qalıb. Kreml D.Peskovun dili ilə Vaşinqton görüşünün nəticələrinə müqavimət göstərəcəyinin açıq mesajını verir. Yaxın vaxtlarda Cənubi Qafqazda, eləcə də, rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsində silahlı toqquşmalar törədə biləcəyini anons edir. Bu isə o deməkdir ki, hazırda Ağ Evdə sülh, Kremldə isə təxribat planları qurulmaqdadır. Ona görə də, Cənubi Qafqazda sülh və sabitliyin əsas prinsipial şərti Rusiyanın danışıqlar prosesindən ümumiyyətlə, təcrid edilməsi ilə bağlıdır.(musavat.com)
Bölməyə aid digər xəbərlər

Tarix: 3-05-2023, 09:00 Oxunub: 102
Bölməyə aid digər xəbərlər
19-05-2023, 10:00
Zəngəzur dəhlizi uğrunda amansız savaş başlayıb: Bakı Fransanı, Qərb Rusiyanı bloklayır
10-05-2023, 09:18
Rusiya Polşanı da vuracaq, BMT demontaj ediləcək: Dəhşətli kiberhücum dünyada hər şeyi dəyişəcək
8-05-2023, 09:00
Kremldə postputin dövrünə hazırlıq sürətlənir: Rusiyanın daxilinə "SMERŞ bombası" ilə zərbə planı qurulur
24-03-2023, 11:25
ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
22-03-2023, 08:49
Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
13-03-2023, 09:11
ABŞ dünyanı təkbaşına bölüşdürür: Ukrayna savaşında Rusiya deyil, AB və Çin əsas hədəfdir
2-03-2023, 09:00
ABŞ Rusiyanın cənub sərhədlərini qapadır: Qafqazın ardından Orta Asiya da Kremlin əlindən alınır
1-03-2023, 10:00
Lavrov Bakıdan əliboş göndərildi: İrəvan Kremli necə təhqir etdi
23-02-2023, 09:00
Kreml “Rusiyasız dünya” modeli ilə barışmır: Savaş qloballaşır, NATO-ya nüvə zərbəsi planı qurulur
7-01-2023, 10:00
Ərdoğanın şərti Putinin son şansıdır: Rusiya ya Ukraynadan çıxacaq, ya da dağılacaq
2-11-2022, 15:30
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
25-10-2022, 06:00
Kreml "erməni faktoru"ndan daha bərk yapışır: "Marqomedia" Azərbaycanı niyə hədəfə alıb
4-05-2022, 09:00
ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO