16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Sülhməramlılar Qarabağdan gedəcək, amma... – “Zamana ehtiyac var”
Rusiya Prezidenti Vladimir Putin ötən həftə Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti ilə bağlı danışarkən bildirdi ki, hərbçiləri 2025-ci ilin noyabrınadək regionda qalacaqlar. Oktyabrın 13-də Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasından sonra mətbuat konfransında Azərbaycan Prezidenti ilə görüşünün yekunları barədə suala cavabında Rusiya Prezidenti vurğuladı ki, Qarabağ ərazisi faktiki olaraq Azərbaycanın ərazisidir.
“2020-ci ilin noyabrında sülhməramlıların bu ərazidə olması barədə razılığa gələndə, onların mandatı yalnız bir şeydən ibarət idi - atəşkəs rejiminə nəzarət etmək. İkincisi, Qarabağın statusu nəhayət müəyyən olunmamışdı – problemin məğzi də budur. Və Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyanda məlum oldu ki, bizim sülhməramlılarımız, heç şübhəsiz, artıq Azərbaycan Respublikasının ərazisindədir. Təbii ki, indi - xüsusən də, açığını desəm, erməni əhalisinin köçü ilə bağlı ağır hadisələrdən sonra - vəziyyət artıq tamamilə, kökündən dəyişib. Amma formal olaraq, sülhməramlılarımız 2025-ci ilin noyabrına qədər orada olacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarımızla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Biz buna danışıqlar zamanı qərar verəcəyik”, Putin çıxışında qeyd edib.
Azərbaycanlı ekspertlər isə hesab edirlər ki, Rusiya Prezidentinin sülhməramlılarla bağlı dedikləri ikibaşlıdır. Analitiklərin qənaətincə, birincisi, sülhməramlıların 2025-ci ilədək bölgədə qalmasına heç bir ehtiyac yoxdur. Çünki yeni şərait yaranıb, Qarabağın erməni sakinləri sentyabrın 19-da Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərindən sonra könüllü şəkildə çıxıb gediblər. Onların yenidən Qarabağa dönüşü isə az ehtimaldır. Belə olan halda, sülhməramlıların qalması məntiqsizdir. Rusiya Prezidenti etiraf edir ki, sülhməramlıların Qarabağdakı fəaliyyəti indi formaldır. Amma Putin həm də onu deyir ki, bu barədə danışıqlar aparılacaq. Ekspertlər isə burada Moskva ilə Bakı arasında sülhməramlıların qalıb-qalmaması məsələsinin danışılmasına da ehtiyacın olmadığı qənaətindədirlər. Rusiya Prezidenti “danışıqlar” dedikdə, nəyi nəzərdə tutur, anlaşılmazdır.
DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə fərqli düşünür. Analitik deyib ki, fakt odur ki, hələ Rusiya sülhməramlı kontingenti Qarabağda qalmaqdadır:
- Görünür, Putinin simasında Rusiya israr edir ki, 2025-ci ilin 10 noyabrınadək sülhməramlılar Qarabağda olsunlar. Azərbaycan tərəfi sülhməramlıların çıxıb getməsində maraqlıdır. Faktiki olaraq sülhməramlıların bölgədə bir funksiyası da qalmayıb. Putin özü də etiraf etdi ki, sülhməramlıların Qarabağda olması formal xarakter daşıyır. Ola bilsin ki, Rusiya Qarabağı tərk edən ermənilərin qayıdacağına ümid edir. Amma qayıtsalar da, Azərbaycanın reinteqrasiya şərtləri var və ona əməl edən erməni sakinlər yaşaya biləcəklər. Əgər ermənilər vətəndaşlığı qəbul edəcəklər və yaşayacaqlarsa, o zaman yenə də sülhməramlılara ehtiyac qalmayacaq. Bu halda Rusiya hərbçilərini bölgədən çıxarmalıdır.
İndi Azərbaycan açıq şəkildə Rusiyaya “sülhməramlılarını Qarabağdan çıxar” deyə bilməz. Daha doğrusu bu formada Moskvaya mesaj Bakının özünə də sərf etmir. Çünki bu halda Rusiyanın sülhməramlılarla bağlı siyasətində müəyyən dəyişikliklər edilə bilər, hansı ki, bu dəyişikliklərdən Azərbaycan tərəfinin zərər görəcəyi ehtimalı çoxdur. Bunu açıq deməliyik. Nəzərə almaq lazımdır ki, Rusiyanın bölgədə strateji maraqları mövcuddur və bu maraqların təmin olunması üçün hər yola əl atır.
- Yəni ki, Rusiyanın maraqlarına uyğun davranmalıyıq?
- Yox, mən bunu nəzərdə tutmuram. Rusiyanın maraqları baxımından deyil, Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğun siyasət aparılmalıdır. Çalışmalıyıq ki, dinc yolla, dil taparaq problemi yoluna qoyaq. Buna bir çox mənada nail olmuşuq, bu gün Azərbaycan bayrağı Xankəndidə dalğalanır. Amma qarşımızda görüləsi işlər də az deyil.
Putin bildirdi ki, sülhməramlılarla bağlı məsələ Moskva ilə Bakı arasında müzakirə olunacaq. Yəqin ki, 2025-ci ilədək Azərbaycan diplomatik yolla bu məsələni yoluna qoyacaq və rus hərbçilərin Qarabağdan getməsinin də şahidi olacağıq.
Bu gün Xankəndidə azərbaycanlı komendant fəaliyyət göstərir. Mən bilmirəm ki, komendantura ruslarla kordinasiyalı şəkildə fəaliyyət göstərir, ya yox. Bütün hallarda isə Azərbaycanın dövlət orqanları Qarabağın tamamında fəaliyyətə başlayıb. Strateji əhəmiyyətli obyektlər qorunur, təhlükəsizlik təmin olunur. Azərbaycan suverenliyini bütün ərazilərində təmin edib. Burada təhlükəsizliyi Azərbaycanın hüquq-mühafizə orqanları təmin etməlidir ki, bu işə də başlanılıb. Hesab edirəm ki, bu fəaliyyət getdikcə güclənəcək.
Ehtimal edirəm ki, Azərbaycanla Rusiya arasında sülhməramlılarla bağlı kompromis var və bu, rus hərbi kontingentinin müəyyən hissəsinin 2025-ci ilədək Qarabağda qalmasına imkan verəcək.
- Vətən müharibəsindən sonra Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyətə başlayıb. Bu Mərkəzin fəaliyyətinə nə dərəcədə ehtiyac var?
- Türklərin orada olması baxımından bizə Mərkəzin fəaliyyətini sülhməramlılar çıxanadək davam etdirməsi lazımdır. Yəqin ki, həmin Mərkəz də 2025-ci ilədək Ağdamda qalacaq. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Azərbaycan bölgədə suverenliyini bərpa etsə də, problemlər var və bu, kifayət qədərdir. Bu problemləri yaxın aylarda tam həll etmək mümkün deyil. Unutmaq olmaz ki, bölgədə 35 ilə yaxındır ki, münaqişə davam edib, iki dəfə böyük, bir neçə dəfə də kiçik qanlı toqquşmalar olub. Müharibə başa çatsa da, bir qərinədən çox davam etmiş problemi 3 günün, 5 günün içində tam yoluna qoymaq elə də asan deyil. Hesab edirəm ki, səbirli olmalıyıq, tələsik addımlar atmamalıyıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan diplomatiyası 200 illik problemi tam yoluna qoymaq üzrədir. Prosesi tam başa çatdırmaq üçün zamana ehtiyac var. Mən inanıram ki, bölgədə qalan rus hərbçiləri də doğru diplomatiya nəticəsində ərazilərimizdən çıxacaqlar. Bu məsələ elədir ki, zərgər dəqiqliyi ilə addım atmaq lazımdır ki, Azərbaycan prosesdən zərərli çıxmasın.
- Bəzi şəxslər tərəfindən fikirlər səslənir ki, Rusiyanın niyyəti sülhməramlılarını saxlamaq, Qarabağda hansısa baza və ya məntəqə formasında hərbçilərini uzunmüddətli yerləşdirmək niyyətindədir. Bu ehtimal nə qədərdir?
- Təbii ki, Rusiyanın belə bir niyyəti ola bilər. Əvvəldə də dediyim kimi, Rusiyanın burada strateji maraqları mövcuddur. Amma buna Azərbaycan imkan verəcəkmi, mən inanmıram. Sülhməramlıların Qarabağda qalma müddəti 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatda təsbit olunub. Rus hərbçilərinin bölgədə qalma müddəti konkret göstərilib. Düzdür, artıq həmin Bəyanat qüvvədən düşmüş sayılır. Faktiki olaraq da sülhməramlıların Qarabağda bir işi qalmayıb. Əlbəttə, Moskva çox istəyər ki, sülhməramlı missiyasını qalıcı etsin, bazaya çevirsin. Amma geosiyasi və regional şərtlər buna imkan verməyəcək. Eyni zamanda, Azərbaycan qanunlarına görə, ərazimizdə heç bir başqa ölkənin bazasının olması mümkün deyil. Digər tərəfdən, Azərbaycan Türk Dövlətləri Təşkilatının əsas qərarverici üzvlərindən biridir, ortada Türkiyə amili var və s. Yəni ki, Rusiyanın sülhməramlı qərargahını bazaya çevirmək istəyi olsa da, bunun baş tutacağı mümkün görünmür.
- Məlumdur ki, Rusiya uzun illərdir Azərbaycanı həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) və Avrasiya İqtisadi Birliyində görmək istəyir. Bundan sonrakı proseslərdə bu mümkün ehtimal sayıla bilərmi?
- Zənn etmirəm ki, Azərbaycan Rusiya çətiri altındakı hansısa birliklərə qoşulsun. Birincisi, Azərbaycan Rusiya ilə ikitərəfli əməkdaşlıqlarda maraqlıdır və bununla bağlı müxtəlif sahələri əhatə edən sazişlər, sənədlər imzalanıb. İkincisi, Azərbaycan Qoşulmama Hərəkatı kimi nəhəng təşkilatın əsas üzvlərindən biridir, hazırda da bu Hərəkatın sədridir. Üçüncüsü, Azərbaycan Avrointeqrasiya yolunu tutub, Avropa ilə iqtisadi layihələrdə iştirak edir. Rusiya, şübhəsiz, bundan heç də məmnun deyil. Azərbaycan öz geosiyasi əhəmiyyətinə görə çox mühüm ölkələrdən biridir. Həm də Azərbaycan Avropa İttifaqının enerji təminatçılarındandır, nəqliyyat dəhlizidir. Bu nöqteyi-nəzərdən onun Avropaya meyllənməsi Avropa üçün də əlavə üstünlüklər yaradır. Rusiya məhz bundan qıcıqlanır və Azərbaycana zaman-zaman təzyiqlər edib. Amma indi qatar gedib və Azərbaycan müəyyən məsafəni qət edib.
İnanmıram ki, Azərbaycan Rusiya patronajlığındakı qurumlara üzv olsun. Bu, Azərbaycanın milli maraqlarına da o qədər uyğun deyil. Ümuumiyyətlə, KTMT, Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı kimi təşkilatların özünün də perspektivi sual altındadır. Bu gün Ermənistan KTMT-dən ayrılmağa can atır. Rusiya Ukraynaya qarşı işğalçı müharibədə KTMT-nin digər üzvlərini savaşa qoşmağa çalışsa da, bu, alınmadı. Demək istədiyim odur ki, KTMT indi formal bir qurum kimidir, varlığı ilə yoxluğu bilinmir. Ona görə də Azərbaycanın bu təşkilatlara qoşulacağı ağlabatan deyil.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-10-2023, 16:00 Oxunub: 171
Bölməyə aid digər xəbərlər
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
24-04-2023, 10:06
Xankəndi əməliyyatı son mərhələyə keçdi: Əliyev erməni təlxəklərin "terror sirki"ni qapadır
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
15-12-2022, 16:00
Rusdan sülhməramlı çıxmaz... - FAKT BUDUR!
10-11-2022, 06:00
Ermənistanın kapitulyasiya aktına imza atmasından 2 il ötür
2-11-2022, 15:30
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO