16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
ABŞ Lukaşenkonu tanımaqdan imtina etdi

ABŞ Aleksandr Lukaşenkonu Belarusun qanuni seçilmiş prezidenti kimi tanımır.
QanunXəbər.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Avqustun 9-da keçirilən seçkilər azad və ədalətli deyildi. Elan olunmuş nəticələr legitimliyi əks etdirmirdi. ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Aleksandr Lukaşenko Belarusun yeni prezidenti kimi and içib. ABŞ-la yanaşı daha 5 dövlət (Almaniya, Slovakiya, Latviya, Litva və Estoniya) Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edib.


Tarix: 24-09-2020, 07:06 Oxunub: 167


Bölməyə aid digər xəbərlər