16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi

İranın İsrailə gecə hücumundan sonra ABŞ yeni hərbi avantüralara bulaşmaq niyyətində olmadığını qabardır... Netanyahu hökuməti növbəti hərbi planlarını Ağ Evin xəbərdarlıq mesajlarına uyğunlaşdırmalı olacaq...
Dünya yeni qeyri-adi savaşa şahidlik etdi. Bu savaş dünya tarixinə ən zərərsiz müharibə kimi düşə bilər. Çünki bir gecəlik müharibə hər iki tərəf üçün demək olar ki, itkisiz yekunlaşıb. Böyük ehtimalla indi hər iki tərəf bu bir gecəlik müharibənin nəticələrindən məmnundur. Və hərbi qarşıdurmanın bundan sonra gərginləşmə ehtimalı da artıq real görünmür.
Onu da qeyd etmək lazımdır ki, həm İran, həm də İsrail belə bir qısamüddətli müharibədə birbaşa maraqlı idilər. Əslində, bütün bunların məhz rəsmi Təl-Əvivin ssenarisi üzrə baş verdiyini də iddia etmək üçün müəyyən əsaslar mövcuddur. Hər halda, İranın İsrailə hücum etməsinə beynəlxalq hüquq normalarına bağlı səbəbləri məhz rəsmi Təl-Əviv əvvəlcədən təmin etmişdi. Və rəsmi Tehran da elə həmin hüquqi səbəblərdən maksimum səviyyədə istifadə etmiş oldu.
Məsələ ondadır ki, İsrail İranın Suriya paytaxtı Dəməşqdəki konsulluğuna zərbə endirməklə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdu. Hər bir dövlətin başqa ölkələrdə olan diplomatik nümayəndəlikləri onun suveren ərazisi sayılır. Yəni, Dəməşqdəki konsulluğa hücum əslində, İran ərazisinə zərbə anlamı daşıyırdı. Və rəsmi Təl-Əvivin bunu məqsədyönlü şəkildə etdiyi artıq qətiyyən şübhə doğurmur.
Egypt-voices-concerns-over-Iran-Israel-escalation-urges-restraint--860x484.jpeg (84 KB)
Nəzərə almaq lazımdır ki, İranın Dəməşqdəki konsulluğuna zərbədən öncə İsrailin Qəzzada törətdikləri beynəlxalq məkanda ciddi etirazlara səbəb olmaqdaydı. Üstəlik, Netanyahu hökuməti də yalnız ölkə xaricində deyil, həm də daxilində ciddi qınaqlara tuş gəlməkdəydi. Bu vəziyyəti dəyişmək üçün bütün narazılıqları eyni vaxtda aradan qaldıra biləcək hərbi təxribata ehtiyac duyulurdu. Və həmin hərbi təxribat da məhz İran konsulluğuna zərbə endirməklə törədildi.
Təbii ki, rəsmi Təl-Əviv İran konsulluğuna zərbənin doğuracağı nəticəni də əvvəlcədən hesablanmışdı. Çünki İsrailin hərbi təxribatına İranın mütləq cavab vermək məcburiyyətində qalacağını əvvəlcədən müəyyən etmək elə də çətin məsələ deyildi. Hər halda, İran öz beynəlxalq imicini istənilən halda, müdafiə etməli olacaqdı. Və rəsmi Tehran bir neçə günlük təhdidlərdən sonra bunu nəhayət ki, etdi.
İndi böyük ehtimalla hər iki tərəf böyük ölçüdə məmnundur. Çünki İran İsrail istiqamətində bir neçə yüz PUA və raket göndərməklə, Dəməşqdəki konsulluğuna hücuma cavab vermiş oldu. Artıq rəsmi Tehranın həm müttəfiqləri, həm də İran daxilində cavab reaksiyası tələb edən siyasi qruplar İranın özünümüdafiə potensialını qabarda bilərlər. Və İranın beynəlxalq imici də indi vurulmuş zərbəni təmizləmiş kimi görünür.
İsrail isə Qəzzada törətdiklərini müəyyən müddət üçün beynəlxalq məkanda arxa plana keçirtməyə nail olub. Eyni zamanda, Qəzzadakı qəddarlığa görə rəsmi Təl-Əvivi ittiham edən beynəlxalq siyasi dairələr də indi İsraili dəstəklədiklərini bəyanlayırlar. Üstəlik, Netanyahu hökuməti İsrail əhalisini İran təhlükəsi ilə qorxudaraq, öz daxili mövqelərini nisbətən möhkəmləndirməyə nail oldu. Və bütün bunları nəzərə aldıqda, dünyanın gözü qarşısında sonu əvvəlcədən müəyyən edilmiş bir hərbi ssenarinin reallaşdırıldığını da düşünmək olar.
Maraqlıdır ki, hazırda hər iki tərəf böyük uğurlar qazandığını iddia edir. Rəsmi Tehran İsraili cəzalandırdığını qabardır. İsrail isə İranın hərbi hücumunu heç bir ciddi zərər görmədən dəf etdiyini vurğulayır. Eyni zamanda, Netanyahu hökuməti İranın gecə hücumuna mütləq sərt cavab verəcəyini də bəyanlayır. Və bu, gecə münaqişəsinin davamının ola biləcəyi ilə bağlı ehtimalları aktual saxlayır.
Ancaq buna baxmayaraq, Yaxın Şərqdə belə bir savaşın yaxın vaxtlarda təkrarlana biləcəyini təxmin etmək hələlik bir qədər çətindir. Düzdür, hər iki tərəfə düşmənçilik vəziyyətini qabartmaq tamamilə sərfəlidir. Hər halda, hər iki tərəf bundan həm daxili, həm də xarici auditoriya qarşısında təbliğat kampaniyası üçün istifadə etməyə çalışır. Yəni, həm İsrail, həm də İran vaxtaşırı belə qısamüddətli və zərərsiz hərbi toqquşmalarda birbaşa maraqlıdır.
Bununla belə, hər iki ölkə genişmiqyaslı və uzunmüddətli savaşa qətiyyən həvəs göstərmir. Çünki bu, onların hərbi-siyasi maraqlarına və hədəflərinə qətiyyən cavab vermir. Hər halda, həm Tehranda, həm də Təl-əvivdə genişmiqyaslı və uzunmüddətli savaşın hər iki ölkə üçün dağıdıcı nəticələr verə biləcəyini nəzərə alırlar. Üstəlik, hər iki tərəf bir-birinə qarşı total savaş variantına hələlik qətiyyən hazır deyil. Və bu baxımdan, yaxın vaxtlarda yeni dağıdıcı savaşa risk edəcəkləri o qədər də inandırıcı görünmür.
Məsələ ondadır ki, əgər, bu iki ölkə arasında real genişmiqyaslı savaş baş verərsə, bu hərbi münaqişənin bir çox dövlətləri öz içərisinə ala biləcəyi tamamilə realdır. Hətta belə bir savaşın yayılma arealı yalnız Yaxın Şərq regionu ilə məhdudlaşmayıb, bütövlükdə Avrasiya məkanı əhatə edə biləcəyi qətiyyən istisna deyil. Xüsusilə də, belə genişmiqyaslı savaşdan ABŞ, Rusiya Çin, Türkiyə və hətta ümumiyyətlə, NATO ölkələrinin kənarda qalma ehtimalı o qədər də yüksək deyil.
Dünyanın başının Ukrayna savaşına qarışdığı bir vaxtda isə heç bir nəhəng dövlət belə yeni qlobal savaşda maraqlı olmaz. Xüsusilə də, Bayden administrasiyası ABŞ-da növbəti prezident seçkiləri ərəfəsində İsrailin bulaşdığı hər hansı savaşda iştirak etməyə həvəsli deyil. Üstəlik, Ağ Ev Rusiya və Çinin eyni vaxtda iştirak etmək məcburiyyətində qala biləcəyi müharibə təhlükəsindən də ehtiyatlanır. Ona görə də, Ağ Ev İsrailin İrana cavab verəcəyi təqdirdə, hərbi toqquşmalara heç bir halda, müdaxilə etməyəcəyini artıq bəyan edib. Və bu, ilk növbədə İsrailin Netanyahu hökumətinə yönəlik xəbərdarlıq mesajı da sayıla bilər.
Belə anlaşılır ki, Ağ Ev ABŞ-ın yeni hərbi avantüralara bulaşmaq niyyətində olmadığını qabartmağa çalışır. Yəni, əgər, rəsmi Təl-əviv İrana cavab zərbəsi endirərsə, ABŞ İsrailə dəstək verməyəcəyinə eyham vurur. Bununla da, Netanyahu hökumətinə "qırmızı cizgiləri" keçməyin yolverilməz olduğunu qəbul etdirməyə çalışır. Və bu, o deməkdir ki, ABŞ-ın birbaşa dəstəyi olmadan İranla yeni hərbi toqquşmalardan hələlik müəyyən mənada, ehtiyat edən İsrailin Netanyahu hökuməti növbəti hərbi planlarını Ağ Evin mesajlarına uyğunlaşdırmalı olacaq.(Yeni Müsavat)
Bölməyə aid digər xəbərlər

Tarix: 15-04-2024, 09:19 Oxunub: 63
Bölməyə aid digər xəbərlər
7-12-2023, 09:38
Avropalı diplomat erməniləri necə “məğlub” etdi: Qərb Azərbaycana qarşı “qırmızı cizgiləri” keçir
11-10-2023, 10:00
MOSSAD-ın “susqunluğu”, dünyanın dizaynında böyük əməliyyatın başlanğıcı – SENSASİYA
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
1-06-2023, 09:00
Bakı “Zəngəzur düyünü”nü açır: ABŞ və Qərb Türk İttifaqını dəstəkləməyə məcbur qalıb
24-04-2023, 10:06
Xankəndi əməliyyatı son mərhələyə keçdi: Əliyev erməni təlxəklərin "terror sirki"ni qapadır
1-04-2023, 09:30
Dünyanı dağıdacaq ssenari işə düşüb, bəzi ölkələr məhv olacaq: Çin niyə qlobal savaş anonsu verdi
22-03-2023, 08:49
Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
13-03-2023, 09:11
ABŞ dünyanı təkbaşına bölüşdürür: Ukrayna savaşında Rusiya deyil, AB və Çin əsas hədəfdir
20-09-2022, 09:30
Paşinyan Rusiya ilə yanaşı, İrana da xəyanət etdi: ABŞ Ermənistanı platsdarma çevirməyə çalışır
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO