16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Fransa hakimiyyəti müstəqillik uğrunda mübarizə aparan Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Fransa Daxili İşlər Nazirliyi uzun müddət həbsxana koloniyası kimi fəaliyyət göstərən və hazırda Fransa hərbi bazasının yerləşdiyi adaya əlavə polis qüvvələrinin göndərildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, 82 nəfər həbs edilib, 54 polis və jandarm yaralanıb. Hava limanı bağlanıb, onlarla reys təxirə salınıb. Uzun illərdir yerli kanak əhalisi ilə onun müstəqillik arzusunu boğmağa çalışan müstəmləkəçilər arasında gərginlik yaşanır. Son günlərdə gərginlik açıq qarşıdurmalara keçib. Fransa DİN arxipelaqda iki günlük komendant saatı və toplantılara qadağa qoyulduğunu elan edib. Müstəqillik tərəfdarı olan Kaledoniya Birliyi Partiyasının sədri Daniel Qoa sakitliyə çağırıb. Lakin bildirib ki, etirazlar “gənclərimizin daha Fransanın onları idarə etməsinə icazə verməmək əzmini göstərir”. Bakı Təşəbbüs Qrupu da Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Yeni Kaledoniyada baş verən hadisələr, Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ciddi narahatlıq doğurur. Qeyd olunub ki, Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıq qəbuledilməzdir: "İctimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin davamlı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub. Təəssüf ki, Yeni Kaledoniyada təklif edilən konstitusiya dəyişiklikləri ilə əlaqədar paytaxt Numea şəhərində və ətraf ərazilərdə keçirilən ümumi etirazlardan sonra Fransa təhlükəsizlik qüvvələri səfərbər edilib, komendant saatı tətbiq olunub. Toqquşmalar nəticəsində 82 mülki şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib". Bəyanatda diqqətə çatdırılıb ki, kanak xalqının rəyi nəzərə alınmadan Konstitusiyaya təklif olunan son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub: "Paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələr Bakı Təşəbbüs Qrupu olaraq bizi dərindən narahat edir. Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid altına qoyur. Biz kanaklı dostlarımızla həmrəyik və onların ədalətli mübarizəsində daim yanlarındayıq. Fransa hökumətindən kanak xalqının qərarının nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq. Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı, layiqli gələcək istəyənləri dəstəkləyirik”.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirib ki, Fransanın bu davranışı yeni deyil və Fransa istər yeni Kaledoniya, istərsə digər müstəmləkə torpaqlarında, Afrikanın böyük bir hissəsində illər boyu hər kəsə divan tutmaqla məşğul olub və hələ də olmaqdadır. Ekspertin sözlərinə görə, sadəcə olaraq Fransanın əlindəki imkanlardan çəkinən dünyanın bir çox dövlətləri bunu dilə gətirmir, ictimailəşdirmirdilər:
"Amma Azərbaycan ədalətin, haqqın yanında olduğuna görə bu məsələni təkcə daxili ictimai rəydə deyil, qlobal səviyyədə də dilə gətirməkdədir. Yəni Fransanın əzməkdə olduğu xalqların haqq-hüquqlarını Azərbaycan dövləti qorumaqla məşğuldur. Niyə Fransa belə davranır? Təbiidir ki, əsarətdə saxlamaq üçün əzməlisən, məhv etməlisən. Özümüz iki yüz ilə yaxın rus əsarətində qalmış xalq kimi bunun nə demək olduğunu yaxşı bilirik. Bizi əzirdilər, dilimizi, mədəniyyətimizi, milli kimliyimizi məhv edirdilər, qul kimi işlətmək istəyirdilər. Yəni 200 il ərzində bənzər hadisələr bizim də başımıza gəlib. O mənada Fransa da fərqli şey etmir və əsarətdə saxladığı xalqlara qarşı amansız, qeyri-insani davranır. Ona görə də Fransadan bu məsələlərdə beynəlxalq səviyyədə qəbul olunmuş insan hüquqları standartlarını gözləməyə dəyməz".
A.Həsrətin sözlərinə görə, bizi başqa sual düşündürür: "Necə olur ki, uzun illər ərzində Fransa dövləti bu xalqları əzməyə davam edir, beynəlxalq insan hüquqları qurumları buna biganə qalırlar? Necə olur ki, onlar bunu dünyadan gizlətməyə çalışırlar? Bir daha biz əmin oluruq ki, Azərbaycanın beynəlxalq qurumlarla bağlı dediyi ikili standart boş söz deyilmiş. Həqiqətən, Fransanın yüz illərdir əzdiyi xalqlarla bağlı bir kəlmə belə danışılmır. Lakin Azərbaycanda hansısa iki nəfər yolun ortasında sözü çəp gəlib dalaşanda bunu dövlətin insan haqlarını pozması kimi qələmə verirlər. Fransanın özündən demokratiya, insan haqları, yüksək dəyərlər deyə bir şey gözləməyə dəyməz. O dəyərlər fransız milləti üçündür. Amma Fransanın müstəmləkə altında tutduğu xalqlar üçün yoxdur. Yəni fransız deyilsənsə, ikinci növsən və əzilməlisən. Fransa dövlətinin yanaşması budur".
Bölməyə aid digər xəbərlər

Tarix: 16-05-2024, 12:24 Oxunub: 42
Bölməyə aid digər xəbərlər
24-02-2024, 09:00
"Haber Global”: Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayanlara dəstək verir
18-01-2024, 10:14
Fransa Senatının qətnaməsi ilə bağlı BƏYANAT
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
14-06-2023, 11:18
İlham Əliyev fərman imzaladı
2-05-2023, 09:34
Türkiyənin bu rayonunda komendant saatı elan edildi, səbəb isə...
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
4-03-2022, 09:09
Moskvada 130-dan çox reys təxirə salındı
19-08-2021, 10:42
AZAL rəhbəri Cahangir Əsgərov sualları cavablandırdı
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 12:26
İcaze.e-gov.az portalından qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ - VİDEO