16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Makronun biabırçılığı, Fransanın iyrənc sirləri: Ermənistanın "saqqallı bacıları" qlobal əxlaqsızlıq simvoludur

Rəsmi İrəvan indiki halda, rəsmi Parisdən yalnız Ermənistan ordusunun "yenidən qurulmasında" faydalana bilər... Fransa Ermənistana "LGBT ordusu" yaradılmasında geniş dəstək vermək "potensial"ına malikdir və bu prosesə artır başlanılıb...
Fransa növbəti dəfə diqqət mərkəzinə düşüb. Çünki bu ölkədə növbəti yay Olimpiya oyunları keçirilir. Halbuki, Fransanın diqqət mərkəzinə düşməsinin əsas səbəbi yalnız Olimpiya oyunlarına olan maraqdan qaynaqlanmır. Belə ki, daha dərin məqamlar mövcuddur. Və hazırda Fransada qalmaqallar bir-birini əvəzləməkdə davam edir.
Məsələ ondadır ki, Olimpiya oyunlarının açılış mərasimi əsl skandal yaratdı. Fransa belə nəhəng beynəlxalq tədbiri sözün əsl mənasında "gey parada" çevirdi. Ölkələrinin rəsmi simvolu xoruz olan fransız təşkilatçılar geyləri və "saqqallı qadınları" səhnəyə çıxartdı. LGBT-nin beynəlxalq təbliğatı istiqamətində əxlaqsız bir addım atmış oldu. Eyni zamanda, xristian dünyagörüşünü açıq-aşkar təhqir etdi.
Hazırda bütün dünyada Olimpiya oyunları deyil, məhz fransızların pozğun olması ciddi şəkildə müzakirə edilməyə başlayıb. Hətta bəzi ölkələrin liderləri "Gey parada tamaşa etdik, bəs, Olimpiya oyunlarının açılış mərasimi nə vaxt olacaq" kimi, təhqiramiz şərhlərlə çıxış edirlər. Və bu, Fransa əxlaqsızlığının, pozğunluğunun tam çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirilməsindən başqa bir şey deyil.
Onu da qeyd etmək lazımdır ki, Olimpiya gey paradından sonra Fransa hökumət üzvlərinin cinsi orientasiyası indi açıq müzakirə mövzusuna çevrilib. Prezident Emmanuel Makron da daxil olmaqla, Fransa hökumətinin bir çox üzvlərinin - baş nazir, xarici işlər naziri, idman naziri və s. - LGBT təmsilçiləri sırasına aid olduqları Qərb mətbuatında müzakirə mövzusudur. Yəni, Qərb mətbuatında iddia olunur ki, Fransanı LGBT təmsilçiləri idarə edirlər. Və prezident Emmanuel Makronun Olimpiya oyunlarının açılış mərasimində idman naziri ilə dodaq-dodağa öpüşməsi isə ümumiyyətlə, böyük qalmaqala səbəb olub.
Belə anlaşılır ki, fransız iyrəncliyi, pozğunluğu və əxlaqsızlığı tam çılpaqlığı ilə ortaya çıxıb. Məlum olub ki, Fransa hökumətinin bir çox üzvləri, hətta çirkli olduğu üçün Olimpiya oyunlarında istifadəyə yararsız sayılan Sena çayında yığılan çirkabdan daha iyrəncdir. Yəqin ki, yaxın vaxtlarda Fransanın beynəlxalq mövqelərinə də bu iyrəncliyin belə qabarıq şəkildə ortaya çıxmasının bumeranq zərbəsi mütləq olacaq. Və bu baxımdan, rəsmi Parisin bütün dünyaya əxlaq, ədalət dərsi keçməsi indikindən qat-qat çətin olacaq.
Əslində, Fransanın beynəlxalq biabırçılığı yalnız Olimpiya oyunlarında baş verən qalmaqallar ilə başlamayıb. Belə ki, son vaxtlar Fransanın müstəmləkəçilik siyasətinin ifşa edilməsi prosesi də intensivləşnəkdədir. Üstəlik, bu proses məhz Azərbaycan tərəfindən başladılıb. Hər halda, rəsmi Bakı Fransanın Afrika ölkələrini və xalqlarını müstəmləkə altında saxlaması barədə həqiqətləri beynəlxalq gündəmə çıxartmağa nail olub.
Azərbaycanın siyasi iradəsi ilə bu mövzunun müzakirəsi üzərində onilliklər boyu mövcud olmuş qadağa aradan qaldırılmaqdadır. İndi tədricən Fransanın Yeni Kaledoniya, Korsika adası, Fransız Polineziyası, Qvadelupa və s. ərazilərində törətdiyi qəddarlıqlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Fransanın müasir dövrdə belə, törətdiyi, ancaq üstünün ört-basdır edilməsinə cəhd göstərdiyi soyqırımlar da artıq müzakirə mövzusudur. Və bu, Fransa hegemoniyasının çökmə mərhələsində olduğunu göstərir.
Təbii ki, bütün bunlardan sonra rəsmi Paris hansısa ölkəni insan haqlarını pozmaqda suçlayacağı təqdirdə, dərhal onun qarşısına Fransanın törətdiyi dəhşətli soyqırımlar, müstəmləkə altında saxladığı ölkələr, istismar etdiyi, təbii sərvətlərini taladığı xalqlar barədə faktlar qoyula bilər. Belə vəziyyətdə Fransanın beynəlxalq nüfuzundan və ya rəsmi Parisin dünya siyasətində mövqelərindən danışmaq daha çətin olacaq. Və rəsmi Paris hazırda əgər, Fransanın gələcək taleyindən narahatlıq keçirirsə, deməli, mövcud situasiyanın vəd etdiyi perspektivlərə doğru yanaşır.
Məsələ ondadır ki, hazırda hətta Qərb siyasi dairələri belə, Fransanın çöküşünü artıq qətiyyən istisna etmirlər. Onların qənaətinə görə, Fransa indi öz gücünü böyük ölçüdə itirib. Fransa iqtisadiyyatını ayaqda saxlayan təbii resurslar bir-birinin ardınca rəsmi Parisin əlindən çıxır. Vaxtilə Fransanın idarəçiliyinə məhkum edilmiş Afrika ölkələri rəsmi Parisin siyasi iradəsinə müqavimət göstərirlər, hətta bəzi hallarda bu, qiyam xarakteri daşıyır. Və Fransanın həmin müstəmləkə ölkəsindən qovulmasına qədər inkişaf edə bilir.
Ona görə də, son vaxtlar Fransa iqtisadiyyatında çatların daha qabarıq şəkildə ortaya çıxması artıq Qərb siyasi dairələrini qətiyyən təəccübləndirmir. Nə qədər qəribə də olsa, Avropa Birliyi kluarlarında Fransanın dünyanın nəhəng dövlətlərindən biri hesab olunması vərdişləri də tədricən yoxa çıxmağa başlayıb. Hər halda, indi Avropa məkanında bəzi dövlətlər Fransanın hegemon mövqeyinə əhəmiyyət verməyə həvəs göstərmirlər. Və bu, Fransanın tədricən beynəlxalq mövqelərini itirərək, sıradan dövlətlərin arasına qatılmaq üzrə olduğunu biruzə verən önəmli məqam hesab olunur.
Təbii ki, bütün bunlardan Ermənistan da lazımi nəticələr çıxartmalıdır. Çünki zaman keçdikcə, özünü belə, müdafiə etməkdə çətinlik çəkəcəyi artıq qətiyyən şübhə doğurmayan Fransaya bəslənən ümidlər Ermənistanı real hərbi təhlükələr qarşısında aciz durumda buraxa bilər. Hər halda, rəsmi İrəvan anlamalıdır ki, Fransa Ermənistanı hətta indi də müdafiə etmək imkanlarına malik deyil. Bir müddətdən sonra bu, ümumiyyətlə, əlçatmaz xəyala çevrilə bilər.
Halbuki, rəsmi İrəvan indiki halda, rəsmi Parisdən yalnız Ermənistan ordusunun "yenidən qurulmasında" faydalana bilər. Belə ki, Fransanın müdafiə naziri İrəvana səfiri zamanı erməni həmkarından Ermənistan ordusunda LGBT təmsilçilərinin hansı səviyyədə mövcud olduğunu soruşmuşdu. Erməni nazir Ermənistan ordusunda geylərin olduğunu etiraf etsə də, fransız həmkarına bu sahədə daha geniş təmsilçilik üçün təxirəsalınmaz addımlar atılacağını vəd etmişdi. Və bu baxımdan, rəsmi İrəvan Fransadan Ermənistanda LGBT ordusunun qurulması istiqamətində gediş şəkildə faydalana bilər.
Bütün bunlar onu göstərir ki, prezident Emmanuel Makron Fransanı artıq yolun sonuna doğru sürükləməyi bacarıb. Bundan sonrakı mərhələdə Fransanı ən yaxşı halda, sərhədləri ixtisar edilmiş, dünya məkanında nüfuzunu itirmiş, iqtisadiyyatı çökməkdə olan dövlətə çevrilmək perspektivi gözləyir. Və belə bir ölkənin Cənubi Qafqazda regional proseslərə təsir göstərmək şansları isə ümumiyyətlə, reallıqdan uzaqdır.(Yeni Müsavat)
Bölməyə aid digər xəbərlər

Tarix: 29-07-2024, 09:17 Oxunub: 171
Bölməyə aid digər xəbərlər
29-04-2024, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
18-01-2024, 09:00
Ermənilər Fransa parlamentini də sirkə çevirir: Bakının “dəmir yumruğu” Parisi rəzil edir
1-12-2023, 09:00
"Qarabağ sirləri" açılır, Paşinyanı beynəlxalq məhkəmə gözləyir: Qərbdə də bəziləri üçün ciddi problemlər olacaq
5-10-2023, 15:30
Makronun baş tutmayan hiyləsi: Əliyevin planı pozan demarşı
1-09-2023, 10:00
Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir
24-03-2023, 11:25
ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
25-01-2023, 09:23
Bakı Avropa Birliyinin fransız missiyasını tanımadı: Fransa-Rusiya savaşında Ermənistan tək hədəfə çevrilir
9-01-2023, 13:56
İlham Əliyev: “2023-cü il Yay Olimpiya Oyunlarına hazırlıq üçün həlledici il olacaq”
18-02-2022, 09:54
Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO
12-07-2021, 10:03
Gey-paradda döyülən operator öldü
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO