16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Prezident İlham Əliyevin Özbəkistana səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılmaqdadır. Özbəkistanda fəaliyyət göstərən ingilisdilli və rusdilli media orqanları da Azərbaycan Prezidentinin səfərini diqqət mərkəzində saxlayır.
Azərtac xəbər verir ki, ingilisdilli "Tashkent times" saytında dərc olunan materialda Özbəkistan və Azərbaycan liderləri arasında yaxın dostluq münasibətlərinin olduğu, bunun dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük imkanlar yaratdığı vurğulanır. Diqqətə çatdırılır ki, hər iki ölkə beynəlxalq iqtisadi layihələri birgə həyata keçirməyə başlayıblar.
"Uznews" saytı yazır ki, iki ölkə arasında enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlıq əlaqələri mövcuddur. Bu münasibətlərin inkişafı dövlətlər arasındakı əlaqələri yaxınlaşdırmaqla yanaşı, iqtisadi baxımdan da tərəflərə faydalı olacaq. Çindən Avropaya uzanan beynəlxalq əhəmiyyətli tranzit yolların hər iki dövlətin ərazisindən keçməsi birgə fəaliyyəti zərurətə çevirib. Prezidentlər regionun coğrafi mövqeyini düzgün qiymətləndirərək tranzit sahəsində əməkdaşlığı davam etdirirlər.
"Uz Daily" agentliyinin materialında qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında bir sıra sənədlər imzalanıb. İmzalanan sənədlər iki ölkə arasında insan hüquqlarının qorunması, iqtisadi ticarət, mədəniyyət, turizm və digər sahələri əhatə edir.
"Газета.уз" internet qəzetində dərc olunan yazıda vurğulanıb ki, son illər ərzində Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini, beynəlxalq platformalarda birgə fəaliyyəti genişləndirmək istəyirlər. Hər iki ölkənin prezidentinin iqtisadi inkişaf istiqamətində siyasət yürütmələri dövlətlər üçün səmərəlidir. Qarşılıqlı faydalı əməkdaşlıq iqtisadi inkişafa və siyasi gücün artımına xidmət edir.

"Курсив" informasiya saytı "Özbəkistan ilə Azərbaycan müttəfiq oldular" sərlövhəli materialda qeyd edib ki, perspektiv inkişafı nəzərə alan hər iki ölkənin liderləri yalnız iqtisadi deyil, siyasi sahədə də birgə addımların əsasını yaratdılar. Bu iki ölkə Türk Dövlətləri Təşkilatı, MDB, BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir.

Özbəkistanın "Uza.uz" dövlət informasiya agentliyinin dərc etdiyi məqalədə prezidentlərin biznes strukturlarının nümayəndələri ilə görüşünə diqqət çəkilib. Qeyd olunub ki, görüşdə çıxış edən Prezident Şavkat Mirziyoyev iş adamlarının, şirkət və müəssisələrin qarşılıqlı əməkdaşlığının çox vacib olduğunu vurğulayıb. Deyib ki, bu əməkdaşlığı genişləndirmək üçün dövlət lazım olan bütün imkanları yaradacaq. Azərbaycan Prezidenti isə qeyd edib ki, hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan verir və bu istiqamətdə biznes strukturları daha fəal olmalıdırlar.
Rusdilli "Podrobno.uz" agentliyinin məlumatında göstərilib ki, Prezident Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev iri tikinti layihələrinin əsasını qoyublar. İki ölkə arasında dəyəri 2 milyard dollar olan müqavilələr imzalanıb. İmzalanan müqavilələrə əsasən, Daşkənddə mehmanxana və yaşayış kompleksləri, Azərbaycanda isə tikiş və digər istehsal sahələri inşa olunacaq. Bu layihələr hər iki ölkədə yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial-iqtisadi inkişafına böyük təkan verəcək.
Bunlardan başqa Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri "Qalampir", "Upl", "Uzreport", "Kun.uz", "Daryo" "Zamon", "Anhor", "Nova 24", "Yuz.uz" və başqa internet resursları tərəfindən də geniş formada işıqlandırılıb.
Özbəkistan mətbuatında Azərbaycan Prezidentinin səfəri barədə dərc olunan materialların təhlili onu deməyə əsas verir ki, rəsmi Daşkənd və özbək xalqı dövlətimizin başçısının səfərini yüksək qiymətləndirir, dövlətlər arasındakı münasibətlərin inkişafına və hər iki ölkənin prezidentinin dostluq münasibətlərinə böyük dəyər verir.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-08-2024, 09:00 Oxunub: 41
Bölməyə aid digər xəbərlər
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
24-08-2023, 09:28
Eltun Süleymanov: Özbəkistanla Azərbaycanın imzaladığı Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd münasibətlərin yüksək səviyyəsinin göstəricisidir
23-08-2023, 08:07
İlham Əliyev və Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
7-02-2023, 09:06
Eltun Süleymanov:” Həyata keçirilən enerji layihələri Azərbaycanı Avropaya yaxınlaşdırmaqla bərabər, Cənubi Qafqazda söz sahibinə çevirir”
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
16-05-2022, 13:44
İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədrini qəbul edib - YENİLƏNİB
15-11-2021, 09:27
Azərbaycanın dünyada yaratdığı yeni düzən: Türk birliyinə doğru...
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi