16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Moskvada müəmmalı Zəngəzur GÖRÜŞÜ - Rusiyanın ŞOK GEDİŞİ
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana son səfəri hələ də gündəmin əsas mövzularındandır. Bu arada, İranın “Mehr” agentliyi səfərlə bağlı bildirib ki, Şoyqu Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar zamanı rəsmi Tehranın Azərbaycanla dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.
Qeyd edək ki, son aylarda ikinci dəfə İrana səfər edən S.Şoyqu prezident Məsud Pezeşkianla da görüşüb. “Rusiyanın yüksəkrütbəli təhlükəsizlik rəsmisi Rusiya prezidentinin göstərişinə əsasən, İranın Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşündə, sonuncunun Sankt-Peterburqa səfəri zamanı iki tərəf arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün Tehrana gəlib. Şoyqu iranlı həmkarı ilə görüşdə İran İslam Respublikasının Azərbaycanla əlaqə dəhlizləri və marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib”, - məlumatda vurğulanır. Maraqlıdır, görəsən söhbət hansı siyasətdən və dəstəkdən gedir? İranın mövqeyi bəllidir...
İranın ali dini lideri Ayətullah Əli Xamenei Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğunu və İranın bu məsələdə qəti mövqeyini bir daha təsdiq etdiyini deyib. “İran İslam Respublikası Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğuna inanır və biz bu məsələ ilə bağlı dəyişməz mövqeyimizi bir daha təsdiqləyirik”, - ali dini lider bir müddət öncə X səhifəsində yazıb.
Yay aylarında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edən Ayətullah Xamenei belə bir mövqedən çıxış etmişdi.
Eyni zamanda İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. İranın eks məmur və deputatları da davamlı şəkildə “qırmızı xət”dən bəhs edirlər. Yəni İranın qərəzli mövqeyi ortadadır. Azərbaycanın dəfələrlə öz mövqeyini ifadə etməsinə, hər hansı ölkənin ərazisində gözünün olmadığını bildirməsinə baxmayaraq, İran rəsmiləri ənənəvi bəyanatlarını səsləndirirlər, bəzən “qırmızı xətti” keçirlər. Əslində İran Ermənistanın Qərb ölkələri üçün poliqon rolunu oynamasına etiraz etməli olduğu halda, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə sərbəst gediş-gəlişə qarşı çıxmağa üstünlük verir. Belə bir durumda ABŞ Zəngəzurda, İranın “qulağının dibində” baza tikir, Ermənistandakı AES-i yenidən qurur, Fransa bu ölkəyə silahlar daşıyır. Bütün bunlara Rusiyanın da sakit reaksiyası suallar doğurur. Ermənistana daşınan silahların günün birində rus hərbçilərinə qarşı istifadə olunmayacağına da kimsə təminat verə bilməz. Qərb sanksiyaları qarşısında qalmış İran və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı da ortaq mövqedən çıxış etməsi nonsesdir. Ən azı Rusiya üçün Zəngəzur dəhlizinin fövqələhəmiyyətini unutmaq olmaz... Qərbin sanksiyaları qarşısında qalan şimal və cənub qonşularımız alternativ yolların açılmasında maraqlı olmaq əvəzinə, qapıların bağlı qalması ilə bağlı anlaşırlar. Rəsmi Bakı 3+3 formulunu təklif edib və geniş spektrli əməkdaşlıq çərçivəsində alternativ yolların açılmasında maraqlıdır, o cümlədən İranla Araz çayı üzərindən yol ideyasının gerçəkləşməsinə təkid edir. Bu yollar günün birində İrana da hava və su kimi lazım ola bilər. Qəribəsi həm də budur ki, Azərbaycan Zəngəzur dəhlizinin sülh layihəsindən çıxarıldığını bəyan edəndən sonra Kreml hərəkətə keçdiyi halda, qəfildən İranla eyni mövqeni bölüşür...
Belə çıxır, Tehranın Moskvaya təzyiqləri nəticə verib və Rusiya İranın maraqları naminə Zəngəzur dəhlizi layihəsindən imtina edir? Mümkünmü? “Mehr” gerçəyi təhrif edə bilərmi? Hər halda suallar çoxdur.
Maraqlıdır ki, Sergey Şoyqunun Tehran səfərindən bir gün sonra İranın Moskvadakı səfiri Kazım Cəlili Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Bildirilir ki, tərəflər Cənubi Qafqazda vəziyyəti və regionda əməkdaşlığın vacibliyinə dair məsələləri müzakirə ediblər.
Xatırladaq ki, ötən ay Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanı Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr (2020) üçtərəfli sənədinin 9-cu bəndinin reallaşmasına mane olmaqda ittiham etmişdi. O bəndə görə ki, dəhlizə nəzarət məhz Rusiya FTX-yə həvalə olunması nəzərdə tutulur. Ekspertlərimiz qəzetimizə açıqlamalarında maraqlı məqamlara toxunublar.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi kifayət qədər aydındır: “Rusiya Zəngəzur dəhlizinin açılmasında yalnız o zaman maraqlı olacaq ki, üçtərəfli bəyanatda göstərildiyi kimi, dəhlizin təhlükəsizliyini bu ölkənin Federal Sərhəd Xidməti həyata keçirsin. Əlbəttə, bu dəhlizin mövcudluğu Rusiyanın iqtisadi maraqlarına da uyğundur, lakin hazırda Rusiya-İran münasibətlərində bu məsələ əsas prioritetlərdən deyil. Üstəlik, görünən odur ki, Rusiya elitasında da Zəngəzur dəhlizi ilə bağlı vahid mövqe yoxdur. Hərbi cinahı daha çox silah tədarükü maraqlandırır və bu baxımdan İranla onlar üçün o qədər də prioritet olmayan məsələyə görə münasibətləri pozmaqda maraqlı deyillər. Hazırda Rusiya Ukrayna-Rusiya cəbhəsində mövcud olan vəziyyətin dəyişməsinə səy göstərir. Qərb dövlətləri Ukraynaya onların verdiyi uzaqmənzilli raketlərdən və hava hücumu vasitələrindən istifadəyə razılıq versə - faktiki bu razılıq qismən də olsa, var - bu zaman Rusiyaya əks tədbirlər üçün analoji silahlar lazım olacaq. Buna görə də Rusiya Şimali Koreya, İran və s. dövlətlərlə danışıqlarda əsas üstünlüyü məhz silah tədarükünə verir”. S.Məmmədov əlavə etdi ki, İranın Zəngəzur dəhlizi ilə mövqeyi, daha doğrusu, mövqesizliyi də aydındır: “Sadəcə İran bu dəhlizin açılmasını istəmir. Bunun səbəblərini əvvəlki şərhlərimizdə bildirmişdik. İranın ”arqumentləri"nin hamısı bəhanələrdir. Həmin istiqamətdə yolların bərpası nə sərhədlərin dəyişdirlməsi, nə də İranın Ermənistanla kommunikasiya imkanlarının məhdudlaşmasına gətirmir. Əslində Zəngəzur dəhlizi məsələsi ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunası məsələdir". Hüquqşünas qeyd etdi ki, Ermənistan özünü müstəqil dövlət hesab edirsə, bu məsələni də Azərbaycanla ikitərəfli qaydada həll etməlidir: “Ermənistan isə destruktiv və sürüşkən mövqeyindən əl çəkmək fikrində deyil. Özünü dünyaya sülhün tərəfdarı kimi göstərməklə revanşa hazırlamaqdadır. Müasir hücum silahları əldə etməkdədir. O cümlədən super və mikrodronların tədarükünü həyata keçirir. Digər tərəfdən Rusiya ilə iqtisadi münasibətlərin möhkəmləndirməklə, siyasi münasibətləri pozmağa davam edir. Belə görünür ki, hazırda Ermənistan bütün partnyorlarını aldatmaqla məşğuldur. Hamıya vədlər verir və bəhrələnir. Nə vaxta qədər bunu edə biləcək, bu, artıq sonrakı məsələdir”.
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana ikinci səfəri iki dövlət arasında yaranan siyasi böhrandan irəli gəlir: “Birincisi, İran Qərblə danışıqlar əsasında Rusiya qarşı mövqe ortaya qoyub. Qərb İrana sanksiyalardan azad olmaq üçün Rusiya ilə əlaqələrə yenidən baxmağı tələb edir. Moskva da bundan narahatdır. İran isə Zəngəzur məsələsini bəhanə edir. İkincisi, İran görür ki, Qərb Yaxın Şərqdə də güclənir və özü isə Rusiya ilə eyni gəmidə olmaqla batır. Odur ki, gəmini tərk etmək üçün yollar axtarır. Ona görə də Məsud Pezeşkianı prezident postuna gətirdilər ki, Qərblə anlaşsınlar. Rusiya bunu görür və İranla danışıqlar aparır”.
M.Əsədullazadənin fikrincə, İran bilir ki, dəhliz açılacaq: “Ermənistan da bunu istəyir. ABŞ və Böyük Britaniya da bu dəhlizdə maraqlıdır. Sadəcə, Rusiya bu yola nəzarət etmək üçün əl-ayağa düşüb”.
Politoloq hesab edir ki, Azərbaycan 10 noyabr Birgə Bəyannaməsindən çıxdığını elan etməlidir: “O halda Rusiyanın artıq həmin bəyannaməyə istisna etmək imkanı qalmayacaq. Çünki Azərbaycan özü o bəyannamədən irəli gələn şərtləri yerinə yetirib. Rusiya da prosesdən kənarda olacaq”.
Ekspert şübhə etmir ki, Rusiya və İranın Zəngəzurla bağlı danışıqları Azərbaycanın əleyhinədir: “İranın Mehr agentliyi yalan xəbərlər yayır. Rusiya İranın Zəngəzurla bağlı mövqeyini dəstəkləmir. Şoyqu ona görə Tehrana gedib ki, İran da Rusiyanın Zəngəzurla bağlı mövqeyini dəstəkləsin və bu yolda Rusiya Federal Sərhəd Xidməti dayansın. Moskva Tehranın bu məsələdə mövqeyini dəstəkləyə bilməz”.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-09-2024, 08:58 Oxunub: 103
Bölməyə aid digər xəbərlər
19-09-2024, 14:22
Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi - İNCƏLƏMƏ
18-09-2024, 16:00
İrəvan qalıb qıraqda... Tehran özünü dağıdır... - NƏ BAŞ VERİR?
6-08-2024, 11:38
İran prezidenti Pezeşkian: İsrailə mütləq cavab veriləcək
29-06-2024, 08:25
İranda seçkilərin nəticələri - Azərbaycanlı namizəd liderdir - YENİLƏNİR
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
23-01-2024, 12:46
Baş nazirdən Şuşa ilə bağlı SƏRƏNCAM
29-12-2023, 16:00
Paşinyan sülh müqviləsi BAĞLASA BELƏ... - eyni uğurla poza da bilər...
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
11-05-2023, 15:00
ABŞ səfirinə Bakıda sui-qəsd cəhdi: köhnə və yeni “İran izləri” - İLGİNC
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
20-09-2022, 09:30
Paşinyan Rusiya ilə yanaşı, İrana da xəyanət etdi: ABŞ Ermənistanı platsdarma çevirməyə çalışır
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO