16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Cənab Tramp Nobel Sülh mükafatına layiqdir

Prezident cənab İlham Əliyevin Vaşinqtona səfəri zamanı gerçəkləşən ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton Zirvəsi ölkəmizin tarixində böyük tarixi qələbə kimi düşməklə yanaşı, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın gələcək inkişafı baxımından müstəsna imkanlar yaradacaq.
Prezident cənab İlham Əliyevin Ağ Evdə mətbuat üçün bəyanatında deyildiyi kimi, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və iki ölkənin strateji tərəfdaşlığı başlayır. “Bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir”. Prezident cənab İlham Əliyev bildirib ki, strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir. “Buraya qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır.”
Prezident cənab İlham Əliyev bildirib ki, 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. “Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq.”
Dövlət başçısı bildirib ki, bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. “Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Prezident cənab İlham Əliyev bildirib ki, biz Baş nazir Paşinyanla razılaşaraq birgə bir təşəbbüs də irəli sürək, Nobel sülh mükafatının sülh komitəsinə göndərək ki, cənab Tramp bu mükafata layiqdir. “Müharibə içində olan iki ölkənin rəhbərləri kimi bu tarixi imzalanma mərasimində iştirak etmək həqiqətən də real bir nailiyyətdir və heç kəs bu nailiyyətə imza ata bilmirdi. Burada bir çox prezident olub. 1990-cı illərdən fəaliyyət göstərən fərqli prezidentlər olub və faktiki olaraq mənim erməni həmkarım ilə 1992-ci ildən başlayan Minsk prosesinə son qoyduq. ATƏT-in Minsk qrupu artıq 30 il idi ki, fəaliyyət göstərirdi. Bəs, indi Prezident Tramp deyilsə, bu sülh mükafatına kim layiqdir? Mən tarixə, çox qəribə qərarlara varmaq istəmirəm. Sülh Komitəsi bəzilərinə, ümumiyyətlə, həyatda bir iş görməyən adamlara bu mükafatı verib. Amma Prezident Tramp cəmi altı ay ərzində möcüzəyə imza atdı və əminəm ki, mənim Ermənistandan olan həmkarım bu təşəbbüsü dəstəkləyəcəkdir. Buradakı auditoriyada əyləşənlərin reaksiyalarına əsasən, məncə, birgə məktub tərtib edə bilərik. Ümidvaram ki, Siz də məni həmin mərasimə dəvət edəcəksiniz və məmnuniyyətlə, həmin mərasimdə iştirak edərəm.”
Vaşiqntona səfərinin yekunları ilə bağlı mətbuatın suallarını cavablandıran Prezident cənab İlham Əliyev bildirib ki, səfərin nəticələrini çox yüksək qiymətləndirir. “İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.
Dövlət başçısı ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupunun yaradılmasını xüsusi vurğulayıb və bu sənədin böyük əhəmiyyət daşıdığını bildirib: “Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır”.
Prezident cənab İlham Əliyev bildirib ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər.
Prezident Trampla görüşünün ilk olduğunu, ancaq buna baxmayaraq çox səmimi şəkildə keçdiyini bildirən cənab İlham Əliyev ABŞ prezidentinin Azərbaycanla bağlı olan bilgilərinin onu təəccübləndirdiyini söyləyib. “O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”.
Prezident cənab İlham Əliyev Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirdiyini və bu hadisənin Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələ olduğunu bildirib. “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər.”
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçirilməsi Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edəcəyini bildirən Prezident cənab İlham Əliyev SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanmasının şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirəcəyini qeyd edib.
Bütün bunlar təsdiqlləyir ki, Prezident cənab İlham Əliyevin 7-8 avqust 2025-ci il tarixində gerçəkləşmiş Vaşinqton səfəri Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğacını qoyub.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-08-2025, 10:04 Oxunub: 69
Bölməyə aid digər xəbərlər
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
5-12-2024, 16:00
Süni intellekt insanı öldürə bilər?
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
11-10-2023, 09:04
Cənubi Qafqazda sülhə doğru bir addım
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
18-03-2022, 10:35
Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
11-07-2020, 14:47
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO