16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Bölgədə daha bir dəhliz - Bakının hazırlığı

Xəzər-Qara dəniz logistikası bölgəyə nə verəcək?
Gürcüstan, Azərbaycan, Türkmənistan və Rumıniya beynəlxalq nəqliyyat marşrutu (Xəzər-Qara dəniz dəhlizi) yaratmaq üçün müqavilə imzalayacaqlar. Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Daşkənddə keçirilən Transxəzər Nəqliyyat Dəhlizləri və Bağlantısı üzrə İkinci İnvestor Forumunda bildirib.
O, dekabrda imzalanması planlaşdırılan müqavilənin Xəzər və Qara dənizləri birləşdirən yeni beynəlxalq nəqliyyat marşrutunda əhəmiyyətli irəliləyişlərə səbəb olacağını bildirib. Kvrivişvili vurğulayıb ki, bu təşəbbüs Xəzər regionundan Avropa İttifaqına multimodal dəhliz yaradacaq, nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, marşrutları şaxələndirəcək və regional nəqliyyatın dayanıqlığını artıracaq.
Bundan əlavə, Gürcüstanın 2026-cı ilə qədər əsas nəqliyyat prioritetlərinə Anakliya dərin su limanının tikintisinin başa çatdırılması, lokomotiv və yük donanmasının modernləşdirilməsi, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun təkmilləşdirilməsinin başa çatdırılması və dövlət və özəl sektorlar üçün vahid rəqəmsal xidmətlərin tətbiqi daxil olacaq.
Qeyd edək ki, Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu son 15 ildə Asiyadan Avropaya yükdaşımalardan pay almağa çalışan ölkələrin yaratdığı ondan yuxarı marşrut layihələrindən biridir. Marşrutun yaradılması üzərində işlər 2018-ci ildə 24-25 oktyabr tarixlərində Aşqabadda keçirilən ekspert görüşündə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya nümayəndələrinin iştirakı ilə başlanıb. Marşrut Xəzər dənizinin Türkmənistan sahilindəki Türkmənbaşı limanından başlayır, sonra dəniz yolu ilə Ələt limanına və dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına, oradan isə yenidən dəniz yolu ilə Rumıniyaya gedir.
2019-cu ilin mart ayında Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Buxarestdə keçirilən görüşdə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin inkişafı ilə bağlı bəyannamə imzalayıblar. Verilən açıqlamalara əsasən bu marşrutun üstünlüyü ondan ibarətdir ki, o, Şərq-Qərb marşrutuna, eləcə də Orta dəhlizə uyğun gəlir və Qara və Xəzər dənizlərini birləşdirən müvafiq nəqliyyat infrastrukturu inkişaf etdirildikdən sonra ən optimal seçim ola bilər.
Layihəyə qoşulan ölkələrin hər biri Asiya-Avropa yükdaşımalarının mümkün qədər çox hissəsini öz ərazisinə cəlb etməyə çalışır. Bu sahədə indiyədək gedən proseslərdən xeyli dərəcədə kənarda qalan Türkmənistan son illərdə bir neçə belə layihənin təşəbbüskarı və yaxud iştirakçısıdır. Orta dəhlizin əsas marşrutuna daxil olmayan Aşqabad öz ərazisini cəlbedici etmək üçün Xəzər sahilindəki limanlarının modernləşdirilməsinə irihəcmli vəsaitlər yatırıb. İndi isə həmin limanların maksimum yüklənməsi üçün çoxsaylı addımlar atılır.
Pandemiya dövründə diqqətdən kənarda qalan Xəzər dənizi-Qara dəniz layihəsinin aktivləşdirilməsi bu addımların bir istiqamətidir. Türkmənistan da Ukraynadakı işğalçı müharibəyə görə Rusiyanın Avropa ilə əməkdaşlığının uzun müddət, bəlkə də birdəfəlik bərpa olunmayacağını görür və bu fürsətdən bəhrələnməyə çalışır. Eyni yanaşma Mərkəzi Asiyanın aparıcı ölkələri olan Qazaxıstan və Özbəkistanda da müşahidə olunur. Məhz bu yanaşma Xəzərin o tayından yüklərin Avropaya çatdırılması ilə bağlı çoxsaylı marşrut və layihələrin gündəmə gətirilməsi ilə nəticələnib.
Lakin prosesin yetərincə sürətləndiyini söyləmək hələlik mümkün deyil. Belə ki, Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniyanın Buxarestdə “Xəzər dənizi - Qara dəniz” nəqliyyat marşrutunun yaradılması üçün hökumətlərarası sazişi imzalamaları hələ 2024-cü ilin dekabrına nəzərdə tutulurdu. Lakin mərasim bir il gecikib.
Qeyd edək ki, yeni marşrut üzrə əsas yükgöndərənlər Hindistan və Çin olacaq və dəhliz onlara Aİ-yə tədarük etdikləri bəzi malları Avropaya yönləndirmək üçün imkanlar açacaq. Yeni marşrut həmçinin Əfqanıstanı Xəzər hövzəsi ölkələri və Türkiyə ilə birləşdirən Lapis Lazuli Nəqliyyat Dəhlizi dəhlizi ilə inteqrasiya olacaq.
Layihənin iştirakçı ölkələrə verəcəyi töhfələr diqqətçəkicidir: Bir tərəfdən, uzunmüddətli perspektivdə Xəzər dənizi-Qara dəniz dəhlizi təkcə dörd ölkənin Asiyadan Avropaya və əksinə, nəqliyyat axınlarının paylanmasında iştirakının genişlənməsinə deyil, həm də milli iqtisadiyyatlarının səmərəliliyinin artırılmasına töhfə verə bilər. Digər tərəfdən, layihə Rusiyanın regiondakı təsirini zəiflətmək baxımından Avropa İttifaqı üçün əhəmiyyət kəsb edir.
Türkmənistanın təşəbbüskarı olduğu daha bir nəqliyyat dəhlizi layihəsi Aşqabad sazişidir. Aşqabad sazişi 2011-ci ildə Özbəkistan, Türkmənistan, İran, Oman və Qətər arasında imzalanıb. 2013-cü ildə Qətər sazişdən çıxıb, eyni ildə Qazaxıstan ona qoşulmaq üçün müraciət edib, 2015-ci ildə müraciət bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Saziş özü 2016-cı il aprelin 23-də qüvvəyə minib. Ondan əvvəl 2014-cü ilin avqustunda Omanın paytaxtı Maskatda Özbəkistan, Türkmənistan, İran və Omanın xarici işlər nazirləri tərəfindən Anlaşma Memorandumu imzalanıb.
2016-cı ildə sazişə Pakistan, 2018-ci ildə Hindistan qoşulub. Qazaxıstan hökuməti də 2018-ci ildə sazişə qoşulmaq haqqında razılaşmanı təsdiqləyib.
Türkmənistan Aşqabad müqaviləsinin depozitari dövlətidir.
Rəsmi məlumata əsasən, sazişin məqsədi Avrasiya regionunda nəqliyyat əlaqələrini yaxşılaşdırmaq və onları bu region daxilindəki digər nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə sinxronlaşdırmaqdır.
Lakin on ildən çoxdur hüquqi qüvvə almasına baxmayaraq, Aşqabad sazişinin icrası istiqamətində də elə çox iş görülməyib. Proseslər 2020-ci ildən sonra bir qədər aktivləşib. 2021-ci ildə sazişə qoşulan ölkələrin nəqliyyat nazirlərinin ilk görüşü keçirilib. 2022-ci ildə Türkmənistan, İran, Özbəkistan və Qazaxıstan beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında Sazişə yekun Əlavə Protokolu (Aşqabad sazişi) imzalayıblar. Bu ilin mayında Ermənistan da Aşqabad sazişinə qoşulub.
Asiyadan Avropaya yükdaşımalara hesablanan daha bir layihə 2023-cü ilin noyabrında imzalanıb. Həmin vaxt Türkmənistan, Özbəkistan, İran və Türkiyənin nəqliyyat sahəsində müvafiq nazirlikləri “Özbəkistan-Türkmənistan-İran-Türkiyə” marşrutu ilə Asiya və Avropanı birləşdirəcək beynəlxalq multimodal dəhlizin formalaşmasını nəzərdə tutan Çoxtərəfli İclas Protokolunu imzalayıblar. Protokolda Asiya-Sakit okean regionu ölkələrindən Avropa İttifaqı ölkələrinə Özbəkistan, Türkmənistan, İran və Türkiyə əraziləri vasitəsilə yükdaşımaların təşkili; Özbəkistan, Türkmənistan, İran və Türkiyədə dəmir yolu ilə yüklərin daşınması üçün rəqabətli tarif dərəcələrinin tətbiqi və əlverişli şəraitin yaradılması, marşrutda iştirak edən ölkələrin nəqliyyat əlaqəsinin artırılması və sair nəzərdə tutulur.
Həmin ilin oktyabrında Türkmənistan, Qazaxıstan, Özbəkistan, İran və Türkiyənin nəqliyyat və dəmir yolu sənayesi nazirliklərinin nümayəndələri “Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə-Avropa” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair sazişin imzalanması prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər.
Digər tərəfdən, İran böyük və qlobal ticarət marşrutunun keçdiyi Mərkəzi Asiyanın potensialından bəhrələnməyə çalışır və region dövlətlərini müxtəlif birgə layihələrə cəlb edir. Tehran həm Türkmənistan üzərindən gələcək avtomobil və dəmir yolu, həm də Qazaxıstan vasitəsilə Xəzər dənizi üzərindən gələcək yüklərin mümkün qədər çox hissəsini öz ərazisinə yönəltmək istəyir.
Azərbaycanın yerləşdiyi coğrafi ərazi ölkə üçün ciddi üstünlük gətirir: Asiya-Avropa yükdaşımalarına dair demək olar ki, bütün layihələrin açar ölkəsi Azərbaycandır. Rəsmi Bakı bütün təkliflərə açıq olduğunu əməldə nümayiş etdirir, öz infrastrukturunu təkmilləşdirmək üçün zəruri addımlar atır...
Bölməyə aid digər xəbərlər

Tarix: 2-12-2025, 08:54 Oxunub: 20
Bölməyə aid digər xəbərlər
7-11-2025, 14:22
Gürcüstan ermənilərə görə milyardlar itirəcək
28-10-2025, 09:00
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır: Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
18-07-2025, 16:00
Bakı-Tiflis-Qars xəttinə Çinlə yeni nəfəs
11-07-2025, 11:28
Prezident gürcüstanlı naziri qəbul etdi - FOTOLAR
9-07-2025, 15:30
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur
24-06-2025, 10:02
Azərbaycan üzərindən Avropaya - Yol qısalır, xərc azalır
7-05-2025, 15:30
İrandan Azərbaycana yeni dəhliz təklifi
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
14-08-2024, 15:30
Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?
20-12-2023, 08:44
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
25-09-2023, 08:21
Rusiya niyə geri çəkildi, Qarabağda əslində nə baş verdi?
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
8-02-2023, 13:18
Azərbaycan-Rumıniya əməkdaşlığı Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə çox böyük töhfə verəcəkdir
4-02-2023, 09:59
Eltun Süleymanov: "Azərbaycan-Rumıniya əməkdaşlığı , bir sıra infrastruktur sahələrinin inkişafı üçün zəmin yaradacaqdır"
19-11-2021, 12:02
Yeni Biləcəri lokomotiv deposunda günəş enerjisindən istifadə ediləcək
19-11-2021, 11:26
İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak etdi
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video