16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Somali və Uqanda ilə viza sazişləri təsdiqləndi

Somali və Uqanda ilə viza sazişləri təsdiqləndi


Milli Məclis Somali və Uqanda ilə diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişləri təsdiq edib. 

“Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq təsdiq edilib. 

Tarix: 30-12-2025, 11:27 Oxunub: 14


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı