16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Bakı-Ankara-İrəvan-Moskvanın pıçıltılı danışdıqları - Rosbalt

Paşinyan bu məsələdə özünü qorumaq üçün ehtiyat edir. Ancaq bir misal var deyərlər ki, siçanı torbada çox gizlədə bilməzsən.
Paşinyanın və Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa yolu yoxdur.
Əgər Ermənistanın Azərbaycan qarşı 30 illik işğalçılıq siyasəti olmsaydı və o zaman Zəngəzur nəqliyyat dəhlizi də dünyada bu qədər ajiotaja səbəb olmazdı. Artıq Zəngəzur dəhlizi Ermənistanın özündə "böyük dava" üçün bəhanəyə çevrilib.
2020-ci ilin noyabrında Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın tələblərinə görə, Bakı ilə Naxçıvanı birləşdirən, o cümlədən bölgədə kommunikasiyaların açılması məqsədi ilə Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur.
Bununla bağlı olaraq “Rosbalt” Zəngəzur dəhlizinin reallaşması ilə bağlı yaranmış durumu şərh edən “О чем Баку, Ереван, Москва и Анкара пока говорят шепотом” (Bakı, İrəvan, Moskva və Ankaranın nəyi hələlik pıçıltı ilə danışır) məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Zəngəzur dəhlizinin açılmasını birmənalı şəkildə Ermənistanla diplomatik münasibətlərin bərpası ilə əlaqələndirir. Ərdoğana görə, bu siyasi bir məsələdir. Ancaq geniş mənada bölgə üçün fərqli bir yük də daşıyır.
Azərbaycan tərəfinin sözlərinə görə, dəhlizin açılışı üçtərəfli bəyanatla yazılıb, lakin İrəvan bunu təsdiq etmir.
Məqalədə qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılmasına mane olmamaq üçün məhdud bir formada, avtomobil və dəmir yollarının paralel iştirakı olmadan şifahi vəd verib. Bəs görəsən Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin Moskvadakı “gizli danışıqlarında” nələr müzakirə olunub. Və Paşinyanın Ərdoğandan “gizli görüş” istəməsi doğrudurmu?
Bəs bu "sehrli" dəhliz nədir? Ermənistanın Zəngəzur bölgəsindən keçərək, Azərbaycanın qərb bölgələrini öz anklavı - Türkiyə ilə həmsərhəd olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirir. Prezident İlham Əliyev onun fəaliyyətinə böyük əhəmiyyət verir və “Ermənistan istəsə də istəməsə də” müvafiq layihənin həyata keçiriləcəyini xəbərdar edir.
Dəhliz nəinki Bakını Naxçıvanla, Türkiyə ilə birləşdirəcək, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində əhəmiyyətli bir halqaya çevriləcək ki, bu da Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq. İlham Əliyev bölgə ölkələri üçün yeni imkanlar açacağına əmindir: Türkiyə öz mallarını Orta Asiyaya daha qısa bir yolla nəql edə biləcək. Ermənistan 30 ildən sonra Rusiya ilə və İranla dəmir yolu əlaqəsini bərpa edəcək.
Azərbaycan Prezidenti onu da xatırladıb ki, İranla Ermənistan arasında dəmir yolunun tikintisi iyirmi ildir müzakirə olunur, amma heç bir real dəyişiklik yoxdur. Layihənin dəyəri 3 milyard dollardır. Zəngəzur dəhlizi açılanda, Naxçıvanla İran arasında dəmir yolu olduğu üçün Ermənistan bundan istifadə edə biləcək.
Bütün bu sxemlər nəticədə bölgəni Çinə və Avropaya, eləcə də Yaxın Şərq ölkələrinə çıxaracaq. Ümumiyyətlə, Zəngəzur dəhlizi təkcə bölgənin maraqları baxımdan blokadada olan Ermənistan da daxil olmaqla hər kəs üçün faydalıdır. Bu yol vasitəsi ilə Rusiya, Avrasiya İqtisadi İttifaqına üzv və digər ölkələrlə etibarlı dəmiryol əlaqəsini yaradacaq.
İrəvan isə təşviş içindədir. Lragir yazır ki, Ərdoğan Paşinyanla görüşün ilkin şərti olaraq Zəngəzur dəhlizinin açılmasıdır.
Erməni nəşri "Hraparak" da yazır ki, Zəngəzur dəhlizinin açılması, eləcə də SSRİ dövründən qalmış xəritələr əsasında Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası məsələsi həll olunub.
İrəvandakı müxalifət isə həyəcan təbili çalır. Müxalif “Ermənistan” parlament fraksiyasının rəhbəri əmindir ki, Türkiyə-Azərbaycan ittifaqı Zəngəzur vasitəsilə dəhliz əldə etmək üçün hər şeyi edəcək. Çünki Paşinyan gah dəhlizin açılmasından qəti şəkildə imtina etdiyini bəyan edir, gah da bu hesabla bağlı bəzi qeyri-müəyyən şərhlər verir. Odur ki Paşinyan bu məsələdə özünü qorumaq üçün ehtiyat edir. Ancaq bir misal var deyərlər ki, siçanı torbada çox gizlədə bilməzsən.
Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı bir-birinə zidd bəyanatlar verəs də, nəticə etibarilə Zəngəzur dəhlizinə konkret olaraq "yox" demir. Daban-dabana zidd olan bəyanatları siçan-pişik oyununun xatırladır. Bu barədə cəmiyyətə açıq fikir bildirməsələr də, pıçıltı ilə dəhlizin açılmasından danışırlar.
Əgər gözəl bir səhər Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin başladığını, sonra da Paşinyanla Ərdoğan arasında “səmimi” bir görüş haqqında xəbərin veriləcəyi də təəccüblü olmayacaq.
“Rosbalt” yazır ki, Zəngəzur dəhlizi baxımından Ermənistanın blokadadan çıxmasının başqa yolu yoxdur və dalana dirənər.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-09-2021, 11:08 Oxunub: 90
Bölməyə aid digər xəbərlər
15-10-2021, 09:43
İrəvan Bakının şərtini qəbul edəcək - Moskvanın səbri də tükənir
12-10-2021, 09:50
Paşinyan Putinlə, Şeyx Qareginlə görüşür – Səbəblər
4-10-2021, 11:28
İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaldıb
23-09-2021, 09:34
Ərdoğan Paşinyana “sınaq müddəti” qoyub - Türkiyə Ermənistanı Rusiyanın əlindən alır?
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
23-09-2020, 23:17
Lavrovun 5 rayon açıqlaması nəyə hesablanıb? - “Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə…”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
3-07-2020, 11:38
Leyla Əliyevanın doğum günüdür