16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
“Ermənistan kütləvi məzarlıqların yerləri barədə məlumatları təqdim etməlidir” - XİN

“Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin 8 erməni əsilli hərbi qulluqçunun qaytarılması müqabilində birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi barədə Ermənistanın öz üzərinə öhdəlik götürməməsinə dair 7 fevral 2022-ci il tarixli açıqlaması beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi kimi qiymətləndirilməlidir”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdi ilə bağlı açıqlamasında qeyd olunub.
“Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, 1949-cu il Cenevrə Konvensiyası və onun muvafiq protokolları və bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşları və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycana tərəfinə təqdim etməyə borcludur.
Bir daha vurğulamaq istərdik ki, cari ilin 4 fevral tarixində Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün gündəliyində duran əsas məsələlərdən biri məhz humanitar məsələlər olub. Bununla əlaqədar, Azərbaycan Prezidenti tərəfindən birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyi barədə məlumat verilməsi və onların basdırıldığı kütləvi məzarlıqların yerlərinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi diqqətə çatdırılıb və bu məsələyə Fransa və Avropa İttifaqı Şurasının prezidentləri tərəfindən dəstək ifadə olunub. İtkin düşmüş 4000-nə yaxın Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsinə görə məsuliyyət daşıyan Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verib.
Azərbaycanın tərəfinin atdığı humanist addımların nəticəsi olaraq 1708 erməni hərbi qulluqçunun cəsədinin tapılaraq qarşı tərəfə təhvil verilməsi fonunda Ermənistanın inkarçılıq siyasətini davam etdirməsi, beynəlxalq humanitar hüquq əsasında, həmçinin 4 fevral 2022-ci ildə videoformatda keçirilmiş görüş zamanı üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquqi çərçivələrdən tamamilə kənara çıxır.
Bu müstəvidə humanizm prinsipinə sadiq qalan Azərbaycan Respublikası tərəfindən müvafiq hüquqi presedurlar bitdikdən sonra Ermənistan tərəfinə təhvil verilən hərbi qulluqçuların yenə Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurur.
Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıq.
Qeyd olunmalıdır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən itkin düşmüş şəxslərin ailə üzvlərindən alınan DNK nümunələri əsasında 3000-dən artıq insanın DNK bazası yaradılıb.
Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər”, - deyə açıqlamada vurğulanıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-02-2022, 14:22 Oxunub: 100
Bölməyə aid digər xəbərlər
7-02-2022, 13:08
8 erməni hərbçi qarşı tərəfə təhvil verildi - AÇIQLAMA
31-01-2022, 09:12
NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
9-07-2020, 16:55
DTX tərəfindən həbs olunan XİN-in vəzifəlilərindən xəbər var