16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
5 ŞƏRT... 5 SAATLIQ GÖRÜŞ... - Bundan sonra NƏ OLACAQ?
Mayın 22-si Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş Azərbaycanın sülh üzrə əsas prinsiplərinin təmin edilməsi ilə yekunlaşıb. 5 saat davam edən görüşdə danışıqlar və onun yekun razılaşmalarında “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. Status məsələsi ümumiyyətlə olmayıb. Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və vətəndaş olacaq ermənilərin təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib. O cümlədən, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə edilib. Məlumat üçün bildirək ki, Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü də olub. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib. Ölkə rəhbəri bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Dövlət başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini qeyd edib. Ölkə başçısı həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulayıb. Dia.az-ın məlumatına görə, görüş barədə “Şərq”ə danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, görüşün 5 saatdan artıq davam etməsi liderlərin sülh müqaviləsinə baxışının konseptual yanaşmadan detallı müzakirələrə keçidini göstərir. Analitikə görə, üçtərəfli danışıqlar prinsip etibarı ilə əvvəlki razılaşmaların sürətli icrasına yönələn addımların dəqiqləşdirilməsi xarakteri daşıyır:
“Ümumilikdə istər Moskva, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə baş tutan müzakirələrdə nə “Dağlıq Qarabağ” ifadəsinə yol verilir, nə ATƏT-in Minsk qrupunun həmsədrlərinə istinad edilir. Nə də ki, hazırkı mübahisəli məsələlər mahiyyət etibarı ilə münaqişə kimi xarakterizə edilir. Deməli, artıq keçmişdəki təxribat elementləri yeni sənədlərdə və ya bəyanatlarda özünə yer tapa bilmir. Bu, Azərbaycan dövlətinin postmünaqişə dövründə diplomatik manevrlərini gücləndirən faktora çevrilir. Ermənistanın motoru isə soyuyub. İrəvan həmin mühərriki qızdıran “yanacaq” vasitələrindən məhrum olur ki, bu da Bakının şərtləri qarşısında boyun əyməsi ilə nəticələnir.
Şarl Mişelin görüşün yekunlarına dair mətbuata verdiyi açıqlamadakı istiqamətləri icmal şəklində təqdim edəndə də, Ermənistan üçün barmaq yeri qalmadığını görürük. Cənab Mişelin bəyanatındakı xətləri qısa tezislərlə qeyd edək. Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyinə toxunulub. Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının birinci iclası sərhəddə baş tutacaq. Liderlər kommunikasiyaların açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər. Xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılıq əldə olunub. Yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər. Burada Laçın dəhlizi ilə paralel aparılmadan Zəngəzur dəhlizi önə çəkilir.
Sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətləri görüşəcəklər. Tərəflər iyul-avqust aylarına qədər Avropa İttifaqının təşəbbüsü ilə yenidən bir araya gələcəklər. Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Bu nüanslar istər Rusiya, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən bütün razılaşmaların mahiyyətini bir nöqtəyə birləşdirir və praktiki işlər üçün yeni fürsətlər pəncərəsi açır. Avropa İttifaqının duruşu onun uzunmüddətli və davamlı sülh üçün iradə nümayiş etdirdiyini göstərir.
Etiraf etmək lazımdır ki, istər ABŞ, istərsə də Rusiyadan fərqli olaraq Avropa İttifaqının Cənubi Qafqazdakı maraqları siyasi ambisiyalara deyil, daha çox iqtisadi əsaslara söykənir”.
Ekspert razılaşmanın bir bəndinin üzərində ayrıca dayanıb:
“Bir məqamdan müxtəlif spekulyasiyalar üçün istifadə edilə bilər. Söhbət Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələsindən gedir. Cənab Mişelin açıqlamasında bu mövzuya da toxunması əslində sırf Azərbaycanın maraqlarının ifadəsidir.
Onsuz da Azərbaycan öz ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir. Azərbaycan Konstitusiyasına əsasən, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Yəni ana qanunla müəyyən edilən bütün hüquq və azadlıqlar, vətəndaşlar üzərinə qoyulan vəzifələr onlara da şamil oluna bilər. Amma şərt var.
Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatının yalnız onların öz iradəsindən asılı olacağını söyləyə bilərik. Seçim onlarındır.
Ya Azərbaycan bayrağı altına keçəcəklər, yurisdiksiyasını tam qəbul edəcəklər, ya da üzlərini Ermənistana tutub suveren ərazilərimizdən çıxacaqlar. Azərbaycan dövləti nəhayətdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə öz tamhüquqlu suverenliyini bərpa edəcək”.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-05-2022, 15:30 Oxunub: 137
Bölməyə aid digər xəbərlər
23-05-2022, 09:13
Mişel açıqladı: Bakı və İrəvan bu nəticələrə nail oldu!
28-04-2022, 16:00
Ermənilərin `DƏMİR YUMRUQ` HƏSRƏTİ... - QAPAZ ALTINA MEYLLƏNMƏ...
7-04-2022, 09:00
Aİ Şurasının Prezidenti Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla görüşünə dair bəyanat yayıb
2-04-2022, 10:30
Paşinyanın qorxduğu proses başladılır: Xankəndidən erməni silahlılar çıxarılacaq, Laçın dəhlizinə nəzarət olunacaq
15-03-2022, 08:35
Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?
13-01-2022, 09:30
Prezidentdən Brüssel görüşü barədə yeni - Açıqlama
16-11-2021, 09:00
İlham Əliyev tələb etdi, Paşinyan qovdu: Rəsmi Bakı erməni müdafiə nazirini dəyişdirdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
17-07-2020, 23:21
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi