16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
İrəvanı sülh sazişinə necə məcbur etməli? - Brüsseldəki bir görüşün mübhəmləri
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ötən həftəsonu Brüsseldə bir araya gəldiyi haqda məlumat verilib. Bu barədə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tvitterdə yazıb.
“Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu”, - paylaşımda deyilir. Lakin görüşün təfərrüatı açıqlanmır. Hacıyev və Qriqoryan belə bir formatda Brüsseldə ikinci dəfədir görüşürlər. Bu, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Brüsseldə növbəti yüksək səviyyəli görüşün gündəliyi ilə bağlı ola bilərmi? Erməni ekspertlərdən biri iddia edib ki, belə görüşlər Rusiyanı Güney Qafqazdan sıxışdırıb çıxarmaq niyyəti güdür. Yəni region uğrunda rəqabət məsələsi...
Maraqlıdır ki, bu ərəfədə Rusiya tərəfinin də Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünü təşkil edə biləcəyi barədə məlumat yayılıb. Hətta konkret tarix də deyilir - 31 avqust. Başqa ehtimallara görə, Brüsseldə əsas diqqət mərkəzində Laçın şəhəri və ətraf kəndlərinin boşaldılması və Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın götürdüyü öhdəliyin yerinə yetirməsini sürətləndirmək məsələləri olub.
Belə bir informasiya da var ki, hazırda Rusiya və Türkiyə Zəngəzur dəhlizi ilə bağlı intensiv müzakirələri davam etdirir. Türkiyənin ticarət nazirinin müavini, Gömrük Departamentinin rəisi Reza Tunu Turağay belə deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla ticarət dövriyyəsini indiki 5 milyard dollardan gələcəkdə 15 milyard dollara çatdırmağı planlaşdırır və bu baxımdan Zəngəzur dəhlizinin vaxtında açılması vacibdir.
“Zəngəzur dəhlizinin açılması Türkiyəyə Azərbaycana, oradan da Orta Asiya ölkələrinə çıxış əldə etmək, ticarət həcmini artırmaq baxımından üstünlük verəcək. Biz dəhlizin çox yaxın vaxtlarda açılacağını gözləyirik”, - deyə nazir müavini bildirib.
Lakin bu kimi pozitiv gəlişmələrə, sülh təşəbbüslərinə rəğmən, Bakı-İrəvan danışıqlarında hələ də ciddi irəliləyiş gözə dəymir. Erməni tərəfi hansı sahə olur-olsun, orada cığallıq edir, anlaşmalara riayət eləmir, vaxtı uzatmağa çalışır. O sırada delimitasiya ilə bağlı heç bir irəliləyiş yoxdur. Üstəlik, düşmən sərhəddə daima gərginlik yaradır. Hətta sülhməramlıların olduğu ərazidən əsgərlərimizə atəş açırlar.
Digər tərəfdən, Ermənistan hər cür fitnə-fəsada əl atır ki, sülh prosesini uzatsın. Rəsmi Bakının israrlı tələblərinə baxmayaraq, mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində də hər hansı addım atılmır. Təkcə son azad edilmiş yüksəkliklərdə mindən artıq Ermənistan istehsalı olan minanın aşkarlanması da rəsmi İrəvanın sülhə qarşı olduğunu təsdiqləyir. Özü də bu minalar 2021-ci il istehsalıdır və deməli, son ildə basdırılıb. Hansı ki, İrəvan 2020-ci ildən sonra bir neçə dəfə rəsmi və qeyri-rəsmi səviyyədə öhdəliklər götürüb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb. ANAMA-dan “Yeni Müsavat”a bildirilib ki, avqustun 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 239 piyada əleyhinə mina, 140 tank əleyhinə mina və 125 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 562 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Bu arada Laçında 2 hərbçimiz minaya düşüb. Qubadlı Hərbi Prokurorluğundan verilən məlumatda qeyd olunub ki, 2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır. Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır. Mina xəritələrini verməkdən imtina siyasəti Ermənistanın düşmənçilik xəttini seçdiyinə növbəti sübutdur. Ancaq bunlar da son deyil. Belə ki, Ermənistan aparılan sülh danışıqları fonunda belə öz çirkin niyyətlərini davam etdirir. Məlumatlara görə, İrəvanda “Ermənistan” partiyasının nümayəndələri səkidəki ağaclara Qarabağla bağlı şüarlar olan vərəqələr yapışdırıblar. Vərəqələrdə “Tiraspol Rusiyadır, Mariupol Rusiyadır, Krım Rusiyadır, Donetsk Rusiyadır, Luqansk Rusiyadır, Sxinvali Rusiyadır, ”Artsax" (Qarabağ) da qoy Rusiyanın olsun" şüarı yazılıb. Şüarın məzmunundan aydın olur ki, onları yazanların məqsədi Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirmək olub. “Qaynarinfo” xatırladır ki, Rusiya sülhməramlılarının Qarabağın ermənilər yaşayan hissəsində sülhməramlı missiyası 5 il müddətinə nəzərdə tutulub. Ermənilər isə indiki şəraitdə Rusiya sülhməramlılarının orada uzun müddət qalmasında maraqlıdır. İrəvanda gündəmə gətirilən bu şüarlar ermənilərin yeni koridorun işə salınması fonunda Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etmələri ərəfəsində baş verir. Belə ki, ermənilər həmin ərazilərlə bağlı Azərbaycan hökumətinin atdığı doğru və qəti addımlara Rusiya sülhməramlılarının cavab verəcəyini və onun qarşısını alacağını düşünürdü. Lakin göründüyü kimi, bu baş vermədi və sözügedən ərazidən ermənilər çıxmalı oldular. Bu olaydan təşvişə düşən bəzi erməni siyasiləri də yuxarıda qeyd olunan şüarı yaymaqla, onların təbirincə rus sülhməramlılarının hadisəyə susqun münasibətinə cavab olaraq, Bakı ilə Moskva arasında münasibətlərdə soyuqluq yaratmağı qarşılarına məqsəd qoyublar. Belə hərəkətlərilə Azərbaycanda Rusiyaya qarşı narazılıq toxumu səpib, sonda onlar arasındakı münasibətləri gərginləşdirəcəklərini düşünürlər. Gələcəkdə baş verəcək analoji hadisələr fonunda Rusiya sülhməramlılarının prosesə indiki kimi sakit tərzdə yanaşması deyil, müdaxilə etmələrinə nail olmaq istəyirlər. Belə olan surətdə nə etmək lazımdır? Ermənistan iqtidarını sülh prosesini sürətləndirməyə, sülh müqaviləsi imzalamağa necə vadar eləməli? Dia.az-ın məlumatına görə, siyasi şərhçi Elçin Mirzəbəyli mövzumuzla bağlı “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlər Rusiyanın zəmanətçi kimi iştirak etdiyi prosesə alternativ deyil: “Son nəticədə Brüsseldə keçirilən bütün görüşlərdə 10 noyabr 2020-ci il bəyanatına istinad edilir və istər sözügedən bəyanat, istərsə də bu bəyanatın ayrı-ayrı müddəalarının həyata keçirilməsi ilə bağlı imzalanan digər sənədlər Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi və zəmanətçi statusu ilə imzalanan yegenə sənədlərdir və məlum olduğu kimi, Aİ-nin iştirakı ilə Azərbaycan və Ermənistan arasında hər hansı bir sənəd imzalanmayıb. Məhz bu baxımdan, Aİ-nin prosesdəki roluna vasitəçi, yaxud zəmanətçi kimi yanaşmaq doğru olmazdı. Avropa İttifaqının bu günə qədər sərgilədiyi davranışlar onu deməyə əsas verir ki, rəsmi Brüssel prosesdən kənarda qalmaq istəmir, lakin Rusiyanın zəmanətçi kimi iştirak etdiyi prosesdə eyni missiya ilə iştirak edə bilməyəcəyini, həmçinin 44 günlük müharibədən sonra regionda yaranan reallıqları da yaxşı başa düşür. Digər tərəfdən, Avropa İttifaqının prosesə töhfə vermək istəyi Azərbaycanın maraqlarına zidd olmadığı, həmçinin özünü ”Minsk qrupu"nun yenidən dirilməsi cəhdlərindən kənarda büruzə verdiyi üçün rəsmi Bakını da qane edir. Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə aparılan danışıqların nəticəsi də sübuta yetirir ki, müzakirələr mövcud reallıqlar və rəsmi Bakının üstün, ədalətli və prinsipial mövqeyi nəzərə alınmaqla aparılır. Məhz bu baxımdan, hazırda prosesdə ölkəmizi narahat edə biləcək hansısa məqamların ortaya çıxa biləcəyini ehtimal etmirəm".
Ermənistanın öz öhdəliklərindən yayınma cəhdlərinə gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, məğlub tərəfin sülh müqaviləsi, delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı vaxtı uzatmağa cəhd göstərəcəyi, qıcıqlandırıcı addımlar atacağı öncədən də gözlənilən idi: “Ermənistanın indiki davranışları kürəyi yerə dəymiş güləşçinin gah sağ, gah da sol çiynini qaldıraraq, ”kürəyim yerə dəyməyib" görüntüsü yaratmaq cəhdinə bənzəyir. Amma hər kəs, o cümlədən Ermənistan da çox yaxşı başa düşür ki, məğlub olub və öhdəliklərini yerinə yetirməkdən başqa çarəsi yoxdur. Bu baxımdan da, indiki halda bu çarəsizliyin bütün detallarını təkrar-təkrar Ermənistan hakimiyyətinə və xalqına göstərmək lazımdır ki, müqavimətinin mənasız olduğunu sonunadək anlasın. Yəni həm diplomatik, həm də digər təzyiq elementləri daim qüvvədə olmalı, Ermənistanın seytnot vəziyyətindən çıxmasına imkan verilməməlidir. Müşahidələrimə görə, rəsmi Bakı elə bunu da edir".
Azərbaycan dövlətinin prinsipial mövqeyi isə dəyişməzdir. “Bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı deyib. “Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq”, - dövlət başçısı əlavə edib.
Ermənistanın bu kimi mesaj və xəbərdarlıqlardan nəticə çıxartması həm də ermənilərin xilası, üstəlik, qondarma Ermənistan dövlətinin mövcudluğunu qoruyub-saxlamaq üçün vacibdir. Əks halda, “Dəmir Yumruq” növbəti cəhddə Ermənistanın varlığına son qoya bilər. Əslində biz bunu istəyirik, ermənilər də istəyirlərsə, buyursunlar...
Bölməyə aid digər xəbərlər

Tarix: 23-08-2022, 13:00 Oxunub: 94
Bölməyə aid digər xəbərlər
22-08-2022, 15:00
Ağır zərbədən sonra axtarılan sülh arayışları - İNCƏLƏMƏ...
4-05-2022, 09:00
ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur
31-03-2022, 09:39
Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU