16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir”

“Azərbaycan xalqının gənc nümayəndələri hər zaman fəal olub, tarixən baş vermiş proseslərin önündə gediblər. Məhz onların qurduğu dövlətlər öz qüdrəti və əzəməti ilə dünya tarixində dərin iz qoyub. Hətta təcavüzkarlara qarşı mübarizədə, milli azadlıq mücadilələrində, milli dirçəlişimizdə nümayiş etdirdikləri rəşadətlə yeni-yeni nəsillərə örnək olublar. Hər səhifəsi qəhrəmanlıq dastanı olan şanlı tariximizi vərəqlədikcə gənclərimizin mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələrdə də yaradıcılığına heyran qalmamaq mümkün deyil. Onlar bilik və bacarığı, parlaq istedadı ilə bu sahənin zənginləşməsinə, xalqımızın maariflənməsinə əvəzsiz töhfələr veriblər. Onların ideyaları, yaradıcılığı xalqımızın milli sərvəti kimi daim qorunur və növbəti nəsillərə ötürülür”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, sovet hakimiyyəti illərində də Azərbaycan gəncləri öz fəallığı ilə seçilib, milli kimliyimizin qorunmasında, müstəqillik ideyalarının yaşamasında səylə çalışıblar: “Rejimin sərtliyi, göstərilən təzyiqlər və qanlı repressiyalar onları qorxuda bilməyib. Azərbaycan gəncləri daha bir qəhrəmanlıq dastanını 1941-1945-ci illər müharibəsində yazdılar. Nümayiş etdirdikləri şücaətlə Alman faşizmi üzərində qələbədə böyük pay sahibi oldular. Heç də təsadüfü deyil ki, 130 azərbaycanlı gənc Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Onlar döyüş rəşadəti ilə əsl qəhrəmanlıq nümunəsi oludular. Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamında gənclərin yanında oldu, onlara hər cür dəstəyi verdi. Məhz onun dövründə gənclərimiz ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilir, peşəkar kadr və yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün bütün şərait yaradılırdı. Həmçinin kadr siyasətində gənclərə üstünlük verilir, yüksək vəzifələrə irəli çəkilirdilər”.
“Dövlətimizin müstəqilliyinin bərpasında, Birinci Qarabağ müharibəsində gənclərin misilsiz xidmətlərini saymaqla qurtaramaq olmaz. Bir onu demək kifayətdir ki, bu yolda şəhidlərimizin böyük əksəriyyətini gənclər təşkil edirdi. Onlar dövlətimizi, Vətənimizi hər şeydən uca tutdular, bu yolda canlarından belə keçməyə hazır oldular. Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin ətrafında sıx birləşən gənc nəsil böhrandan çıxış yolunu yalnız Ulu Öndərin şəxsində gördülər. Dövlətimizin qurulmasında, müstəqilliyimizin qorunmasında fədakarlıqla mübarizə apardılar. Qısa müddətdə ölkəmizi məhv olmaqdan xilas edən dahi lider gənclər siyasətini prioritet istiqamətə çevrdi. Onun gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar dövlətimizin ictimai-siyasi həyatında gənclərin parlamasına, aktiv iştirakına geniş imkanlar açdı. Onların yüksək səviyyədə təhsil almaları üçün normal şərait yaradıldı, xarici ölkələrin ali təhsil müəssisələrinə tələbələrin göndərilməsinə başlanıldı. Məhz bu siyasətin nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər müxtəlif ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev istedadlı gəncləri xüsusilə diqqətdə saxlayıdı, onların hərtərəfli inkişafına hər cür dəstəyi verirdi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin forumlarının keçirilməsi, fevralın 2-si tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi onların cəmiyyətdə rolunun və nüfuzunun artmasında, ölkəmizin inkişafında iştirakının və məsuliyyətinin yüksəlməsində, ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında əhəmiyyətli rol oynadı”, - AHİK sədri bildirib.
“Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətini yüksək peşəkarlıqla davam etdirən Prezident İlham Əliyev onların potensialının gerçəkləşməsi, vətənpərvər ruhda böyüməsi, bilikli və bacarıqlı kadr kimi formalaşması istiqamətində əhəmiyyətli işlər gördü. Məhz cənab İlham Əliyevin qayğısının və bu sahəyə olan diqqətinin nəticəsidir ki, gənc nəslin ictimai-siyasi həyatda rolu durmadan artır, ölkənin əsas aparıcı qüvvəsini təşkil edirlər, həmçinin onlarda öz gücünə, istedadına, bacarığına inam hissi güclənib. 2007-ci ilin “Gənclər İli” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyətinə əlverişli şərait yaratmış oldu. Ulu Öndərin siyasətinin davamı olaraq dövlətimizin başçısı cənab İlham Əliyev də gənclərin təhsil məsələsini prioritet hesab edir, onların qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi üçün ardıcıl sərəncamlar verir. Bu sahədə icra olunmuş dövlət proqramları nəticəsində 5000-dən çox gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası müddətində 2000 nəfərədək gəncimiz xaricdə bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir”, - Milli Məclisin deputatı deyib.
S.Möhbalıyev vurğulayıb ki, Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun xidmətləri misilsizdir: “Belə ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində müxtəlif layihələr həyata keçirilir, yaradıcı gənclərin potensialının aşkara çıxarılmasına, bilik və bacarıqlarının dəyərləndirilməsinə yüksək səviyyədə köməklik göstərilir, onların fərdi və peşəkar inkişafına hər cür dəstək verilir”.
AHİK sədri bildirib ki, 2020-ci ildə qəhrəman Azərbaycan gəncləri dünyanın hərb tarixində yeni səhifə açdı, Vətənə, torpağa olan sonsuz sevgiləri ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldular: “Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruğa dönərək tarixi missiyanı uğurla tamamladılar, xalq və Vətən qarısında borclarını şərəflə yerinə yetirdilər. Vətən müharibəsi bir daha təsdiqlədi ki, gənclərimiz dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyindədirlər. Bu misilsiz xidmətlərinə görə, biz igid oğul və qızlarımıza hər zaman minnətdarıq. İnanırıq ki, gələcək nəsillər də bugünkü gənclərimizdən nümunə götürəcək, Vətənimizi ləyaqətlə qoruyacaqlar”.
S.Möhbalıyev əlavə edib ki, səlahiyyətləri daxilində Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin gənclər siyasətinə fəal dəstək verir: “Həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini gənclər təşkil edir. Biz də onların həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndirir, təşkilatın gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində gənclər şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Şuralar gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-02-2023, 10:19 Oxunub: 86
Bölməyə aid digər xəbərlər
21-01-2023, 11:06
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb
12-12-2022, 09:22
Səttar Möhbalıyev: “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar lider kimi əbədi yaşayacaq”
1-12-2022, 09:29
Səttar Möhbalıyev: “Laçın rayonunun yeni inkişaf dövrü başlayıb”
1-10-2022, 11:33
S.Möhbalıyev: “Azərbaycan dövlətçiliyinin təməlində Ulu Öndərin zəngin siyasi irsi dayanır”
27-09-2022, 09:08
Səttar Möhbalıyev: “Xalqımız şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutub”
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
5-09-2022, 14:17
AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib – YENİLƏNİB
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
27-04-2022, 15:03
Səttar Möhbalıyev: “Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir”
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO