16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Azərbaycan Qoşulmama Hərəkatında xüsusi yeri olan bir dövlət olduğunu isbat elədi

1961-ci ildə Belqradda yaradılan Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatıdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük qurumdur. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi təməl prinsipləri özündə ehtiva edir. Qoşulmama Hərəkatının tribunası Azərbaycana hər zaman imkan verib ki, Ermənistanın təcavüzkar siyasətini buradan ifşa etsin, həqiqətləri dünya ictimaiyyətinə çatdırsın. Bundan başqa, işğaldan əziyyət çəkən dövlət kimi verdiyi mesajlar, səsləndirdiyi faktlar bəşəriyyətin dinc yanaşı yaşaması üçün sübhdən başqa alternativin olmadığı gerçəkliyi üzərinə aydın işıq salıb.
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə “BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir”, - deyən Azərbaycan Prezidenti bildirdi ki, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə daxil olmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilmiş, sədrlik müddəti başa çatdıqdan sonra sədrliyin müddəti yekdilliklə bir il daha uzadılmışdır.
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.Görüşdə geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın sədrliyi dönəmində dünyada baş verən proseslərə və pandemiyadan sonrakı bərpa prosesinin gedişinə münasibət bildirmişdir. Cənab Prezidentin çıxışı göstərdi ki. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Dünyada tüğyan edən pandemiyanın qarşısının alınmasında maliyyə dəstəyini, mənəvi dəstəyini əsirgəməyən, “peyvənd millətçiliyinə” qarşı səsini ucaldan Azərbaycan eyni mövqedə qalır. Dövlətimizin başçısı ilk növbədə xalqımızın mənəvi dəyərlərindən çıxış edərək bunun bir insanlıq dərsi olduğunu dünya güclərinin diqqətinə çatdırmış oldu.
Cənab Prezident qeyd etmişdir ki, hərəkatın sədri kimi “Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən Qoşulmama Hərəkatı kifayət qədər mühüm işlərə imza ata bilmişdir. Pandemiya dövründə Azərbaycanın ortaya qoyduğu səylər olduqca gərəkli idi. Ölkəmiz hesab edirdi ki, COVID-19-la mübarizədə qlobal cəhdlər səfərbər olunmalıdır. Çünki xəstəlik hamı üçün ciddi bir təhdidə çevrilib, mübarizədə güclü əməkdaşlıq zərurəti var. “
Qeyd edək ki, Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınmışdır. Az zaman içərisində yaradılmış məlumat bazası bir çox ölkələrə vaxtında yardım çatdırılmasına imkan vermişdir. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib.
Bu gün dünyada gedən mürəkkəb proseslərə cənab İlham Əliyevin verdiyi qiymət diqqətəlayiqdir. Siyasi uzaqgörənlik, dünyanı düşündürən problemlərin həllinə yönəlik fikirlər hamı tərəfindən qəbul edilir. Belə ki, soyuq müharibədən sonra baş verən proseslər onu göstərir ki. bəşəriyyətin təhlükəsizliyi üçün ilk növbədə beynəlxalq öhdəliklər yerinə yetirilməli, xalqların suveren və legitim hüquqları tanınmalı və hörmət edilməlidir. Fransa kimi müstəmləkəçilik siyasəti yeridib özünə sərf edəndə suveren hüquqlardan dəm vurmaqla təhlükəsizliyi möhkəmləndirmək qeyri-mümkündür. Bunu konkret olaraq söyləyən cənab Preizdent demişdir: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.”
Konkret olaraq Azərbaycana qarşı münasibətdə baş verən prosesə diqqət yönəldən cənab Prezident demişdir: “2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.”
Konkret və reallıqları özündə əks etdirən çıxışı ilə cənab prezident bir daha dünyaya Azərbaycan həqiqətlərini, Azərbaycanın bəşəri dəyərlərini çatdırmış oldu. Bir daha vurğulandı ki, biz öz müstəqil siyasətimizdən, azadlıq uğrunda mübarizəmizdən geri çəkiləsi deyilik. Biz həqiqətin və ədalətin yanındayıq. Son üçillik fəlaiyyəti ilə Azərbaycan həm bu mövqeyinin sabitliyini, həm də Qoşulmama Hərəkatında xüsusi yeri olan bir dövlət olduğunu isbat elədi.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 9-03-2023, 22:49 Oxunub: 122
Bölməyə aid digər xəbərlər
6-03-2023, 10:14
Eltun Süleymanov: “Azərbaycanın legitim maraqların müdafiəsi mövqeyi dəyişməz olara qalır”
6-03-2023, 09:36
Kamaləddin Qafarov: “BMT-də ciddi islahatlar aparılmalıdır”
3-03-2023, 11:27
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər dünya üçün çox aktualdır”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
4-07-2022, 16:58
Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin xalqımızın ədalətli mübarizəsinə verdikləri dəstəyi hər zaman yüksək qiymətləndirib
11-10-2021, 14:17
İlham Əliyev Qoşulmama Hərəkatının Toplantısında çıxış edib - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO