16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
İlqar Nəzərov: Xalqa xidmət nümunəsi

“Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərov - Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin Azərbaycan dövlətinin və xalqının qarşısında xidmətlərinin aydın ifadəsidir. Xalqımız hər an Heydər Əliyev siyasətinin uğurlarını görür və bundan qürur hissi keçirir. Azərbaycanı belə güclü, qüdrətli görmək, dünyaya Günəş kimi doğmasını reallaşdırmaq, ərazi bütövlüyünü təmin etmək Ümummilli Liderin ən böyük arzusu idi. Məhz Onun yaratdığı möhkəm təməl üzərində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çıxıb. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin, tariximizin qorunması və inkişaf etdirilməsi istiqamətində atdığı addımlar bu gün böyük fəxr hissi ilə qeyd edilir. Ulu Öndər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdi. Onun hakimiyyətinin hər iki dövrü xilaskarlıq missiyasını uğurla yerinə yetirməsi ilə xarakterizə olunur. Həmin dövrdə qoyulan möhkəm təməl sonrakı illərdə, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişafında mühüm rol oynadı. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bugünümüz üçün əsas oldu. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışandan sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı çətinliklər fonunda hakimiyyətinin birinci dövrünü belə xarakterizə edirdi ki, o dövrlərdə yaranmış iqtisadi potensial bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Biz müstəqilliyimizi tam bərpa etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqlar.
Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizin iqtisadi inkişaf dinamikasına diqqət yetirmək kifayətdir ki, bu fikirlərin reallıqda öz təsdiqini tapdığını əminliklə qeyd edək. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərin başlanğıcında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini tamamilə itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı inkişaf yoluna çıxardı. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-03-2023, 10:00 Oxunub: 167
Bölməyə aid digər xəbərlər
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
2-11-2022, 23:04
DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ TƏSİS EDİLMƏSİNİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
29-09-2022, 11:55
Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib - SƏRƏNCAM
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO