16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Azərbaycan xalqı faşizm üzərində qələbədə böyük pay sahibi olub”

“Ümumilikdə Azərbaycan xalqının tarixi bir qəhrəmanlıq dastandır. Hər səhifəsində Ana yurda bağlılıq, vətənpərvərlik, torpağına göz dikənlərlə, işğalçılarla mübarizə, milli azadlıq mücadilələri yer alıb. Həmçinin qəhrəman və müdrik xalqımız bəşəri təhlükələrə qarşı mübarizələrin önündə gedərək dünya tarixində dərin iz qoyub. Dünyanın başı üzərini faşizm təhlükəsi alarkən Azərbaycan xalqı qəti mövqe ortaya qoydu, 1941-ci ildə elan edilən səfərbərlik respublikamızda ümumxalq hərəkatı halına gəldi. Təkcə könüllülərin sayı minlərlə idi. Kişilərlə yanaşı, qadınlar da cəbhəyə yola düşürdülər. Müharibə illərində 11 mindən çox azərbaycanlı qadın səfərbərliyə qoşulmuşdur. İkinci Dünya müharibəsində azərbaycanlılar iştirak etdiyi bütün cəbhələrdə igidliyi, rəşadəti, cəsurluğu ilə ad çıxarıblar. Yüksək döyüş ruhu ilə faşizm üzərində qələbədə böyük pay sahibi olublar. Mübariz xalqımızın 600 mindən artıq qeyrətli oğul və qızı müharibənin aktiv iştirakçısı olub və qeyrət rəmzimizə çevriliblər. Azərbaycanlılardan formalaşmış 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar Qafqazdan başlayaraq Berlinədək şanlı döyüş yolu keçməklə xalqımızın adını İkinci Dünya müharibəsinin qalib xalqları arasına yazıblar. Həmçinin azərbaycanlılar Polşa, Çexiya, keçmiş Yuqoslaviya və digər ölkələrin azad edilməsinin iştirakçısı olublar, əzmkarlıq nümayiş etdiriblər”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edilməsi heç də təsadüfü olmayıb, onlar bu adı döyüş meydanlarında qanları və canları bahasına qazınıblar: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını qazanan Həzi Aslanov, həmçinin İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov bizim qeyrət simvolumuzdur. Onlar özlərindən sonra gələn nəsillərə nümunə olublar, xalqımızın adını yüksəkliklərə qaldırıblar. Eləcə də mən Qafur Məmmədovun, 17 ağır yara almasına baxmayaraq, idarə etdiyi təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın adlarını çəkmək istərdim ki, onlar faşizm üzərində qələbənin memarlarındadırlar. Ziya Bünyadov, Rəşid Məcidov və başqaları. Onları saymaqla qurtarmaq olmaz. O cümlədən azərbaycanlıların adları Fransanın, İtaliyanın və digər dövlətlərin qəhrəmanları arasında yer aldı, həmin ölkələrin orden və medalları ilə təltif edildilər”.
“Təbii ki, faşizm üzərində qələbədən danışarkən Bakı neftinin əhəmiyyətini qeyd etməmək olmaz. Neftçilərimiz qarşılaşdıqları bütün çətinliklərə sinə gərərək fədakarcasına cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. Yeri gəlmişkən, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə hərəkət edirdi. 1941-1945-ci illərdə Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi məhz Azərbaycandan gedirdi. Bu məsələyə münasibət bildirərkən Sovet İttifaqı Marşalı Georgi Jukov deyib ki, Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi. Həmçinin digər Sovet İttifaqı Marşalı Fyodor Tolbuxin qeyd edib ki, Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Bu etiraflar bir daha təsdiqləyir ki, Bakı nefti olmasaydı, qələbə şübhə altında idi. Bir sözlə, İkinci Dünya müharibəsində Azərbaycan bütün imkanları ilə qələbənin qazanılmasına əhəmiyyətli töhfələr verib”, - Milli Məclisin deputatı vurğulayıb.
AHİK sədri bildirib ki, faşizm üzərində tarixi Qələbənin ildönümü hər il ölkəmizdə qeyd olunur: “Dövlətimizin başçısı cənab İlham Əliyev Qələbə Günündə Həzi Aslanovun, döyüşlərdə iştirak etdmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onlarla söhbətləşir, bayram təbriklərini çatdırır. Veteranlar hər zaman dövlətimizin diqqət və qayğıları ilə əhatə olunurlar. Prezidentimiz onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində sərəncamlar verir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-05-2023, 09:24 Oxunub: 113
Bölməyə aid digər xəbərlər
9-05-2023, 09:00
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
8-05-2023, 10:50
Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
2-02-2023, 10:19
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
27-09-2022, 09:08
Səttar Möhbalıyev: “Xalqımız şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutub”
9-05-2022, 10:08
Faşizm üzərində qələbədən 77 il ötür
6-05-2022, 19:02
Faşizm üzərində qələbə tarixi hadisədir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO