10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
Kamaləddin Qafarov: “Bu gün bizim həmrəyliyimiz hər zaman olduğundan daha güclüdür”

“Qədim Şuşa mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir. İyulun 21-də, Azərbaycan Milli Mətbuatı yaradılmasının 148-ci ildönümü ərəfəsində, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun açılış mərasiminin də məhz Şuşa şəhərində keçirilməsi Azərbaycan dövləti və birbaşa Prezident İlham Əliyev tərəfindən ölkə mediasına böyük önəm verildiyini bir daha nümayiş etdirir. Forumda yerli media nümayəndələri ilə yanaşı, 49 ölkədən 150 xarici qonağın, 34 ölkənin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumun yüksək səviyyədə təmsil olunduğunu nəzərə alsaq, bu tədbirin Şuşanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfə olduğunu da aydın görərik. Açılış mərasimində tədbir iştirakçılarını salamlayan dövlət başçımız bildirdi ki, bu şəhər ölkənin mədəniyyət paytaxtı olmaqla yanaşı, eyni zamanda da bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat daha sonra bildirib ki, Forumun gedişində Prezident İlham Əliyevin sualları cavablandırarkən Azərbaycanın təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər, əslində, dünyada mövcud olan bütün antiazərbaycan əhval-ruhiyyəli qüvvələrə ünvanlanmış ciddi mesajdır: “ABŞ jurnalistinin Azərbaycana qarşı olan təhlükələrlə bağlı sualını cavablandıran möhtərəm Prezidentimiz qəti və birmənalı olaraq torpaqlarımızın işğalına son qoymuş Vətən müharibəsinin başa çatması ilə ölkəmizə qarşı olan bütün təhlükələrin aradan qaldırıldığını bildirdi. Bununla dövlət başçısı bir tərəfdən ölkədaxili sabitliyin və cəmiyyətimizdə hökm sürən milli həmrəyliyin yüksək səviyyədə olduğunu diqqət mərkəzinə gətirmiş oldu. Əlbəttə ki, bu fonun yaranmasında uğurlu dövlət siyasəti nəticəsində təmin edilmiş güclü iqtisadi inkişaf amili də böyük rol oynayır. Digər tərəfdən isə, Azərbaycan işğalçı-faşist ideologiyası üzərində formalaşdırılmış Ermənistan ordusunu darmadağın etməklə təkcə özünün deyil, bütün regionun təhlükəsizliyini təmin etmiş oldu. Əlbəttə, bu gün Ermənistanda hələ də revanşist ideyalarla yaşayan insanlar, bəzi xarici ölkələrdə isə bu təhlükəli, ilk növbədə Ermənistanın özü üçün çox təhlükəli tendensiyanı mümkün qədər çox yaymağa səy göstərən müəyyən qüvvələr də var. Lakin bütün bunlar Azərbaycana heç bir real təhlükə törədə bilməz. Çünki, dövlət başçımızın dediyi kimi, Azərbaycan özünün müdafiə qüdrətini artırmaqda davam edir və bu gün bizim ordumuz hər zaman olduğundan daha güclüdür. Bu belə də olmalıdır. Azərbaycan beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu, güc amilinin getdikcə daha çox irəli çəkildiyi bir dünyada özünün və dostlarının müdafiəsinə hər an hazır olmalıdır.”
K.Qafarov Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təminatı və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Bu gün hər kəs bilməlidir ki, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizlik baxımından ən böyük təminatları məhz elə onların Azərbaycan ictimaiyyətinə inteqrasiyası ola bilər. Yalnız bu yolla Qarabağın erməni sakinləri xalqı əsarətdə saxlayan, qul kimi istismar edən və hər an öz ambisiyalarına qurban verməyə hazır olan xunta rejiminin girovluğundan azad ola bilərlər. Prezident İlham Əliyev II Qarabağ savaşı başa çatdıqdan sonra ötən dövr ərzində bir neçə dəfə yüksək humanistlik nümayiş etdirərək onlara bu şansdan yararlanmaq üçün unikal imkanlar verib. Lakin bu gün qarşı tərəfdən adekvat addımların atıldığını, təəssüflər olsun ki, hələ də görə bilmirik. Separatçı rejimin hansısa perspektivlərə ümidləri, əlbəttə ki, boş və əsassızdır. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş hadisələr, Laçın-Xankəndi yolunda qurulmuş nəzarət-buraxılış məntəqəsi – bütün bunlar birmənalı olaraq Xankəndində oturan rejimin yalnız Azərbaycan buna dözdüyü müddətdə mövcud olacağını açıq-aydın göstərir. Buna görə də, Qarabağın erməni əhalisi öz gələcəklərini təmin etmək üçün yalnız mövcud olan yeganə doğru yolu seçməli, Azərbaycan qanunlarına tabe olmalı və çoxmillətli, çoxkonfessiyalı dövlətimizin bütün vətəndaşlarına, o cümlədən bütün milli azlıqlara təqdim etdiyi bərabər hüquq və təhlükəsizlik təminatından istifadə etmək şansını əldən buraxmamağa çalışmalıdır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-07-2023, 13:51 Oxunub: 31
Bölməyə aid digər xəbərlər
22-07-2023, 13:53
Aqiyə Naxçıvanlı: "Azərbaycan Cənubi Qafqazda sülühn və sabitliyin qorunması üçün ən böyük səlahiyyətlərə sahibdir"
8-05-2023, 16:35
Kamaləddin Qafarov: “Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
14-02-2022, 10:02
İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu - FOTO
30-08-2021, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB+ FOTO
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi