16:00 / 05-06-2026
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
15:30 / 05-06-2026
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
15:28 / 05-06-2026
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
14:29 / 05-06-2026
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
14:22 / 05-06-2026
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq mövqeyini xeyli möhkəmləndirdi
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etdi. Həmçinin Foruma 60 yerli media rəhbəri və nümayəndəsi qatıldı. İştirakçıların, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibi tədbirin beynəlxalq əhəmiyyəti barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyevin forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin çıxışının mahiyyətində Azərbaycanın, regionun gələcəyi ilə bağlı hədəflər dayandı. Ölkə Prezidenti bildirdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Ermənistanla münasibətlərin tənzimlənməsində sülh müqaviləsinin imzalanmasına nail olsaq, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və yüksək risk zonasından çıxmış olacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək.
Tədbirdə dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan Böyük Qayıdış proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib. Getdikcə daha çox sayda bəyanatlar eşidilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Xalqımızın və dövlətimizin vahid hədəfləri var. Bu hədəflərə nail olmaq üçün strateji yol xəritələri təqdim edilir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın əsas çağırışlarından biri hadisələrə real baxmaqdır. Forumda bu mühüm məqam xüsusi qeyd edildi ki, beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür.
Tamara Süleymanova-192 saylı uşaq bağçasının müdiri
Bölməyə aid digər xəbərlər

Tarix: 26-07-2023, 09:51 Oxunub: 29
Bölməyə aid digər xəbərlər
25-07-2023, 13:37
Əhəmiyyətli Forum
24-07-2023, 09:42
Səttar Möhbalıyev: “Şuşa Forumu dünya mediasının inkişafına əhəmiyyətli töhfələr verəcək”
22-07-2023, 21:07
Eltun Süleymanov: "Azərbaycan dünyanın tərkib hissəsi kimi ilk növbədə sülh və təhlükəsiz dünya uğrunda mübarizə aparır"
15-05-2023, 08:09
Səslərin 99.86%-i sayıldı: rəsmi nəticələr - CANLI - YENİLƏNİR
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
14-02-2022, 10:02
İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu - FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi