12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev şəhid ailələrini ziyarət edib
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin ailələrini ziyarət edib.
Görüş zamanı şəhid ailə üzvlərinin arzu və istəkləri dinlənilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev - Bu gün işğaldan azad olunmuş torpaqlarımızda tapiximizdən süzülüb gələn, ruhumuza hopmuş bir zeyniyyətlə qurub-yaratmaq, əkib becərmək işləri görülür. Azad etdiyimiz torpaqların əsil sahiblərinin bizlər - azərbaycanlılar olduğunu dünya ictimaiyyətinə əyani şəkildə göstərməyin ən mükəmməl üsuludur bu qurub-yaratmaq eşqi. Bəli, artıq bütün dünya görür ki, lazım gəldikdə öz liderinin ətrafında sıx birləşərək dəmir yumruğa çevrilib düşməni darmadağın edən Azərbaycan xalqı bu gün də öz rəhbərinin, Ali Baş Komandanının bir çağırışı ilə sıx birləşərək ata-baba torpaqlarına qayıtmağa, quruculuq işlərində yaxından iştirak etməyə, azad olunmuş on minlərlə hektarlıq münbit torpaqlarımızı əkib-becərməyə hazırdır.
Təsadüfi deyil ki, sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev sıfırdan yeni şəhər və kəndlər inşa etdiyimizi və ona görə də burada müasir texnologiyalar tətbiq etməklə keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradacağımızı bildirdi.
Hazırda quruculuq işlərinin aparıldığı əzəli yurd yerlərimiz otuz illik işğal dövründə işğalçı Ermənistan tərəfindən darmadağın edilmiş, daş üstə daş qalmamışdı. Beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozaraq, Cenevrə Konvensiyasına əsasən cinayət törədən Ermənistana beynəlxalq ictimaiyyət sanksiya tətbiq etmədi. Hətta onları heç ictimai şəkildə qınamadılar belə.
Təbii ki, regionda sülhə nail olmaq mümkün idi. Lakin bu məsələni həll etməyə mandatı olan ölkələr bunu gözardı etdilər. 28 il ərzində ədalətin bərpa edilməsini gözləyən Azərbaycan nəticədə bunu özü etdi. 44 gün ərzində aparılan haqq savaşında bunu etdik.
Eyni zamanda, hazırkı Ermənistan hakimiyyəti də istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər də bunu bilirdilər. Torpaqlarımızda yaşayan erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə Azərbaycan dövləti hazır idi. Sentyabrın 19 da keçirilən antiterror tədbirləri zamanı da Azərbaycan dövləti bəyan etmişdi ki, Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Azərbaycan iştirakçısı olduğu bütün konvensiyalara, Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq reinteqrasiya ilə bağlı öz baxışını təqdim etmiş, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqlarının təmin ediləcəyi diqqətlərinə çatdırılmışdı. Buna baxmayaraq Ermənistanın yüksək səviyyəli hökumət rəsmiləri bu gün Azərbaycanı heç etmədiyi məsələlərdə ittiham edirlər. Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan ona qədər heç kəsin işlətmədiyi bir ifadə işlədərək “Qarabağ Ermənistandır və nöqtə” deyəndə Azərbaycanın qırmızı xəttini keçmiş oldu. Bundan başqa, sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərməklə, Azərbaycana qarşı yeni ərazi iddiası irəli sürmüş oldu. Bu, artıq qırmızı xəttin növbəti dəfə pozulması idi.
9 sentyabr tarixində Qondarma Dağlıq Qarabağın qondarma “parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni seçdi və həmin o “prezident” öz çıxışında qeyd etdi ki, biz status uğrunda mübarizə aparacağıq. Əlbəttə bununla qırmızı xətt yenidən pozulmuş oldu.
24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirlərində Azərbaycan ordusu Ali Baş Komandanının istəyinə uyğun olaraq ərazi bütövlüyümüzü tam təmin etdi və dayandı. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Bunu Ermənistan hakimiyyəti də bilməlidir. Hesab edirəm ki, bundan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanması təmin olunacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-10-2023, 11:34 Oxunub: 121
Bölməyə aid digər xəbərlər
6-10-2023, 09:53
Mirdamət Seyidov: Sabitlik və inkişaf mərhələsi
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
29-08-2023, 12:14
Mərdan Əliyev: Qəhrəman ANA - Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
25-08-2022, 23:09
MEHRİBAN ƏLİYEVAYA XAS OLAN YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR BİR MƏDƏNİYYƏT MƏKTƏBİ KİMİ ÖYRƏNİLMƏLİDİR
22-02-2022, 01:00
Əli Hüseynov: Azərbaycan mədəniyyətinin geniş təbliği və sağlam mənəvi dəyərlərin qorunması Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yerlərdən birini tutur
1-11-2021, 22:20
Prezident və birinci xanım Lahıcda məsciddəki bərpa-təmir işləri ilə tanış olublar - YENİLƏNİB
31-08-2021, 11:44
Phd Dilqəm Məhərrəmov: Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da böyük təkan verir
25-08-2021, 08:52
Hər kəs üçün “SİZİN MEHRİBAN”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək