12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Zirvələr fəth etməklə könülləri fəth edən Ali Baş Komandanımız sayəsində qələbə qazandıq
Sovet höküməti dağıldıqdan sonra keçmiş İttifaq Respublikaları içərisində doğma Azərbaycanımız qədər çətin duruma düşən heç bir respublika olmadı. Müstəqilliyi uğrunda çətin mübarizə aparan xalqımızı nə bu çətin durumdan çıxaran siyasi lider, nə də ki, ölkəmizə dəstək olan ikinci bir dövlət yox idi. Əksinə, illərlə böyük Ermənistan xisləti ilə yaşayan və vətənimizin daxilində özlərinə vətən düzəldən bədnam qonşularımız var idi. Hansı ki, onlar vaxtilə havadarlarının köməyi ilə həm Ermənistan respublikasını, həm də 1923-cü ildə, düz 100 il bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmışdılar və onu da qeyd edim ki, bu Muxtar Vilayətin heç bir tarixi, coğrafi və siyasi əsası yox idi.
Bir məqamı da diqqətə çatdırım ki, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Ulu Öndər Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Həm Ulu Öndərimizin Azərbaycanda olmaması, həm də Sovet İttifaqı Kommunist Partiyası büro üzvlüyündən çıxarılması ermənilərin öz çirkin əməllərini həyata keçirmələri üçün böyük bir şans idi və bu şansı əldən verməyərək 1988- ci ildən etibarən Qərbi Azərbaycan torpaqlarımızdan vətəndaşlarımızı vəhşicəsinə qovmağa, 1992- ci ildən isə torpaqlarımızı işğal etməyə başladılar. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Ermənistanın işğal prosesinin qarşısını ala biləcək, eyni zamanda ölkəni bu acınacaqlı vəziyyətdən qurtaracaq nə liderimiz, nə də hökümət strukturumuz yox idi. Əksinə, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan qüvvələr Azərbaycana başçılıq edirdilər. Bu arada bir məqamı da diqqətə çatdırım ki, əgər bir ölkədə hakimiyyətdə, vəzifə strukturlarında bacarıqsız kadrlar fəaliyyət göstərirlərsə, bu ölkənin nəinki inkişafından, hətta mövcudluğundan söhbət belə gedə bilməz. Belə bir məqamda Ulu Öndərimizin ölkəsinə, vətəninə qayıtması əslində bir xilaskarın, xalqın varlığının qoruyucusunun və ən əsası Azərbaycan dövlətinin mövcudluğunun qayıtması idi. Belə də oldu, Ulu Öndərimiz gəldi və ən çətin, keçilməz maneələri keçərək ölkəmizin xilas olması üçün yol xəritəsini müəyyənləşdirdi. Bu xəritənin üzərində olan hər bir yol “Zəfər Yolu” idi. Təbii ki, bu yolu davam etdirmək üçün Ulu Öndərimizin irsinə sadiq qalmaq və eyni zamanda onun irsini davam etdirəcək bir Lider olmaq gərəkirdi. Bu xüsusda da Ulu Öndərimizin qeyd etdiyi kimi İlham Əliyevə özüm qədər inanıram fikirləri ölkəmizin gələcək taleyini həll edəcək bir Liderin varlığının xalqımıza bir müjdəsi idi. Belə də oldu, 2003-cü il oktyabr ayının 15- də xalqımızın böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi, bununla da xalqımızın səsi cənab İlham Əliyevin uzaqgörən, davamlı siyasəti, özünün şəxsi cəsarəti və mərdliyi sayəsində işğaldan azad olunmuş bütün ərazilərimizdən gəldi. Hakimiyyətinin 20 illiyini məhz Xankəndindəki çıxışı ilə qeyd edən Müzəffər Ali Baş Komandanımız eyni zamanda “Heydər Əliyev İli”ndə çıxış edirdi hansı ki, Ulu Öndərimizin anadan olmasının 100 illiyinə həsr olunmuş bir vaxtla üst – üstə düşür. Torpaqlarımızın azad olması prosesi ilə başlanan 44 günlük müharibəmizin nəticəsi bir daha sübut etdi ki, cənab prezident İlham Əliyev qarşısına qoyduğu məqsədlər yolunda verdiyi bütün sözləri yerinə yetirir və bu yolda onu heç bir qüvvə dayandıra bilməz. Vətən müharibəsində xalqımızın öz Lideri ətrafında bir yumruq kimi birləşməsi bunun bariz nümunəsidir və bu yolda hətta canından keçən minlərlə şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.
Prezidentimiz qeyd edir ki, “Mən prezident seçiləndə 41 yaşım var idi. Mənim o qədər təcrübəm yox idi və mən hələ də beynəlxalq hüquqa inanırdım. İnanırdım ki,göydən haqq-ədalət enəcək və məsələmiz həll olunacaq. Amma başa düşdüm ki, biz özümüz ədaləti bərpa etməliyik. Hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, riskə getməmək, ölkəni riskə atmamaq və mümkün olan ən böyük uğuru əldə etmək”. Bu fikirlərə diqqət yetirdikdə hər bir fikrin arxasında böyük fədəkarlığın olmasının şahidi oluruq. Prezidentimizin Xankəndimizdən etdiyi çıxış bütün Azərbaycanlıların qəlblərinin fəthi idi. Hansı ki, 15 oktyabr 2023- cü ildəki çıxışdan sonra bütün hər yerdə elə Azərbaycanlı tapmaq mümkün deyil ki, bu sevinc onun simasında biruza verməsin. Hər kəs bir- birini təbrik edir və sevincini bölüşür.
Müzəffər Ali Baş Komandanımız deyir: Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev
Bölməyə aid digər xəbərlər

Tarix: 17-10-2023, 12:03 Oxunub: 52
Bölməyə aid digər xəbərlər
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
19-01-2023, 14:51
Qara Abdullayev: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib
12-12-2022, 09:18
Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
2-11-2022, 23:04
DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ TƏSİS EDİLMƏSİNİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
15-06-2022, 09:09
Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO