12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
Aqiyə Naxçıvanlı: “Dövlət başçımızın işğal dövründə keçirdiyi görüşlər zamanı dediyi sözlər bu gün reallaşır”

“Azərbaycan torpaqlarının 30 il davam edən işğalı dövründə üzərlərinə vasitəçilik missiyası götürmüş beynəlxalq təşkilatların əslində mövcud münaqişənin həlli üçün deyil, onun dondurulması üçün səy göstərdiklərini artıq hamımız yaxşı bilirik. Xalqımızı torpaqlarımızın həmişəlik itirilməsi fikri ilə barışdırmağa çalışan qüvvələrin ən çox ümid etdikləri məqamlardan biri bu idi ki, illər keçdikcə Azərbaycanda da Qarabağı, Şərqi Zəngəzuru heç zaman görməyən yeni nəsil yetişəcək və bu gənc nəsil öz dədə-baba yurdlarını unudacaq. Lakin bu baş vermədi. Bədxahlarımız bu dəfə də öz təxminlərindən yanıldılar. Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 17-də, “Füzuli Şəhəri Günü”ndə bu şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında bu vacib məsələyə xüsusi olaraq toxundu. Dövlət başçısı qeyd etdi ki, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi son dərəcə qürurverici haldır və həqiqətən də böyük hadisədir. Çünki bu uşaqlar, yeniyetmələr və gənclər bu torpaqlar barədə yalnız yaşlı nəslin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü, bizim öz doğma diyarımıza bağlılığımızı göstərir. Möhtərəm Prezidentimiz hələ işğal dövründə bütün rayonlardan olan keçmiş köçkünlərlə keçirdiyi çoxsaylı görüşlərində, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdi ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bu gün dövlət başçısının dediyi həmin sözlər reallaşır və azad edilmiş ərazilərimizdə yenidən salınan şəhər və kəndlərin, yaşayış məskənlərinin gözəlliyi insanları valeh edir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat məhz Füzulinin işğal dövründə ən çox dağıntılara məruz qoyulduğu şəhərlərdən biri olduğunu vurğulayaraq bunları deyib: “Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha belə bir dəhşətli faktı xatırlatdı ki, Azərbaycan Ordusu Füzulini azad etdikdən sonra şəhərdə bayrağımızı sancmaq üçün bir dənə olsun belə salamat bina tapılmamışdı. Bu gün Füzulinin timsalında bütün dünya erməni vəhşiliyinin nə demək olduğunu görür. Azərbaycan öz həqiqətlərini, öz dərdini uzun müddət dünyaya çatdıra bilmirdi. Bizim əlimizdə işğal altında olan şəhər və kədlərimizdə törədilən vandallıqlar barədə kifayət qədər dəlil-sübut yox idi. Ermənilər isə bu ərazilərə heç kimi buraxmırdılar. Çünki buraya gələnlər hər qarışda erməni vəhşiliyinin təzahürlərini görəcəkdilər. Lakin Azərbaycan bu gün artıq öz ərazilərini yenidən qurur və bu torpaqlara yeni həyat verir. Dövlət başçımız bunu da qeyd etdi ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu beynəlxalq ekspertlər də təsdiq edirlər. Artıq iki dəfə Azərbaycanda keçirilmiş Milli Şəhərsalma Forumlarında da dövlətimiz tərəfindən bütün layihələr təqdim edilmişdir. Bu layihələri beynəlxalq təşkilatlar çox yüksək qiymətləndirirlər. Həqiqətən də Füzuli indi tamamilə yenidən qurulur və bu istiqmətdə görülən bütün işlər birbaşa ölkə rəhbərliyinin diqqətində saxlanılır. Oktyabrın 17-də cənab Prezident İlham Əliyev tərəfindən Füzulidə iki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməlinin qoyulması da bu deyilənlərin ən gözəl təzahürlərindən biridir.”
Həmçinin Prezident İlham Əliyevin çıxışında şəhidlərimizin xatirəsinin hər zaman yad olunmasının vacibliyi barədə yer almış fikirlərin önəmini qeyd edən A.Naxçıvanlı bu xüsusda təhsil müəssisələrinin rolunu vurğulayıb: “Möhtərəm dövlət başçımız öz çıxışında bir daha xüsusi olaraq qeyd etdi ki, Azərbaycan xalqı və dövləti, biz hamımız bu möhtəşəm Zəfərimizə görə ilk növbədə şəhidlərimizə, qazilərimizə və müharibədə şücaətlə döyüşən əsgər və zabitlərimizə borcluyuq. Cənab prezident İlham Əliyevin dediyi kimi, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Çünki ölümə də gedən, Bayrağı da qaldıran odur. Buna görə də əsgər və zabitlərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Azərbaycan Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdi, amma torpaqlar da əldən getdi. Lakin İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirmək və taorpaqlarımızı işğaldan azad etmək mümkün oldu. Böyüməkdə olan gənc nəsil də Azərbaycan əsgərinin və zabitinin şücaəti, qəhrəmanlıqları ruhunda yetişməlidir və xüsusilə məktəblərdə, təhsil müəssisələrində bu məsələ hər zaman diqqət mərkəzində saxlanmalıdır. Gənc nəsil daim bu ruhda tərbiyə almalıdır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-10-2023, 15:06 Oxunub: 46
Bölməyə aid digər xəbərlər
17-10-2023, 12:26
Prezident Füzuliyə köçmüş sakinlərlə görüşüb - FOTO - YENİLƏNİB
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
29-05-2023, 10:43
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin xalqa bəxş etdiyi Zəfər bizim əbədi qürur mənbəyimizdir”
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO