16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Kanada xarici siyasətdə ciddi səhvlər edir”

“Kanada xarici işlər naziri Melani Colinin Azərbaycana qarşı bir müddətdir ki, açıq-aşkar nümayiş etdirdiyi qərəzli və aqressiv mövqeyi təəccüb doğurmamalıdır. Sadəcə bu ölkənin gerbinə diqqət yetirmək kifayətdir ki, Kanadanın xarici siyasətinin, sözün əsil mənasında, bir çox xarici amillərin təsiri altında formalaşdığı aydın olsun. Kanada gerbində Fransa bayrağının və qədim Fransa gerbi təsvirlərinin üstün mövqelərdə əks olunması artıq bir çox mətləblərdən xəbər verir. Bəlkə də Melani Colinin fransız genləri “erməni sevgisi” qarşısında duruş gətirə bilməyib.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Kanada rəsmisinin Ermənistan-Azərbaycan sərhəddinə qədər gələrək ölkəmizin ərazilərini binoklla müşahidə etməsini dövlətlərarası münasibətlərdə qəbul olunmuş etik qaydalara zidd davranış, Bakını hansısa sanksiyalarla hədələməsini isə heç bir təsir gücünə malik olmayan boş danışıq kimi qiymətləndirib: “Əslində, bir çox Qərb dövlətlərinin və siyasətçilərinin erməni kartını müxtəlif məqsədlərlə oynamaları çoxdan müşahidə olunan bir haldır. Təəssüf doğuran məqam isə budur ki, hazırda bu məqsədlər arasında Cənubi Qafqazda destabillik və mümkün olarsa hətta silahlı münaqişə ocaqları yaratmaq niyyətləri üstünlük təşkil edir. Həmin ölkələr bu yolla regionumuzda gedən proseslərə təsir imkanları əldə etməyə çalışırlar. Azərbaycan bu məqsədlərin qarşısında duran ən böyük gücdür. Buna görə də birbaşa hücumlarla ölkəmizlə münasibətlərinə xələl gətirmək istəməyən müəyyən dairələr Melani Coli kimi məsuliyyətsiz siyasətçiləri irəli çıxarmağa üstünlük verirlər. Kanadanın xarici işlər nazirinin məsuliyyətsizliyi isə, ilk növbədə, bu xanımın Azərbaycanı hansısa sanksiyalarla hədələməsində özünü göstərir. Görəsən söhbət hansı sanksiyalardan gedir? Görəsən Melani Colinin bu təhdidini həyata keçirmək üçün ölkəsinin heç bir imkanı olmadığından, hətta tam əksinə, Azərbaycanın istədiyi an Kanada şirkətlərinin öz ərazisində fəaliyyətlərini məhdudlaşdırmaq, həmçinin Kanadanın Mərkəzi Asiya ölkələrindən aldığı və Azərbaycan üzərindən daşınan uranın ixracını istədiyi zaman dayandırmaq imkanına sahib olduğundan xəbəri varmı? Əgər yoxdursa, bu zaman Azərbaycan hökuməti bəzi əməli tədbirlər görməklə kimin-kimə sanksiya tətbiq edə biləcəyi mövzusunda kanadalı naziri maarifləndirə bilər.”
K.Qafarov Kanadanın Azərbaycanı “deportasiya” siyasəti yürütməkdə ittiham etməyə heç bir hüquqi və mənəvi haqqı olmayan ölkə olduğunu vurğulayaraq deyib: “Çox qəribədir ki, bu gün Fransa və Kanada kimi ölkələr digər dövlətlərə qarşı hansısa absurd ittihamlar irəli sürərkən qətiyyən öz qanlı tarixlərini xatırlamaq istəmirlər. Məsələn, Kanadanın özünün bir dövlət kimi yerli xalqların soyqırımı nəticəsində yaradılması bütün dünyaya məlum olan faktdır. Kanadanın Kamlups şəhərindəki hindu uşaqları üçün olan internat məktəbində adsız məzarlıqda 215 uşağın dəfn olunduğu, ümumilikdə 1831-1996-cı illərdə ölkə ərazisində fəaliyyət göstərən bu tip internat məktəblərində 150 minə yaxın hindu uşağının evlərindən və ailələrindən güclə ayrıldığı, bu uşaqlardan bir çoxunun fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalmaları, bəzilərinin isə üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölmələri barədə məlumatlar da dünya mediasında kifayət qədər işıqlandırılan mövzulardır. Melani Colinin təmsil etdiyi Kanada hökumətinin birinci şəxsi, ölkənin baş naziri isə cəmi iki il bundan öncə ölkə tarixinin ən böyük uşaq istismarı hadisəsinin 2010-2015-ci illərdə fəaliyyət göstərmiş kilsədə baş verdiyini özü rəsmən etiraf edib və bütün bu cinayətlərə görə məsuliyyəti bu ölkədən 8000 kilometr məsafədə yerləşən Vatikanın daşıdığını və onların üzr istəməsinin vacibliyini bildirib. Təsəvvür edin, öz hüdudları daxilində öz vətəndaşlarına, həm də uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımaqdan imtina edən bir ölkənin naziri Azərbaycanı entik dözümsüzlükdə ittiham etməyə çalışır. Yaxşı olardı ki, Kanada ilk növbədə öz daxili problemlərini həll etsin və əsrlər boyunca soyqırımlarına, etnik təmizləmələrə məruz qoyulan yerli xalqların, hinduların hüquqlarının bərpası barədə düşünsün. Əlbəttə ki, əgər bir dövlət olaraq ən azından öz ərazisində müstəqil siyasət yürütmək səlahiyyəti varsa...”
Bölməyə aid digər xəbərlər

Tarix: 30-10-2023, 09:36 Oxunub: 181
Bölməyə aid digər xəbərlər
29-10-2023, 10:06
Aqiyə Naxçıvanlı: “Azərbaycan Kanada şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaqla “sanksiyalar” mövzusunda rəsmi Ottavanı maarifləndirə bilər”
28-08-2023, 15:30
Əgər separatizm qalib gəlsə... - AKTUAL
25-01-2023, 09:23
Bakı Avropa Birliyinin fransız missiyasını tanımadı: Fransa-Rusiya savaşında Ermənistan tək hədəfə çevrilir
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO