11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirib



06 noyabr 2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları rayon icra hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri iştirak ediblər.
        Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
      Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb. 
        Görüş zamanı RİH başçısı şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçılarını narahat edən məsələlər və problemlər ilə yaxından maraqlanıb, onların həlli istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib. 
        Şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları görüşdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə və Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


















Tarix: 7-11-2023, 09:31 Oxunub: 191


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram