10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
Aqiyə Naxçıvanlı: “Azərbaycan hər iki tərəf üçün ədalətli sülh sazişinin imzalanmasını təklif edir”

“Dekabrın 6-da ADA Universitetində ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Dünyada fəaliyyət göstərən məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın Forumda iştirakı bu beynəlxalq tədbirin yüksək nüfuzundan və əhəmiyyətindən xəbər verir. Forumda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib. Mötəbər tədbirdə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, beynəlxalq ekspertləri maraqlandıran sualları cavablandırarkən real faktlara və analitik təhlilə əsaslanan detallı açıqlamalar təqdim etmişdir. İlk növbədə belə bir diqqətəlayiq faktı qeyd etmək lazımdır ki, 2020-ci ilədək uzun müddət Qarabağ münaqişəsi ilə məşğul olan bir çox beynəlxalq ekspertlər də etiraf edirlər ki, bütün bu illər ərzində Azərbaycan dövləti və şəxsən Azərbaycan Prezidenti azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ilə paralel olaraq, Azərbaycan vətəndaşlığı olmuş erməni əhalisinin də cəmiyyətimizə inteqrasiyasına şərait yaratmağa çalışıb. Xüsusilə İkinci Qarabağ müharibəsinin bitməsindən sonrakı 3 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında bəyan edirdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar sadəcə olaraq separatçılar tərəfindən manipulyasiya edilirlər. Buna görə də dövlətimiz tərəfindən onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün ən optimal şərtlər təklif edilirdi. Onlara sadəcə olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət etmək lazım idi. Təbii ki, erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcəkdi. Hətta onlara təklif olundu ki, 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak etsinlər və öz nümayəndələrini seçərək, öz bələdiyyələrinin rəhbərləri olsunlar. Lakin təəssüflər olsun ki, Qarabağ erməniləri bundan imtina etdilər. Məhz buna görə də Azərbaycan cari ilin sentyabrın 20-də öz suverenliyini bərpa etmək üçün artıq güc tətbiq edərək antiterror əməliyyatı keçirməli oldu. Bütün bunlara baxmayaraq, cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın təklifi bu gün də masa üzərindədir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat Prezident İlham Əliyevin Ermənistanla sülh sazişinin bağlanması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Həqiqətən də Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq həm öz torpaqlarını işğaldan azad etdi, həm də bütün Cənubi Qfqaza sülh gətirdi. Uzun illər boyunca Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını deyən keçmiş Minsk qrupunun həmsədrlərinin fikirlərinin tam əksinə olaraq, regionumuza sülh məhz müharibə ilə gəldi. Bu gün isə, əgər söhbət artıq Cənubi Qafqazda yaranmış sülhün dayanıqlığından və davamlılığından gedirsə, bu zaman Ermənistan da xoş məramını bildirməli, xarici qüvvələrin deyil, öz xalqının maraqlarından çıxış etməli və adekvat addımlar atmalıdır. Azərbaycan öz tərəfindən bu istiqamətdə artıq konstruktiv təkliflərini verib. O cümlədən məhz Azərbaycan sülh sazişinin imzalanması, delimitasiya ilə bağlı komissiyaların yaradılması təkliflərini irəli sürüb, sülh sazişinin baza prinsiplərini işləyib hazırlayaraq qarşı tərəfə təqdim edib. Azərbaycan hər iki tərəf üçün ədalətli sülh sazişinin imzalanmasını təklif edir. Lakin Ermənistan, son aylarda bəzi irəliləyişlər olsa belə, ümumilikdə prosesi çox ləngidir. Məqsəd nədir? Bu sualı tam aydınlığı ilə cavablandırmaq çətin olsa da, səbəbi bəzi Avropa ölkələrinin Ermənistana neqativ təsiri ilə izah etmək olar. Möhtərəm dövlət başçımızın dediyi kimi, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var. Onların verdikləri məsləhətlər hazırda təxribat xarakteri daşısa da, bir müddət sonra onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmək olmaz. Məhz buna görə də iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair dövlətimizin zəmanəti olmalıdır. Yalnız bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı həmçinin Orta dəhlizin genişləndirilməsi perspektivləri barədə deyilənlərin önəmli açıqlama olduğunu vurğulayıb: “Transmilli logistik və nəqliyyat layihələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran cənab Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Özbəkistan, Qırğızıstan və Çinin birgə başladıqları mühüm dəmir yolu layihəsi Orta dəhlizə böyük töhfə olacaq. Təbii ki, həmin layihə ölkəmiz üçün də çox cəlbedicidir. Çünki istiqamət Xəzərə doğrudur. Hazırda Azərbaycan nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması ilə bağlı məsələlər üzərində fəal işləyir. Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulması artıq tam başa çatdırılıb. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək. Beləliklə, yeni yüklərin qəbulu üçün yeni imkanlar yaranacaq. Orta Dəhlizin daha bir qolu Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bütün bunlar isə, Azərbaycanın beynəlxalq tranzit ölkə olaraq əhəmiyyətini və nüfuzunu daha da yüksəldəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-12-2023, 12:11 Oxunub: 47
Bölməyə aid digər xəbərlər
30-09-2023, 22:21
Aqiyə Naxçıvanlı: “Dövlətimiz tərəfindən Zəngilanın mövcud potensillarının reallaşdırlıması istiqamətində məqsədyönlü tədbirlər görülür”
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
17-03-2023, 09:25
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə verdiyi açıqlama Ermənistana ciddi mesajdır”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
4-09-2022, 16:11
Aqiyə Naxçıvanlı: İtaliya-Azərbaycan Universiteti ölkələrimiz arasında dostluq əlaqələrinin parlaq səhifəsidir
27-07-2022, 10:21
Röyal Sarıməmmədov:Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə xidmət edəcək strategiya
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək