12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Aqiyə Naxçıvanlı: “Azərbaycanın xarici siyasət strategiyası diqqətlə öyrənilir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanda müşahidə olunan ciddi iqtisadi inkişafın əsasları, növbəti illər üçün müəyyən edilən istiqamətlər, regional əməkdaşlıq perspektivləri və digər önəmli məsələlər barədə ətraflı açıqlamalar yer almışdır. İlk növbədə dövlət başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycanın iqtisadi inkişafının əsasında nə sanksiyalar altında olan Rusiya ilə bağlı proseslər, nə də Çin ilə biznes əlaqələri durmur. Azərbaycanda müşahidə olunan dinamik iqtisadi inkişaf birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində əldə olunmuşdur. Həmçinin hökumətin növbəti illər üçün bu sahədə siyasəti barədə açıqlama verən cənab Prezident bildirdi ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Azərbaycan hökuməti 2026-cı ilin sonunadək 140 min insanı həmin ərazilərdə yerləşdirməyi planlaşdırır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Digər tərəfdən də, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var və bu istiqamətlər dövlət investisiya proqramının əsas sahəsi olacaq.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat qeyd edib ki, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, xüsusilə Avrasiya məkanında cərəyan edən hadisələrə getdikcə daha çox təsir imkanları əldə etməsi beynəlxalq ictimaiyyətin də diqqətindən kənarda qalmır: “ Bu diqqət və maraq özünü “Euronews”un müxbirinin verdiyi növbəti suallardan birində özünü bir daha qabarıq şəkildə büruzə verdi. Bu sualı cavablandıran cənab Prezident ölkəmizin beynəlxalq arenada strategiyası barədə konkret açıqlama verərək bildirdi ki, Azərbaycan bundan sonra da müstəqil siyasət yürütməyə davam edəcək. Qeyd edək ki, Azərbaycanın xarici siyasət kursu ilə aparıcı dünya dövlətlərinin maraqlanmaları təbiidir. Ölkəmiz artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Həmçinin Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinin müsbət dinamikası var. Xüsusilə enerji layihələri ilə bağlı qeyd olunmalıdır ki, Avropa Azərbaycandan bu sahədə dəstək istədikdə ölkəmiz bu dəstəyi ən yüksək səviyyədə göstərmişdir. Eyni zamanda Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur. Bütün bu məqamları öz açıqlamasında ətraflı qeyd edən cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəfləndiyini diqqətə çatdırdı.”
Həmçinin A.Naxçıvanlı müsahibənin gedişində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə aydınlıq gətirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edərək bunları deyib: “Sülh sazişinin imzalanması prosedurunun gecikməsi sırf Ermənistan tərəfinin vaxtı uzatması ilə bağlıdır. Dövlət başçımızın dediyi kimi, Ermənistan sentyabrın 11-də onlara təqdim olunmuş bir neçə səhifədən ibarət mətn layihəsini iki ay yarım ərzində nəzərdən keçirib. Bu da o deməkdir ki, rəsmi İrəvan süni olaraq prosesi ləngitmək istəyir. Buna görə də ilin axırına qədər sülh sazişinin imzalanması artıq mümkün görünmür. Cənab Prezident bir daha bildirdi ki, məhz Azərbaycan, işğaldan və etnik təmizləmədən əziyyət çəkən tərəf olmasına baxmayaraq, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə oldu. Bu gün Qarabağ məsələsi bitdikdən sonra Ermənistan Azərbaycanla razılığa gəlməkdə daha çox təşəbbüs göstərməlidir. Çünki Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana danışıqlara getməyə mane olan əsas amil də aradan qaldırıldı. Qeyd etmək lazımdır ki, məhz bu məqamı xüsusi vurğulamaqla cənab Prezident İlham Əliyev sanki Ermənistan rəhbərliyini bundan sonra daha cəsarətli və qətiyyətli olmağa dəvət etmiş oldu” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-12-2023, 19:14 Oxunub: 31
Bölməyə aid digər xəbərlər
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
28-03-2023, 08:46
Aqiyə Naxçıvanlı: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qısa zamanda ölkədə siyasi sistemin sağlamlaşdırılmasına səbəb oldu”
22-03-2023, 08:49
Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək