12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Kamaləddin Qafarov: “Xarici qüvvələr ölkəmizdə destabillik yaratmaq istəyirlər”

“ Bu gün Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Ölkəmizdə həyata keçirilən mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti və inkişafı üçün əlverişli şərait yaradılıb”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Azərbaycanda 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olundu ki, bu da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar verdi. “Bir vacib məqamı da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Lakin radikal müxalifət təmsilçiləri bütün bu yaradılan imkanlardan sivil siyasi rəqabət aparmaq üçün deyil, təxribat xarakterli bəyanatlar vermək, cəmiyyətdə çaşqınlıq və ixtilaf yaratmağa cəhd etmək üçün yararlanmağa çalışırlar.”
K.Qafarov vurğulayıb ki, radikalların tətbiq etməyə çalışdıqları “boykot” üsulunun strateji hədəfi, eyni zamanda, cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir: “Ölkədə aparılan uğurlu siyasi islahatlar bütün mütərəqqi siyasi qüvvələrin bərabər imkanlarla fəaliyyətinə və inkişafına zəmin yaratdığı kimi, destruktiv mövqelərdən çıxış edən radikalların da real potensialını üzə çıxarmış oldu. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal müxalifətin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Məlumdur ki, “boykot” siyasi mübarizə üsulu deyil, qərəzli informativ manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Həm də bu üsul bütün sivil dünyada məhz “kirli” texnologiyaların klassik növü hesab olunur və ondan əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” hər hansı bir siyasi partiyanın prinsipial mövqeyini nümayiş etdirmək üçün deyil, bilavasitə təxribatlara yol açmaq məqsədilə tətbiq olunur.”
K.Qafarov bildirib ki, bir ölkədə siyasi sabitliyi pozmaq və həmin ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirirlər.” Bu məqsədlərin həyata keçirilməsinə cəlb oluna biləcək ən real qüvvə isə, həmin ölkənin daxilində olan radikallardır. Çünki məhz radikal təfəkkürün əsasında kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaflar yaratmaq istəkləri durur. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlər olublar. Buna görə də bu gün sağlam siyasi rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etmək əvəzinə, radikal müxalifətin məqsədi insanları qalmaqallı situasiyaları təhrik etməkdir, seçkilər ətrafında beynəlxalq informasiya ajiotajı yaratmaq və seçkidən sonrakı dövrdə təxribatları davam etdirmək üçün zəmin hazırlamaq yolunu seçməkdir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bu insinuasiyaların qiymətini yaxşı bilir. Buna görə də radikal müxalifətin seçkiləri “boykot” çağırışları da bütün digər qərəzli kampaniyaları kimi fiaskoya uğramağa məhkumdur”.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-12-2023, 12:09 Oxunub: 26
Bölməyə aid digər xəbərlər
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
9-12-2023, 16:28
Eltun Süleymanov: “Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı mandatı Qalib sərkərdəyə verəcək”
8-12-2023, 11:16
Aqiyə Naxçıvanlı: “Ölkənin siyasi sisteminin gücləndirilməsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən məsələdir”
16-09-2023, 13:06
Səttar Möhbalıyev “Partiya üzvlərinin reyestrinin təsdiqi iqtidarın siyasi dialoqa sadiqliyini göstərir”
10-04-2023, 09:19
Kamaləddin Qafarov: “2018-ci ilin növbədənkənar prezident seçkiləri dövrün tələbi idi”
6-04-2023, 09:36
Eltun Süleymanov: “Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır”
6-04-2023, 08:47
Aqiyə Naxçıvanlı: “2018-ci ilin növbədənkənar Prezident seçkiləri milli maraqlar baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən tarixi hadisə idi”
28-03-2023, 08:46
Aqiyə Naxçıvanlı: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qısa zamanda ölkədə siyasi sistemin sağlamlaşdırılmasına səbəb oldu”
19-05-2022, 09:06
Davam edən iqtidar-müxalifət dialoqu və siyasi etimad
6-04-2022, 09:52
Səttar Möhbalıyev: İLHAM ƏLİYEV İQTİSADİ YÜKSƏLİŞ DÖVRÜNÜN MEMARIDIR
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO