16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev milli birlik fəlsəfəmizin banisidir”

“Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məsələsinə hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə milli birlik fəlsəfəmizin əsasını qoyub, xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail olub. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilmiş iclasında qəbul edilmiş qərarın əhəmiyyətindən bəhs edən deputat vurğulamışdır ki, məhz həmin qərar dünya azərbaycanlılarını bugünkü birliyə gətirən yolda atılmış ilk və ən vacib addım olmuşdur: “Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən həmin iclasda 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdib və dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qərar qəbul etdi. Bu gün isə artıq bütün dünya azərbaycanlıları rəsmən bu günü bayram kimi qeyd edirlər. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsi bu bayramın qeyd olunması ilə bütün dünyada yaşayan soydaşlarımızın düşüncəsində daha dərin köklər salır və onların gündəlik həyatlarının istiqamətlənməsində müstəsna rol oynayır. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Diqqətəlayiq haldır ki, Həmrəylik Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin ölkəmizdə doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.”
Həmçinin A.Naxçıvanlı qeyd edib ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində əhəmiyyətli addımlar atır: “Ölkə Prezidenti cənab İlham Əliyevin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Fondun əsas funksiyası Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdən ibarətdir. Həmçinin cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bu gün də dünya azərbaycanlılarının institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf prosesi sürətlə davam edir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşlarımız bilirlər ki, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”
Fikirlərini davam etdirən deputat qeyd edib ki, Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyinin və ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin sarsılmazlığının ən bariz təzahürü oldu: “Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bütün dünya ölkəmizdə mövcud olan ümummilli birlik və həmrəyliyi, xalq-iqtidar birliyini aşkar şəkildə müşahidə etmək imkanı əldə etdi. Həmçinin dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Ölkə Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin bu istiqamətdə fəaliyyətlərini yüksək dəyərləndirərək demişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Nətcədə, əldə olunmuş tarixi Zəfər hər bir azərbaycanlıya Qalib xalqın mənsubu olmaq kimi böyük bir şərəf nəsib etdi. Nəhayət bu ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan özünün suverenliyini də tam olaraq bərpa etdi. Oktyabrın 15-də Xankəndidə müqəddəs bayrağımızı ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev növbəti dəfə bütün dünya azərbaycanlılarına ən böyük qürur hissini yaşatdı” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-12-2023, 11:20 Oxunub: 52
Bölməyə aid digər xəbərlər
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
6-05-2023, 10:15
Kamaləddin Qafarov: “Azərbaycançılıq ideyası milli dövlətçilik məfkurəsinin əsasıdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
5-01-2023, 13:47
Cabir Hüseynov: Milli həmrəyliyimizin daha bir təntənəsi
5-01-2023, 10:37
50 milyondan artıq azərbaycanlı bu bayramı qeyd edir
31-12-2022, 12:39
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
29-12-2022, 11:51
Zakir Quliyev: Dünya azərbaycanlılarının həmrəyliyi tarixi zərurətdən doğan ehtiyacdır
29-12-2022, 09:03
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
28-12-2022, 12:23
Zöhrab Camalov: Milli həmrəyliyin Zəfər təntənəsi
28-12-2022, 11:03
Eltun Süleymmanov: “Tariximizin şanlı Zəfər səhifəmiz milli birliyimiz və həmrəyliyimiz sayəsində yazıldı”
27-12-2022, 11:03
Həmrəylik və milli-mənəvi birlik müstəqilliyimizin simvoludur
26-12-2022, 22:56
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə milli birlik fəlsəfəmizin əsasını qoyub”
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
29-12-2021, 11:00
Eldar Quliyev: Həmrəyliyimiz bizi böyük Zəfərə apardı
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO