16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Azərbaycan Avropanın qaz asılılığını aradan qaldırıb və hər bir ölkə Azərbaycanın sürətlə inkişafını görür
Azərbaycanın Avropa Şurasına üzv olmasının əsas səbəbi Dağlıq Qarabağ probleminin həll olunması və ölkələrarası sülhün qorunması olmuşdur. Amma biz illərdir ki nələrin şahidi oluruq: Ermənipərəst Fransa və Avropa Şurası qərəzli olaraq Azərbaycanı ləkələməyə şalışır və nəyin ki, Dağlıq Qarbağ problemini həll etmək, heç bu yolda bir iş aparmır əksinə hər zaman işğalçı dövlət olan Ermənistanın tərəfini tutur. Avropa Şurası BMT-nin 1993-cü ilin müxtəlif aylarında qəbul etdiyi qətnamələr (822,853,874,884) üzərində heç bir iş aparmır belə ki,təcavüzkarla təcaüzə məruz qalan ölkə arasında heç bir fərq qoymurdu. Bütün dünyanın gözü qarşısında baş verən 1992-ci il hadisələri, Azərbaycan torpaqlarının işğal olunması probleminin həlli beynəlxalq təşkilatların sadəcə qətnamə verməsi ilə sonlanırdı ki, bu qərarlar sadəcə gözdən pərdə asır və ermənilərin teror və işğalçı siyasətinin dəstəklənməsinə gətirib çıxarırdı.
Bildiyimiz kimi Azərbaycan Respublikası hər zaman sülh tərəfdarı olmuşdur. Buna görə illərdi dözərək münaqişənin sülh yolu ilə həll olunmasına çalışıb və dəfələrlə təşkilatlarla söhbətlər aparıb və işğalçıların sülh yolu ilə torpaqlarımızdan çıxmasını tələb edib.Avropa Şurasının Ermənistanın işğalçı siyasətinin dəstəklədiyini dəfələrlə faktlarla görmüşük. Cənab Prezident İlham Əliyevin çıxışında da bunu görə bilirik. Ölkə başçısı iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında proqram xarakterli çıxışı zamanı da bu faktı diqqətə çatdıraraq belə söyləmişdir : “Ermənistanda gedən saxta seçkiləri bütüb aparıcı ölkələr qınadı və qəbul etmədi Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. Səbəb bəllidir. Çünki Avropa Şürası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!”
Avropa Şurasının belə saxta çıxışları bir daha bizə sübut etdi ki, ölkəmizin Dağlıq Qarabağ problemini biz öz gücümüzə həll etməli və nəyin naminə olur olsun, illərdi göz yumulan bu ədalətsizliyə qarşı çıxmalıyıq. Hal-hazırda Azərbaycan inkişafda olan ölkə olaraq, Avropa üçün önəmli olan bir ölkəyə çevrilmişdir. Çünki bir ölkədə ki iqtisadı güc və siyasi birlik varsa Avropa Şurası belə gücə malik olan ölkələrdən qorxur. Xüsusən də indiki halda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrildiyi bir vaxtda. Azərbaycan Avropanın qaz asılılığını aradan qaldırıb və hər bir ölkə Azərbaycanın sürətlə inkişafını görür. Gözü götürməyən ermənilər və ermənipərəst olan Fransa kimi ölkələr bunu qəbul edə bilmir. Onların çıxışlarındakı fikirlər belə absurt və gülməlidir.
Beləki Azərbaycan “44 günlük Qarabağ müharibəsində bütün regional ölkələrə o cümlədən düşmənlərinə siyasi və iqtisadı gücünü göstərdi. Ölkəmizin illərdi susmasının bir səbəbi var idi: Münaqişəni sülh yolu ilə həll etmək! Azərbaycan həm siyasi masada ,həm də döyüş zonasında hər barədən özünün güclü olduğunu müharibəni qazanmaqla və mümkün qədər insan haqlarını qorumaqla bir daha sübut etdi. Mənfur düşmən və onun tərəfdaşları nə qədər məkirli planlarını önə çəkməyə çalışsalar da bu alınmadı və Azərbaycan qələbəni heç bir təşkilatın sayəsinə deyil öz gücü və Cənab Prezident İlham Əliyevin güclü siyasəti naminə qazandı. Bu da onu göstərir ki Azərbaycanın ədalətsiz ,Azərbaycan fobiyalı Avropa Şurasına ehtiyacı yoxdur!
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Könül Həsənova
Bölməyə aid digər xəbərlər

Tarix: 26-01-2024, 09:30 Oxunub: 112
Bölməyə aid digər xəbərlər
18-01-2024, 10:14
Fransa Senatının qətnaməsi ilə bağlı BƏYANAT
18-10-2023, 15:30
Düşmənin AVROPA HƏMLƏSİ... - İNCƏLƏMƏ
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
31-03-2022, 09:44
Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
17-07-2020, 23:21
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi