16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Prezidentdən Qərbə sərt mesaj
Prezident İlham Əliyev: “Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır”...
Azərbaycanın hərtərəfli çiçəklənməsi və inkişafı prezidentlə xalq arasında olan inam hissini daha da artırıb. Prezident İlham Əliyevə dəstəyin güclü olması məhz bu inkişafla, eyni zamanda xalqın liderinə olan hədsiz inam hissi ilə bağlıdır. Son zamanlar Avropadan gələn qərəzli bəyanatlar əks-təsir göstərərək Azərbaycanda prezidentlə xalqın daha da birləşməsinə, həmrəy olmasına, bir yumruq olmasına gətirib çıxarıb. Xüsusən Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışını bu gün dünya azərbaycanlıları şiddətlə qınayır və öz kəskin etirazını bildirir. Prezident İlham Əliyev 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı bir sıra məsələlər, o cümlədən AŞPA-nın Azərbaycana qarşı qeyri-obyektiv bəyanatları ilə bağlı da sərt çıxış edib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Xatırladaq ki, yanvarın 22-də AŞPA-nın qış yarım-sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Bundan sonra yanvarın 24-də Azərbaycan nümayəndə heyəti Strasburqda bəyanat yayaraq AŞPA-da fəaliyyətini dayandırdığını elan etmişdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı təşəbbüsün Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğu qeyd edilmişdir. Bəyanatı mətbuat nümayəndələri qarşısında Azərbaycanın AŞPA-dakı missiyasına rəhbərlik edən Səməd Seyidov səsləndirmişdir. Ümumiyytlə, AŞPA, ATƏT və digər bu kimi beynəlxalq təşkilatlar əksər vaxtlarda Azəraycanla bağlı qərəzli bəyanatlar veriblər. AŞPA-dan bu addımın atılacağı gözlənilən idi. Çünki onlar bir çox hallarda, xüsusən, Qarabağ məsələsində Azərbaycana qarşı ikili standart sərgiləmişlər. Bu siyasətlərini davam etdirərək yanvarın 22-də qərəzli, subyektiv, reallığı əks etdirməyən bəyanat yaydılar. Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi qruplar və fərdlər kimi, AŞPA-nın da bu addımı çox gülüncdür. Bütün hallarda cənab Prezident deyib ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. “Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”,- deyə dövlətimizin başçısı əlavə edib. Bir tərəfdən AŞPA-nın qərəzli addım atmasını anlamaq lazımdır. Çünki bu şəxslərin işi məhz tənqid etməkdən ibarətdir. Kompliment demək, xalqla prezident arasında olan inam və etibardan yazmaq onların işi deyil. Onlar hər hansı bir xırda məsələni şişirtmək və ya xırda məsələ belə, olmayanda özlərində hər hansı bir formada problem yaradıb, onu mediada işıqlandırmaqla məşğul olmasalar, işləri qalmaz. Bəzi şəxslərin “ermənipərəst” adlandırılması isə heç də yanlış deyildir.
Əlbəttə ki, AŞPA-nın bu addımının arxasında görünməyən məqamlar var. Burada siyasi məqsədlərin güdüldüyü bəllidir. AŞPA rəsmiləri guya deyirlər ki, Azərbaycandakı seçkini müşahidə etmək üçün dəvət almayıblar. Bu “qərəz missiyasını” da AŞPA-da Frank Şvabe və onun əlaltıları oynayır. Azərbaycan suveren dövlətidir və hansı təşkilatı seçkiyə çağırıb-çağırmamaq öz iqtidarındadır. Maraqlıdır ki, necə deyərlər, ağızı ətə çatmayan AŞPA seçki prosesinə müdaxilə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan istifadə edir. Bu struktur bir növ AŞPA-nın işini görərək şantaja əl atıblar. Açıq şəkildə belə qərəzli şəkildə Azərbaycandakı prezident seçkisinə müdaxilə etməyə çalışmaqla ölkəmizdəki demokratik seçki mühitinə ləkə yaxmaq istəyirlər.
Bu, əvvəlcədən hazırlanmış tamaşadır. Bunu böyük siyasi oyuna tərkib hissəsi hesab etmək lazımdır. Bu məsələni siyasi oyuna çevirənlər də ancaq müəyyən olunmuş ermənipərəst, ya da Azərbaycanın demokratik inkişafını görməyən Qərb qüvvələri ola bilər. Şübhəsiz ki, AŞPA və ATƏT-in Azərbaycana qarşı bu mövqeyi kamaniya xarakteri daşıyır. Yəqin ki, onlar da sifarişlərini ABŞ və Fransa kimi ölkələrdən alırlar. Elə buna görə də Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu vurğulayıb. Cənab Prezident bildirib ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir.
Hazırda Fransanın qərəzli davranışları həm də Qərbin bir istəyidir. Fransanın Ermənistana müdaxilə etməsi Qərbin Qafqaz regionunda olan Qarabağ məsələsini unutmadığı və diqqətdə tutduğu anlamına gəlməkdədir. Qarabağ məsələsi ilə bağlı sülhün əldə olunması üçün Azərbaycan və Ermənistan rəsmiləri birbaşa təmaslara keçiblər. Artıq heç bir dövlətin təşkilatçılığı altında görüşlər keçirilmir. Fransa isə birbaşa və dolayısı yolla sülhün yaranmasına mane olmağa çalışır. Bu da Qərbin ənənəvi maraqlarının olmasından xəbər verməkdədir. Qərb ölkələrinin yenindən marağının artması Azərbaycan diplomatiyası üçün önəmlidir. Çünki, Rusiya nəzarətində davam edən danışıqlar Azərbaycana daha çox təzyiq rıçaqı kimi qarşılanırdı. Digər baxımdan da Qərbin maraqlarının yenidən canlanması sülün yaranmasını gecikdirəcək. Belə bir zamanda Azərbaycanın manevr imkanları daha da genişlənəcək. Azərbaycan üçün önəmli olan Qarabağla bağlı görüşmələri monopoliyadan çıxarıb.
Ümumiyyətlə, Azərbaycan tərəfi hər zaman sülhün tərfdarı olub və buna görə də istənilən zaman danışıqlar masasına əyləşmək üçün hazır olduğunu bəyan edib. Ancaq qarşı tərəf hər zaman danışıqlardan yayınıb.
Milli Məclisin keçmiş deputatı Hacı Salayev

Bölməyə aid digər xəbərlər

Tarix: 6-02-2024, 11:21 Oxunub: 55
Bölməyə aid digər xəbərlər
6-02-2024, 09:17
Serbiya heyəti Azərbaycanla bağlı qətnaməyə ETİRAZ etdi
3-02-2024, 13:21
Aqiyə Naxçıvanlı: “Avropa təsisatları ölkəmizlə yalnız bərabərhüquqlu əsaslar üzərində münasibətlər qurmağın mümkün olduğunu aydın dərk etməlidirlər”
31-01-2024, 14:22
AŞPA-da ermənipərəst qüvvələr: Maskalı siyasətçilər... - NƏ ETMƏLİ?
27-01-2024, 11:21
AŞPA-nın qərarı da özü kimi əhəmiyyət kəsb eləmir
26-01-2024, 17:19
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin Bəyanatı -Fotolar
26-01-2024, 09:31
AŞPA-da müzakirəyə çıxarılan məsələlər Azərbaycana qarşı düşmən niyyətinin daha bir təzahürüdür
25-01-2024, 21:58
Eltun Süleymanov: “AŞPA-nın möğvqeyi birtərəfli və qərəzlidir, riyakarlıqdan başqa bir şey deyildir”
25-01-2024, 17:13
Aqiyə Naxçıvanlı: “AŞPA Qərbin ermənipərəst, anti-Azərbaycan dairələrinin alətinə çevrilib”
23-01-2024, 17:09
Səttar Möhbalıyev: “AŞPA-nın fəaliyyəti insan hüquqları ilə uzlaşmır”
21-12-2023, 08:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO