16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Aqiyə Naxçıvanlı: “YAP-ın VII qurultayında təqdim olunmuş ölkənin inkişaf konsepsiyası uğurla həyata keçirilir”

“Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixində YAP-ın VII qurultayında etdiyi çıxışında ölkəmizin gələcəyi ilə bağlı təqdim olunmuş konsepsiyalar bu gün son dərəcə uğurla həyata keçirilməkdədir. Artıq uzun müddətdir ki, Azərbaycan dövlətinin uğurlu enerji və nəqliyyat siyasəti, icra olunan layihələr bir tərəfdən yüksək səmərəliliyə malik enerji və nəqliyyat dəhlizlərinin, digər tərəfdən isə bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaratdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bütün region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açmış oldu. Möhtərəm dövlət başçımızın VII qurultaydakı tarixi çıxışında da qeyd olunmuşdur ki, bütün bunlar nəzərə alınaraq, ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Əlbəttə ki, bu konseptual tezislərin icrasını 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirinin möhtəşəm nəticələri fonunda qiymətləndirsək, bu zaman Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrin artıq uğurla həyata keçirildiyini əminliklə deyə bilərik. Bu gün öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın müstəqilliyi öz ifadəsini ölkəmizin iqtisadi gücündə, hərbi qüdrətində və əlbəttə ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə dövlətin yürütdüyü müstəqil siyasətdə tapır.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat Yeni Azərbaycan Partiyasının tarixindən bəhs edərək bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu partiyanın yaradılması tarixi zərurət idi: “Bu gün Cənubi Qafqazın ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarının durmadan genişlənməsi ilk növbədə YAP-ın hər zaman xidmət etdiyi ümummilli maraqların reallaşması yolunda böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət kimi ortaya çıxmışdı. Həmin dövrdə Azərbaycanın üzləşdiyi hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən dağıdıcı proseslər Azərbaycanın müstəqil ölkə kimi varlığını ciddi təhdid altına qoymuşdu. Belə bir təhlükəli şəraitdə ölkəni və xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Məhz bu gərgin zamanda öz xalqını, dövlətini düşünən 91 nəfər qabaqcıl Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Ulu Öndər müdrik uzaqgörənliklə bu çağırışı qəbul etdi. 1992-ci ildə Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. 1993-cü ilin oktyabr ayında isə, Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Ölkə Prezidenti seçildi və bundan sonra Azərbaycanın böhrandan çıxma prosesi başladı. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partyamızın VII qurultayında söylədiyi tarixi nitqində dediyi kimi, milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Bu gün də Yeni Azərbaycan Partiyası xalqımızın ən tərəqqipərvər nümayəndələrini öz sıralarında birləşdirməklə, cəmiyyətin və ölkənin inkişafında aparıcı qüvvə kimi çıxış edir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-02-2024, 09:39 Oxunub: 83
Bölməyə aid digər xəbərlər
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
22-11-2023, 12:05
Misgər Məmmədov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
17-11-2023, 09:43
Aqiyə Naxçıvanlı: “Bu gün ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir”
9-10-2023, 12:05
Aqiyə Naxçıvanlı: “Azərbaycan və Gürcüstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir”
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
19-03-2022, 09:34
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
3-03-2022, 02:22
İbrahim Cəfərov: Xalqın etimad ünvanı
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO