16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Səttar Möhbalıyev: “Xankəndidə alovlanan Novruz tonqalı hər birimizi fərəhləndirdi”

“Novruz xalqımızın ən əziz bayramıdır. Bu bayram illərin sınağından çıxıb, təzyiqlərə, qadağalara baxmayaraq, öz dəyərini qoruyub saxlamışdır. Uzun illər xalqımız tərəfindən böyük istəklə, təmtəraqla, xoş ovqatla qeyd olunan Novruzda nə qədər sevinsək də, Qarabağ həsrəti bizi rahat buraxmırdı. Hər dəfə arzu edirdik ki, növbəti bayramı Şuşada, digər işğal altındakı torpaqlarımızda qeyd edək. Bu, uşaqdan böyüyə hər bir azərbaycanlının müqəddəs arzusu idi. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”, - deyən Ulu Öndər uzaqgörənliklə bugünkü günü təsvir edirdi. Artıq bir neçə ildir bu arzularımız çin olub. Məhz Heydər Əliyev ideyalarının müdrikliyi, onun siyasi kursunun gücü, layiqli davamçısı cənab İlham Əliyevin yüksək idarəçilik bacarığı və sərkərdəlik qabiliyyəti bizi öz torpaqlarımıza qaytardı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Artıq Şərqi Zəngəzur və Qarabağımıza həyat qayıdıb. Sakinlər öz ata-baba yurdlarında, onlar üçün dövlətimiz tərəfindən inşa edilmiş evlərdə Novruzu qarşılayırlar. Qarabağımızda alovlanan Novruz tonqalını görəndə hər birimizin qəlbi fərəh hissi ilə dolur, çünki biz uzun illər bu həsrətlə yaşadıq. Şəhidlərimizi unuda bilmərik, onlar öz canları bahasına bu həsrətə son qoydular. Eləcə də qazilərimizin, bütün müharibə iştirakçılarının Vətən qarşısında xidməti xalqımızın qəlbindən silinməyəcək. Onlar dövlətimizin və xalqımızın qarşısında dayanan ən böyük və çətin missiyanı rəşadətlə, şərəflə, ləyaqətlə yerinə yetirdilər. Odur ki, onlar bizim cəmiyyətin ən hörmətli, əziz üzvləridir. Həmçinin şəhid valideynləri, onların yadigar qalan övladları... Dövlətimiz tərəfindən onlara hər cür dəstək var, hətta mən deyərdim ki, dünyada Azərbaycan dövləti qədər şəhid ailələrinə yüksək qayğı göstərən başqa dövlət yoxdur. Təbii ki, bu, ölkəmizin başçısı cənab İlham Əliyevin idarəçilik fəlsəfəsinin mahiyyətindən, xalqımıza olan dərin məhəbbətindən irəli gəlir”, - AHİK sədri bildirib.
“Möhtərəm Prezidentimiz artıq dördüncü ildir ki, Novruz tonqalını işğaldan azad edilmiş torpaqlarımızda qalayır, xalqımızı oradan təbrik edir. Bu dəfə də cənab İlham Əliyev bizi Xankəndidən təbrik etdi. Xalqımızın bütün arzu və istəklərini yerinə yetirən Prezidentimiz oradan daha bir müjdəni səsləndirdi - keçmiş məcburi köçkünlər bu il Xankəndiyə qayıdacaqlar. Separatçılar uzun illər bu şəhəri özününküləşdirmək üçün bütün vasitələrə əl atdılar, saxta yollarla şəhəri öz milli kökündən ayırmağa, kimliyini dəyişməyə çalışdılar. Hətta yalanlarına, uydurmalarına özləri belə inanmışdılar. Hesab edirdilər ki, həmin ərazilər, şəhərlər onlarındır. Amma Prezidentimiz cənab İlham Əliyev onların bütün işğal planlarını məhv etdi, separatçıların liderlərini, dinc azərbaycanlıların hədəf alınması qərarını verənləri əli-qolu bağlı Bakıya gətirtdi. Sübut etdi ki, bu ərazilər azərbaycanlılara məxsusdur, Qarabağın digər şəhərləri kimi, Xankəndi də Azərbaycanın pulu hesabına tikilib. Şəhərdəki əsas inzibati binaların memarları azərbaycanlılardır. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin yüksək idarəçilik keyfiyyətlərinin, böyük diplomatik bacarığının, məqsədində qətiyyətinin və əzmkarlığının, xalqına və dövlətinə olan sonsuz məhəbbətinin nəticəsidir”, - Milli Məclisin deputatı əlavə edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-03-2024, 10:58 Oxunub: 24
Bölməyə aid digər xəbərlər
18-03-2024, 11:45
Novruz bayramı təsviri sənətdə
18-03-2024, 11:01
Sülh və əmin-amanlıq bayramı
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
17-10-2023, 12:26
Prezident Füzuliyə köçmüş sakinlərlə görüşüb - FOTO - YENİLƏNİB
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
28-03-2023, 11:13
Eltun Süleymanov: “Ölkə başçısının bu müraciəti və təbriki hər bir azərbaycanlının qəlbində daha bir bayram tonqalı qaldı”
20-03-2023, 09:40
Eltun Süleymanov: “Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir”
19-03-2023, 09:44
Kamaləddin Qafarov: “Novruz bayramını Qarabağda qeyd etmək böyük qürur və şərəfdir”
17-03-2023, 15:56
Novruz bayramı həm də dostluq bayramıdır
17-03-2022, 13:31
Bəhruz Şirəliyev: Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində artıq Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik
19-03-2022, 09:34
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
18-03-2022, 08:08
Kamaləddin Qafarov: “Novruz bayramı milli birliyimizin ən parlaq təzahürlərindən biridir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO