16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2024-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü - “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında keçirilən tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Əzimov,
BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, AHİK-ə üzv təşkilatların sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin, eyni zamanda istehsalat qəzalarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 2009-cu ildən başlayaraq keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır.
Onun sözlərinə görə, Azərbaycanda BƏT-nin 59 Konvensiyası ratifikasiya olunub və konvensiyaların tələbləri Əmək, Mülki, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrində öz əksini tapıb: “AHİK-in təklifi ilə BƏT-nin 155 saylı “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” Konvensiyasının ratifikasiyası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanun layihəsi hazırlanıb müvafiq qurumlara təqdim olunub. Ötən il fevralın 1-də Prezident İlham Əliyev konvensiyanın təsdiq edilməsi barədə Qanunu imzalayıb. Bundan əlavə, “Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya”da “Əmək təhlükəsizliyinin və gigiyenasının təşviq edilməsinin əsasları haqqında” konvensiya müzakirə edilib və tərəfimizdən ratifikasiya imkanlarının araşdırılması üçün işçi qrupun yaradılması irəli sürülüb. Artıq bu istiqamətdə iş davam etdirilir”.
Həmçinin Səttar Möhbalıyev qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə həmkarlar ittifaqları üçün də aktualdır, odur ki, bu ilin avqust və sentyabr aylarında Bakıda BƏT-lə AHİK-in tədbirləri nəzərdə tutulub.
AHİK sədri vurğulayıb ki, 2023-cü il ərzində 448 müəssisə və təşkilatda ictimai müayinə işi aparılıb və 1641 pozuntu aşkarlanıb: “Bununla bağlı işəgötürənlərə 274 təqdimat verilib. Pozuntuların 86,59 %-nin aradan qaldırılmasına nail olunub. Nəticədə 59 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 237 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Əməyin mühafizəsinə dair ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları, üzv təşkilatların texniki əmək müfəttişləri tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 818 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 2022-ci illə müqayisədə 11,89 %, tibbi müayinədən keçirilən işçilərin sayı isə 6,36 % artıb”.
Konfederasiya sədri diqqətə çatdırıb ki, əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə 8 yeni əməyin mühafizəsi kabineti və 718 guşə yaradılıb, bununla da kabinetlərin sayı 61-ə, guşələrin sayı isə 2060-a çatdırılıb: “Ötən 15 il ərzində bu müsabiqəyə 25000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 645-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bu, o deməkdir ki, 25000-dən yuxarı müəssisənin işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstəriblər. Müsabiqənin keçirildiyi müddətdə ölkənin bütün şəhər və rayonlarında 2331 nəfərin iştirak etdiyi seminar, yığıncaq, toplantı və dəyirmi masa təşkil olunub, AHİK və üzv təşkilatları maarifləndirici tədbirlər keçiriblər. Bu müsabiqədə iştirak etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat, sex və sahədən 291-inin sənədi daxil olub. Onlardan 67-si İcraiyyə Komitəsinin qərarı ilə qalib elan olunub”.
Çıxışının sonunda Səttar Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları və şəxsən öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən söz açıb.
BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev isə təmsil etdiyi təşkilatla Azərbaycan həmkarlar ittifaqları arasında olan faydalı münasibətlərdən, qurumun konvensiyalarının əhəmiyyətindən, birgə əməkdaşlıq çərçivəsində qarşıda duran vəzifələrdən danışıb.
Sonda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası da daxil olmaqla sahələr üzrə həmkarlar ittifaqını təmsil edən 67 qalib müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

Bölməyə aid digər xəbərlər

Tarix: 8-05-2024, 13:26 Oxunub: 97
Bölməyə aid digər xəbərlər
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
29-11-2023, 15:07
Ankarada TDHİT-nin Qurultayı keçirilib -Fotolar
22-09-2023, 11:55
Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb, AHİK sədri Səttar Möhbalıyev vitse-prezident seçilib -Fotolar
7-09-2023, 14:04
AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib -Fotolar
29-07-2023, 12:23
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb -Fotolar
28-07-2023, 13:48
Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib -Fotolar
9-06-2023, 14:51
AHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -Fotolar
4-05-2023, 16:18
AHİK tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib -Fotolar
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
5-09-2022, 14:17
AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib – YENİLƏNİB
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
19-05-2022, 14:48
AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı beynəlxalq seminar keçirilib - FOTOLAR
6-05-2022, 19:00
AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
27-04-2022, 15:03
Səttar Möhbalıyev: “Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir”
25-04-2022, 19:30
AHİK sədri Səttar Möhbalıyev Sahibkarlar Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO