16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Heydər Əliyev siyasətinin təntənəsi

Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Afət xanım Camalova - “Dövlət başçısı İlham Əliyevin “Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır” fikirləri dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsini yaratmaqla yanaşı, hər birimizin qarşısında bu mirası qoruyub saxlamağı vəzifə kimi qoyur. Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi, Vətəninə, xalqına sevgisi Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi, inkişaf, tərəqqi yoluna çıxardı. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları yaddaşlardadır. Ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin günlərdə Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi, Naxçıvandan Bakıya gəldi. Bu gəliş xalqın sabaha ümidini bərpa etdi. Bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr edən, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükəni aradan qaldırdı. Bununla da ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmiləşdirdi. Xalqımızın nicatı və milli dövlətçiliyimizin xilası məhz bu tarixdən başladı. Onun xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra səsləndirdiyi “ Biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikri Azərbaycanın uğurlu gələcəyinə inamın təqdimatı oldu. Məhz bu inam bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır.”
Düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkədə sabitliyi yaradan Ulu Öndər Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürdü: “İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Məhz bu gün də Azərbaycan xalqı neft strategiyasının uğurlarını öz həyatında hiss edir. Ölkəmizin iqtisadi imkanları artır. “Əsrin müqaviləsi”ndən bu günədək reallığa çevrilən və icrası davam edən layihələrə diqqət yetirmək kifayətdir. Eyni zamanda, Azərbaycanın uğurlu enerji siyasəti beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında da öz sözünü deyir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması da bunun bariz nümunəsidir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Neft-qaz gəlirlərinin səmərəli istifadəsi xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların miqyasının genişlənməsi ilə müşayiət olunur. Daim xalqına güvənən, onun gücünə, müdrikliyinə arxalanan Ümummilli Lider iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı.”
Hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır: “Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə ölkəmizin gələcək iqtisadi inkişafının təmin edilməsi üçün mühüm baza yaratmışdı. Azərbaycan keçmiş İttifaqın ən qabaqcıl ölkələri sırasında yer tutmuşdu. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. 1971-ci ildə Ulu Öndərin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması hərbi kadrların yetişdirilməsinə stimul oldu. Hazırda orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin liseyin yetirmələridir.”
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu yüksək qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. Belə ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi və həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı.”
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Hər bir sahədə davamlı uğurlara imza atıldı. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ümummilli Liderin ən böyük arzusunun gerçəkliyə çevrilməsində özünün aydın ifadəsini tapdı. Tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Ötən il Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dövlət başçısı İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

İşğaldan azad edilmiş torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması, Şuşada, Xankəndidə Novruz tonqallarının alovlanması, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası, Şuşadan muğamlarımızın səslənməsi, mədəniyyət paytaxtımızın diplomatik mərkəzə çevrilməsi, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi, Xankəndidə Zəfər paradının keçirilməsi, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səsverməsi, bu il Xocalı soyqırımının 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və sair kimi sadalamaqla bitməyən biri-birindən mühüm hadisələr Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildən başlanan yol Azərbaycanı daha da zirvələrə ucaldacaq, Zəfərlər qazandıracaq.[/b]
Bölməyə aid digər xəbərlər

Tarix: 14-05-2024, 11:11 Oxunub: 49
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
19-07-2023, 10:56
Fuad Hacıyev: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
12-05-2023, 17:10
Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
4-04-2023, 17:51
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU