16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”

“Azərbaycan tarixində yeni dövr başlayıb, biz bu yeni dövrə şərəflə, ləyaqətlə qədəm qoymuşuq: alnıaçıq, başı dik. Güclü dövlətimiz ötən dövr ərzində qarşısına qoyduğu bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirdi, ətrafında birləşdirdiyi xalqımızın bütün arzu və istəklərini yüksək nailiyyətlərlə reallaşdırdı. Görülən işlərin ən böyük zirvəsi isə, təbii ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsidir. Bu təkcə ərazi bütövlüyümüzün təmin edilməsi ilə yadda qalmadı, həm də dünya ictimaiyyətinə Azərbaycanın gücünü, qüdrətini göstərdi, xalqımızın və onun Liderinin əzmkarlığını, qətiyyətini bəyan etdi. Şübhəsiz ki, daxil olduğumuz yeni dövr böyük nailiyyətlərlə zəngin olacaq. Bildiyimiz kimi, dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi ölkəmizin yeni inkişaf hədəflərindən ən başlıcası Şərqi Zəngəzurda və Qarabağda işğalın fəsadlarını aradan qaldırmaq, aparılan bərpa-quruculuq işlərini uğurla davam etdirmək, sakinlərin öz yurdlarına dönməsini həyata keçirməkdir. Sözsüz ki, bu, elə də asan iş deyil, çünki tamamilə dağılmış ərazilərdə müasir tipli yeni şəhərlər, qəsəbələr, kəndlər salmaq, insanların rahat yaşaması üçün hər cür şəraiti yaratmaq böyük iqtisadi güc tələb edir. Həm xalqımız, həm də beynəlxalq ictimaiyyət aydın görür ki, Azərbaycan bu işin öhdəsində layiqincə gəlir. Sistemli və keyfiyyətli işin göstəricisidir ki, artıq sakinlərin bir hissəsi öz yurdlarına dönüb və xoşbəxt yaşayır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, abadlıq-quruculuq işlərinə bilavasitə özü nəzarət edən Prezidentimiz ard-arda həmin ərazilərə səfərlər edir, aparılan işlərlə yerindəcə tanış olur, sakinlərə dövlətimiz tərəfindən tikilən evlərin açarlarını təqdim edir: “ Dövlətimiz və xalqımız üçün əlamətdar gündə - Müstəqillik Günü İlham Əliyev cənabları yenə də Qarabağda idi. Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoydu. Təbii ki, bu, həmin kəndlərin sakinlərinə, ağdamlılara, eləcə də bütün xalqımıza böyük bayram hədiyyəsidir. Vətən torpağını çiçəklənən, tərəqqi edən, dirçələn görmək, həqiqətən də, bənzərsiz xoşbəxtlikdir. Biz əminik ki, yaxın gələcəkdə Ağdam rayonu tamamilə bərpa olunacaq, əvvəlkindən də gözəl görkəm alacaq və ölkəmizin inkişaf etmiş bir parçasına çevriləcək. Müstəqillik Günü xalqımıza daha, bəlkə də, ən böyük hədiyyə namus tacımız olan Xocalıya sakinlərin yerləşdirilməsi oldu. Çünki bu şəhərin bizim üçün nə qədər həssas olduğu hamıya məlumdur. Burada əsrin ən böyük faciəsi törədilib, qoca, uşaq, qadın demədən yüzlərlə insan amansızlıqla qətlə yetirilib. İnsanlığa, bəşəriyyətə qarşı yönəlmiş Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki, Sonqmi qədər qanlı və dəhşətlidir. İnsan xarakterinə aid olmayan bu əməlləri millətçi-şovinist ermənilər acımadan törədiblər. Hətta bu əməlin sahibləri vaxtı ilə özlərini qəhrəman sayırdılar, buna görə dövlətlərindən mükafatlar belə alıblar. Bu gün isə onların hansı rəzil durumda olduqları hamıya bəllidir”.
“Xocalıları öz yurdunda, evində görmək çox qürurvericidir. Onların üzündəki sevinc, xoşbəxtlik hissi xalqımızın hər bir nümayəndəsini fərəhləndirir. Sağ olsun Prezident İlham Əliyev cənablarını ki, onun gərgin zəhməti, fədakar əməyi, düşünülmüş siyasəti və sərkərdəlik məharəti sayəsində biz bu gün xocalıları öz evlərində görürük. Artıq indiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. İnanırıq ki, yaxın vaxtlarda bütün sakinlər evlərinə dönəcək. Qüdrətli dövlətimiz bütün bu işlərin öhdəsindən layiqincə və vaxtında gələcək”, - Milli Məclisin deputatı vurğulayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-05-2024, 13:28 Oxunub: 33
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
22-12-2023, 15:21
Səttar Möhbalıyev: “Azərbaycanın son 20 ildə keçdiyi yol bizim uğur salnaməmizdir”
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU