16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
ATİAHİ RK-nın XVIII Konfransının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb -Fotolar

Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.
Müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident!
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVIII Konfransının iştirakçıları olaraq Sizə – ümummilli liderimiz Heydər Əliyevin milli təhsil quruculuğu strategiyasının ən layiqli davamçısına müraciət edərək öz dərin hörmət və ehtiramımızı bildirir, ən xoş arzularımızı çatdırırıq!
Sizin həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi siyasət Azərbaycanın davamlı inkişafını təmin edir və respublikanın təhsil ictimaiyyətini daha da ruhlandırır. Biz çalışdığımız sahədə qazanılan bütün uğurları Sizin təhsilə, təhsil işçilərinə, təhsil alanlara göstərdiyiniz diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirir, bu istiqamətdəki fəaliyyətinizi yüksək qiymətləndiririk!
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVIII Konfransının nümayəndələrinin, bütövlükdə ittifaqımızın 400 min nəfər üzvünün Sizin müdrik daxili və xarici siyasətinizi ürəkdən bəyəndiyini bir daha diqqətinizə çatdırmaqdan məmnunluq duyur, iftixar hissi keçiririk.
Sizin böyük uzaqgörənliklə söylədiyiniz – «Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir» konseptual müddəanız bu gün öz uğurlu nəticələrini verməkdədir. Böyük sevinc hissi ilə bildiririk ki, son illərdə təhsil işçilərinin və təhsil alanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyiniz fərman və sərəncamlar nəticəsində təhsil işçilərinin əməkhaqqı, tələbələrin və aspirantların təqaüdü dəfələrlə artmış, yüzlərlə təhsil işçisi Prezident təqaüdü almış, orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüşdür. Təhsillə bağlı təsdiq etdiyiniz proqramlar məktəblərin infrastrukturunun təkmilləşdirilməsinə, müasir avadanlıqlarla, dərsliklərlə, informasiya-kommunikasıya texnologiyaları ilə təchizatına, peşəkar kadrlarla təminatına, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, istedadlı gənclərin üzə çıxarılmasına, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, azərbaycanlı gənclərin xaricdə təhsili və digər sahələri əhatə etmiş, davamlı inkişafa və təhsil alanlar üçün bərabər imkanların yaradılmasına yönəlmişdir. Ölkəmizdə yüzlərlə yeni məktəb tikilmiş, yenidən qurulmuş, müasir tədris avadanlıqları ilə təchiz edilmiş, kompüterləşdirilmiş, milli-mənəvi dəyərləri özündə əks etdirən yeni dərsliklər hazırlanmışdır. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, Sizin tapşırığınızla bütün şagirdlər pulsuz dərsliklərlə təmin olunurlar.
Bu gün Siz soydaşlarımızın xəyallarının gerçəkliyə çevrildiyi suveren Azərbaycana rəhbərlik edirsiniz. Doğma Qarabağımızla bağlı 30 ildəki arzularımızı məhz Siz gerçəkləşdirdiniz. Əminliklə deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun Qarabağla bağlı arzuları Sizin Ali Baş Komandan kimi uğurlu hərbi-siyasi taktikanız, sözü ilə imzası bir birini tamamlayan lider kimi uğurlu fəaliyyətiniz nəticəsində həyata keçdi, rəhbərliyiniz altında xalqımız Zəfərə qovuşdu.
Biz, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVIII Konfransının nümayəndələri olaraq doğma Azərbaycanımızın davamlı inkişafını təmin etdiyiniz, ölkəmizin iqtisadi inkişaf göstəricilərinə görə dünyada və regionda lider dövlətə çevirdiyiniz, millətimizə nəhayətsiz sevinc və qürur hissi yaşatdığınız üçün bir daha Sizə Azərbaycanın çoxminli təhsil işçiləri adından sonsuz minnətdarlığımızı və təşəkkürümüzü bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar, şəxsinizə möhkəm cansağlığı arzulayırıq!”
Müraciət Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVIII Konfransının iştirakçıları tərəfindən qəbul edilmişdir.
Bakı şəhəri, 31 may 2024-cü il
Bölməyə aid digər xəbərlər

Tarix: 31-05-2024, 15:45 Oxunub: 58
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
15-05-2023, 08:09
Səslərin 99.86%-i sayıldı: rəsmi nəticələr - CANLI - YENİLƏNİR
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
16-11-2022, 15:33
AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb Bəyanatda deyilir:
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
24-05-2021, 13:22
Dünya liderləri Prezidenti təbrik edir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO