16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

“Ölkəmizin hərtərəfli inkişafında, dünya miqyasında əldə etdiyi nailiyyətlərdə, habelə regionda lider statusunu qazanmasında və beynəlxalq mövqelərinin yüksəlməsində, təbii ki, iqtisadi amilin rolu böyükdür. Uğurla inkişaf edən Azərbaycan iqtisadiyyatının göstəriciləri ilbəil yüksəlib, dünyada baş verən ağır böhranlara baxmayaraq, davamlı xarakter daşıyıb və xalqımızın rifahına xidmət göstərib. Sözsüz ki, rəqabətə davamlı iqtisadi inkişafın təmin olunmasında dövlətimizin enerji siyasəti böyük pay sahibidir və bu siyasətin müəllifi də məhz Ulu Öndər Heydər Əliyev olub. Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra müəyyənləşdirdiyi neft strategiyası qüdrətli, davamlı iqtisadi inkişafa malik Azərbaycanı hədəfləyirdi. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycan bu sahədə tarixi uğura imza ataraq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzaladı. Siyasi və qlobal əhəmiyyətinə görə, "Əsrin müqaviləsi" adlanan sazişin imzalanmasında 7 ölkədən dünyanın nüfuzlu 11 neft şirkəti iştirak edib. Azərbaycanın enerji siyasətində tarixi dönüşə səbəb olan bu müqavilə ölkəmizə böyük nüfuz gətirdi, dünyaya inteqrasiyasına, dövlətlərarası münasibətlərin qurulmasına və inkişafına kömək etdi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov deyib.
“Bildiyimiz kimi, həmin vaxtlar Azərbaycan cəmi 3 il idi müstəqillik qazanmışdı, ölkəmiz üçün təhlükələr hələ tam aradan qalxmamışdı. Həmçinin Xəzər dənizi ilə bağlı ətraf ölkələr arasında iddialar qalmaqda idi. Son dərəcə belə çətin və riskli dönəmdə dünyanın nüfuzlu şirkətlərinin bu müqaviləni imzalaması, Azərbaycanın neft sektoruna investisiyalar yatırması bilavasitə Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu, onun fəaliyyətinə və müdrik rəhbərliyinə olan dərin inamla bağlı idi. Onlar əmin idilər ki, böyük siyasətçi Heydər Əliyevin imzası dəyişməzdir, Azərbaycan müqavilənin şərtlərinə görə, üzərinə düşən bütün öhdəlikləri vaxtında və layiqincə yerinə yetirəcək. Yeri gəlmişkən, hələ o vaxta qədər postsovet dövlətləri arasında xarici neft şirkətləri ilə belə bir beynəlxalq müqavilə bağlayan olmamışdı, bunu ilk olaraq Azərbaycan etdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, müstəqil Azərbaycanın ilk enerji sazişi olan “Əsrin müqaviləsi” gözləntiləri artıqlaması ilə doğrultdu, ölkəmiz dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik aktora çevrildi. Layihənin effektiv həyata keçirilməsi ölkəmizin maliyyə imkanlarını artırdı, iqtisadiyyatımızı gücləndirdi, iş yerlərinin açılmasına, sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişməsinə şərait yaratdı, eləcə də digər dövlətlərlə ticarət əlaqələrinin qurulmasına və inkişafına təkan verdi”, - Konfederasiya sədri qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət gördü ki, Azərbaycan dövləti öz təbii sərvətlərinin sahibidir, suveren hüquqlarını qətiyyətlə qoruyur, bunlardan səmərəli, xalqının mənafeyi naminə istifadə edir: “Sonralar ölkəmiz bu istiqamətdə daha uğurlu layihələrə imza atdı, neft hasilatı dəfələrlə yüksəldi. Artıq dünya bazarına nəql üçün yeni marşrutlar üzərində işləməyə başlanıldı. Çünki Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri artıq artan yükü daşımaq imkanında deyildilər. Odur ki, Azərbaycanın neft strategiyasının banisi Ulu Öndərimiz Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi təşəbbüsü ilə çıxış etdi və 2002-ci ildə kəmərin təməli qoyuldu. Bu gün isə BTC-nin faydalarını saymaqla qurtarmaq olmaz, ümumiyyətlə, regionun inkişafına, ölkələr arasında münasibətlərə təsiri böyükdür. 2017-ci ildə dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı. Bu, Azərbaycanın neft tarixində növbəti əlamətdar hadisə idi və bununla ölkəmiz enerji siyasətində yeni inkişaf mərhələsinə qədəm qoydu. “Yeni Əsrin müqaviləsi”ndə nəzərdə tutulan şərtlər ölkəmiz üçün daha səmərəli idi və perspektivləri çoxdur”.
“Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın enerji siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən yeni geosiyasi və geoiqtisadi şəraitə uyğunlaşdırılaraq daha da inkişaf etdirilib, imkanları dəfələrlə genişləndirilib. Zəngin karbohidrogen ehtiyatlarına və inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malik olan ölkəmiz bu gün regionun enerji mərkəzinə çevrilib, dünyada baş verən mürəkkəb proseslər fonunda bu sahədə yaşanan böhranda xilaskar missiyasını yerinə yetirir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn layihələr Avropaya işıq saçır, qoca qitənin enerji təminatına əhəmiyyətli dərəcədə töhfələr verir. Bu gün Azərbaycan həm də müasir dövrün reallıqlarından və özünün potensialından çıxış edərək yaşıl enerjiyə sürətli keçid edir, hətta bu istiqamətdə lider ölkələr sırasındadır. Əminik ki, günü-gündən inkişaf edən, dünyada böyük söz sahibi olan Azərbaycan yaxın gələcəkdə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün hədəflərinə çatacaq”, - AHİK sədri Sahib Məmmədov vurğulayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-09-2024, 17:02 Oxunub: 78
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
4-04-2023, 17:51
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
4-04-2023, 12:12
Prezident “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib - YENİLƏNİB
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO