10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
Azər Məmmədov: “Torpaqlarımızın sülh yolu ilə geri qaytarılması təmin edilsəydi, o zaman Vətən müharibəsinə də ehtiyac olmazdı”

Azərbaycanın 2020-ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrini, eləcə də parlaq Zəfərimizin regionda yaratdığı yeni geo-siyasi reallıqların bütün Cənubi Qafqazın gələcəyinə təsiri baxımından önəmini aia.az saytının baş redaktoru Azər Məmmədov şərh edib.
Media təmsilçisi öz şərhində qeyd edir ki, əgər 30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalına, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlərə və qətliam hadisələrinə göz yummasaydı və torpaqlarımızın sülh yolu ilə geri qaytarılması təmin edilsəydi, o zaman Vətən müharibəsinə də ehtiyac qalmazdı. Baş redaktorun rəyinə görə, keçən əsrin sonlarından başlanan sülh danışıqlarının heç bir nəticə verməməsi əslində bu proseslərin mahiyyətinə qoyulmuş baza prinsipləri ilə müəyyən edilmişdi: “İşğal dövründə Erməni qəsbkarlarının bütün dünyada olan havadarlarının, o cümlədən münaqişənin sülh yolu ilə həllinə nail olmağa səlahiyyətləndirilmiş bəzi riyakar təəssübkeşlərin yeganə məqsədləri bu idi ki, Azərbaycan işğal faktı ilə barışsın, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etsin. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində irimiqyaslı və məqsədyönlü iş aparıldı. Bütün bu illər ərzində dövlətimizin başçısı Azərbaycanın öz ərazilərini hərbi yolla azad etmək hüququna sahib olduğu və lazım gələrsə bu hüququndan istifadə edəcəyi barədə səsləndirdiyi fikirləri bir an belə olsun gündəmdən çıxarmağa imkan vermədi. Xüsusilə 2003-2020-ci illər ərzində bu məqsədə nail olmaq üçün həlledici döyüşə bütün sahələrdə ən ciddi hazırlıq işləri aparıldı. Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsi daha da gücləndirildi və Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Nəticədə ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. II Qarabağ savaşında Azərbaycan özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə dövlətçilik tariximizin ən şərəfli səhifəsinə yazıldı. Şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən işğalçı erməni ordusu döyüş meydanında hərbi texnikasını qoyaraq qaçdı. Bu möhtəşəm tarixi Zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.”
Azər Məmmədovun təhlilində diqqəti cəlb edən məqamlardan biri də budur ki, baş redaktor tarixi Qələbəmizin təkcə ölkəmiz üçün deyil, məhz qlobal miqyasda gedən proseslərə təsirini diqqət mərkəzinə çəkir: “II Qarabağ müharibəsinin başlanma səbəbləri, gedişatı və ən əsası, əldə olunan nəticələr obyektiv şəkildə təhlil olunarkən belə bir nəticəyə gəlmək olur ki, 27 sentyabr 2020-ci il tarixi əslində təkcə Azərbaycan üçün deyil, eyni zamanda bütün Cənubi Qafqaz ölkələri və xalqları üçün müstəsna əhəmiyyət kəsb edən əlamətdar bir gündür. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Şanlı Azərbaycan Ordusu 30 illik işğala son qoymaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə erməni qəsbkarlarına qarşı Zəfər yürüşünə başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bununla da bütün Cənubi Qafqaz regionu erməni faşizminin təhdidindən xilas edildi. Qədim Azərbaycan şəhəri olan Şuşa ordumuz tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu tarixi sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı idi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə, qazilərimizə və müharibə iştirakçılarına dərin ehtiram əlaməti olaraq cənab Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunur.”
Bölməyə aid digər xəbərlər

Tarix: 27-09-2024, 13:52 Oxunub: 25
Bölməyə aid digər xəbərlər
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-09-2022, 08:27
Kamaləddin Qafarov: “Ermənistanın fitnəkarlıqlarıı hərbi əməliyyatları qaçılmaz etdi”
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU